76
yad, naməhrəm (Ş.)
biruni bayır imarət (B.)
dahar qayalıq, daşlıq sahə (Ab., Q.)
bitgi adı (Y., Ln.)
dəstə
1)əl tutan yer; 2) bağlanmış göyərti
3) 6-7 yaşlı, ağlı kəsən (uşaq) (A., Ab., C.., Ln., M.,)
əng çənənin alt hissəsi
arı (B.)
zing
qılça sümüyü (B., S.)
kiçik salxım (B., Sal.)
400 q (ölçü vahidi) (Y.)
istil
çəltiyi suvarmaq üçün kiçik su anbarı (Ln.)
az
kəm xəlbirin bir növü (Ab., Sal.)
xəstəlik adı (atda) (Q., Y.)
kötük (Ab., Ln.)
kündə xəmir kündəsi
bozumtul (rəng) (Ab.)
kürünc taxıl saxlamaq üçün yer (Ln.,Y.)
alaq otu (Y.)
ger ördək cinsindən olan quş adı (Ln.)
bıçaq növü (B.)
gərde saman xırdası (B., Q.)
bir parça (Y.)
lata quş tutmaq üçün tələ (Y.)
77
yanaq (B.)
künə//kuna əyirici oxun küt tərəfi (çəhrədə) (Q., Y.)
darısqal, dar (B., Q., Ln.)
təng araba hissəsinin adı
plovun qarası
xuruş acıq, qəzəb (Y.)
3. 3. Antonimlər
Şərq qrupu dialekt və şivələrində işlənən İran mənşəli sözlər
arasında çoxlu omonim və sinonimlərə rast gəlindiyi halda bunu
antonimlər haqqında demək olmaz. Alınma sözlər arasında çox az
miqdarda əks mənalı leksik vahidlər müşahidə edilir. Onları
aşağıdakı kimi qruplaşdırmaq olar.
1)Azərbaycan və İran mənşəli sözlərin antonimliyi:
kök – ləvərə «arıq, zəif» (Q., Y.)
çox – kəm «az» (əksər dialektlərdə)
küt – tic «iti» (Q.)
cücərmək – pəlişkəmək//pölişkəmək (Ln., C.) «solmaq»
2)İran sözlərinin antonimliyi:
biyəndəcər «kifir» (Ab.) – xoc «qəşəng» (A., Ln., M.)
səvard «çəltik tarlasının başlanğıcı» (Ln.) – payin «çəltik
tarlasının sonu, qurtaracağı» (Ln.)
duraz «uzun» (Q.) – kütah // g üdə «qısa» (əksər dialektlərdə)
ləvərə «gücsüz, zəif» (Q., Y.) – zəbərdəst «güclü» (C.)
səyxaş «sakitlik» (B.) – vurmabizən «qarışıqlıq» (B.)
nərəxər «böyük» (Q.) – püsküri «balaca» (Q.)
miyançı «vasitəçi» - müzəbzəbi «aravuran» (Ln.)
3.4. Alınma sözlərin tematik qruplar üzrə bölgüsü
Şərq qrupu dialekt və şivələrinin leksikasında işlənən İran
mənşəli alınma sözlərin əksəriyyəti konkret anlayış və məfhumları
78
ifadə edən təkmənalı leksik vahidlərdir. Belə sözlərin çoxu dialekt
leksikasında özünün nominativ mənasında çıxış edir. Bu da onunla
izah olunur ki, həmin dialekt nümayəndələrinin çoxu ikidillidir. Bu
sosial faktor onlara imkan verir ki, alınma sözlərin əlaqədə olan
dillərdəki mənalarının eyniliyini nəzarət altında saxlasınlar.
Şərq qrupu dialekt və şivələrində işlənən İran mənşəli sözlər ilk
növbədə yerli şərait, həyat tərzi, adət-ənənə və məişətlə bağlı söz və
terminlərdən ibarətdir. Onları aşağıdakı tematik qruplara bölmək
olar.
