69
üçün, yəni mələk → körpə uşaq semantikası üçün «məsum, günah-
sız» məna çaları da bağlayıcı həlqə ola bilər.
Fəriştə sözünün belə
məna çaları
da lüğətlərdə göstərilir
207
.
Müasir Azərbaycan dilində
dost fars dilindən alınma sözdür.
Ədəbi dildə «dost, yoldaş» məfhumunu ifadə edən bu söz
Azərbaycan dilinin dialekt və şivələrində yeni məna kəsb etmişdir.
Bakı dialektində və Lənkəran şivəsində
əmidosdi, dayıdosdi
sözlərinin tərkibində və eləcə də ayrılıqda
(dosdi) işlənərək «əmi
arvadı» və ya «dayı arvadı» mənasını bildirir.
-Dosti bugün bizə
gəlmişdir (B.).
Azərbaycan dilinin dialektoloji lüğətinin çapda olan yeni
nəşrində Quba və Zərdab rayonu şivələrində «donuz balası»
mənasında
sıpa sözünün işləndiyi göstərilir. Bu sözün İran mənşəli
olması şübhəsizdir. İranşünaslar qeyd edirlər ki, Avestada
span-
«it», Midiya dialektlərində
spaka- «it» sözləri işlənmişdir. Qədim
fars dilində bu söz qeydə alınmamışdır.
İran dillərinin tarixi fonetikasına dair aparılmış tədqiqatlarda
göstərilir ki, qədim
sp birləşməsi orta və yeni İran dillərinin cənub-
qərb qrupunda qanunauyğun olaraq
s-ya keçmişdir: orta fars
sak//sag, klassik fars.
sag, müasir fars
s
ä
g, tat.
sag, tacik
sag
208
və
s.
Sp birləşmiəsi İran dillərinin şimal-qərb qrupunda isə
sp və ya
sb
şəklində qalmışdır (səslərin arasına əlavə sait artırılması
mümkündür): talış
sьp
ä
semnan.
esba, qurani.
sьpa
209
və s.
Göründüyü kimi, Quba dialektində işlənən forma İran dillərinin
şimal-qərb qrupuna xas olan xüsusiyyəti saxlamışdır. Bəllidir ki,
Azərbaycan dilinin Quba dialekti ilə İran dillərinin şimal-qərb
qrupuna daxil olan yeni İran dilləri arasında heç bir əlaqə
olmamışdır. Belə nəticəyə gəlmək olar ki, Azərbaycan dili ilə şimal-
qərb qrupu İran dilləri arasında əlaqələr xronoloji cəhətdən daha
qədim dövrlərdə baş vermiş və ya Quba dialektinə həmin söz
Azərbaycan dilinin başqa dialekt və şivələri vasitəsilə keçmişdir.
Onu da qeyd etmək lazımdır ki, hələlik başqa dialekt və
207
Ərəb və fars sözləri lüğəti, s.677
208
Расторгуева В.С. Сравнительно-историческая грамматика западноиранс-
ких языков (фонология). М., 1990, стр.128
209
Yenə orada, s.128
70
şivələrimizdən Cəlilabad rayonu şivələrində
sıpa sözü «eşşək
balası» mənasında qeydə alınmışdır
210
. İran dillərindən fərqli olaraq
Quba dialektində
sıpa sözü yeni məna kəsb etmişdir. Burada o,
«donuz balası» mənasını ifadə edir.
-U qədər yiyib kükəlib, lap
sıpaya dönüb.
Sıpa sözünə Əbu Həyyanın «Kitab əl-idrak li-lisan əl-ətrak»
əsərinin lüğət hissəsində rast gəlinir. Əsərin 2300 sözü əhatə edən
türkcə-ərəbcə lüğət hissəsində müəllif
sıpa sözünün «eşşək balası»
mənasını qeyd etmişdir
211
. Əbu Həyyanın öz əsərində XIII əsrə
qədərki türk dilinin qrammatikası, lüğət tərkibi haqqında bəhs
etdiyini nəzərə alsaq, onda
sıpa sözünün türk dillərinə keçməsi
tarixi haqqında müəyyən təsəvvür əldə olunar. Hətta həmin dövrdə
belə bu söz yeni məna kəsb etmişdir. Məlumdur ki, alınma söz keç-
diyi dildə yeni məna qazanana qədər müəyyən inkişaf yolu keçir.
Bu bir daha bizim yuxarıda söylədiyimiz fikri təsdiq edir.
Alınma sözlərin şərq qrupu dialekt və şivələrdə müxtəlif məna
daşıması halları müşahidə edilir. Bu zaman həmin alınma sözlər
eyni fonetik variantlarda çıxış edir. Misallara diqqət yetirək.
Lənkəran rayonu şivələrində
kolaz sözü işlənir və «quş ovlamaq
üçün ikinəfərlik qayıq» mənasını ifadə edir
212
. Biz həmin sözü
Yardımlı rayonu şivələrində «qoyunları yemləmək üçün taxtadan
düzəldilmiş axur» anlamında qeydə almışıq.
Lənkəran zonasında
mirdo//mordov «axmaz, gəlməcə» anlamı
ifadə edir. Şərqi Abşeron şivələrində isə
mirdo «kir, çirk» mənasını
bildirir
213
.
Səlitə sözü Masallı rayonu şivələrində «avara, işsiz» mənasında
işlənir
214
. Həmin söz eyni fonetik variantda Yardımlı rayonu
şivələrində «həyasız, utanmaz» mənasında qeydə alınmışdır. -
Ay
səlitə, bəsdir, abrıvi bil; Nə səlitə uşağsan (Y.).
210
Agayev Ə. Azərbaycan dilinin Cəlilabad rayonu şivələri. Nam. diss., Bakı, s. 202
211
Əsirəddin Əbu Həyyan Əl-Əndəlusi. Kitab əl-idrak li-lisan əl-ətrak. Bakı, 1992, s.34
212
Məcidova A.B. Azərbaycan dilinin Lənkəran şivəsi. Nam. diss., s.204
213
Велиева Г.. Лексика восточноапшеронских говоров азербайджанского
языка. Канд. дисс., стр.28
214
Həmzəyev T.B. Azərbaycan dilinin Masallı rayonu şivələrinin lüğətinə dair //
ADU-nun Elmi
Əsərləri, Dil və ədəbiyyat seriyası, 1976, № 1, s.64