3.4.1.Bədən üzvlərinin adları
küna «yanaq» (B.), küşt//küşd «bel» (Q.), zing «qılça sümüyü»
(B., S.), miçə «kirpik» (B.), tən «insan və heyvan bədəninin bir
üzvü, qarnın aşağı hissəsi» (Y.), tənə «qulağın yumşaq hissəsi» (Ə.,
B.), xılx «boğaz, xirtdək» (Y., C.).
3.4.2. Zaman məfhumu bildirən sözlər
adına//adinə//adna «cümə axşamı, cümə» (Y., Ln., Sal., Ş.),
giləy (naharı) «saat 11-12 radələri» (Ln.), çeşnə «günorta» (Ln.).
3.4.3. Təbiət hadisələri ilə bağlı söz və terminlər
deşdavar «qərb küləyi» (Ln., Sal.), germiç//gərmic «isti cənub
küləyi» (Y., C.), təkər «dolu» (Q.), tağırsaq «dolu» (A., Ln., M.), hır
«çən» (Ln.).
3.4.4. Heyvan adları
vəcə «keçi balası» (İ.), dıbır//dübır «ikiillik keçi» (Q., İ., Y.,
S.), lüs «çöl pişiyi» (Ln.), xərənozi «iri pişik» (B.).
3.4.5. Cücü və həĢərat adları
giçəh «kənə» (Q.), liləpər «kəpənək, barama kəpənəyi» (Ln.,
Y.), mələ «taxtabiti» (Ln.), mic «quş və ya toyuq biti» (Ln., Sal.),
79
müzə «mozalan» (C.), mizanqul «milçəkyeyən böçək» (Ln., M.),
püsküri «balaca uçan bəcək» (Q.), mız «uçan xırda həşərat» (Ab.).
3.4.6. Ağac adları
vən «cökə» (Ln., M.), molol «qızılağac» (Ln.), nil «oduncağı
bərk ağac növü» (A., Ln., Q.), razdar//rəzdar «göyrüş» (A., Ln., Lk.,
M.).
3.4.7. Bostançılıqla bağlı söz və terminlər
bumərişə «yerkökü» (A., Ln., Lk., M.), kudi//küdü «balqabaq»
(B.), gərmək «tez yetişən yemiş növü» (B., Ln.), gülbəsər «xiyar»
(C.), nimras «yarı yetişmiş qarpız» (B.), püşraz qarpız «tez yetişən
qarpız növü» (B.), zərdi «yerkökü» (B.).
3.4.8. QuĢ adları
bili «ördək» (Ln., M.) // bili «ördək balası» (Sal.), bibikinə
«seyidquşu» (Ln.), vərdi «bildirçin» (M.), qəçələ «saqsağan» (Q.,
Ln.), döküə «ağacdələn» (Ln.), düməsincə «quş adı» (Ln.), zərd
«sarıköynək» (B.), kəvələ «dimdiyi uzun quş adı» (Ln., Y.), ger
«çöl ördəyi» (Ln.), gəraf «əti yeməli, ördəyəbənzər quş, turabi»
(Ln., M.), siyokijə «qaratoyuq» (Ln., M.), soləkafti «vəhşi
göyərçin» (Ln.), şinəbub «şanapipik» (B.), car//şor «sığırçın» (Ab.,
ln.).
3.4.9. Balıqçılıqla bağlı söz və terminlər
anqıl «tor toxunan xana» (Ln.), bul «balıq ovunda istifadə
olunan iki və ya üç dişli dəmir alət» (Ln.), domi-
jə//doməxolə//domujacıq «balıq toru» (Ln.), züngə «balıq toru üçün
dənizdə qurulan dayaq» (Ln.), külmə «balıq növü adı» (Ln.),
zərdəpər «balıq növü adı» (Ln.), moloşk// molışk «böyük balıq
toru» (Ln.), pori «balıq növü» (ƏB.), sim «pulcuq» (balıqda) (Ln.),
Dostları ilə paylaş: |