67
anqlosak. thunni «nazik, seyrək», ing. thin «nazik, seyrək, açıq,
duru»
194
. Və nəhayət slavyan dillərinin faktlarına nəzər salaq: qədim
slavyan. tьnьk, serb-xorvat. t
ä
nak, rus. тонкий «nazik» və s.
Göründüyü kimi, İran və eləcə də Hind-Avropa dillərinin çox
böyük bir arealında işlənən bu sözün Hind-Avropa mənşəli
olmasına şübhə ola bilməz və dialektlərimizin leksikasına İran
dillərindən keçməsi şübhəsizdir.
Dialekt və şivələrimizdə mənanın keyfiyyətcə genişlənməsinin
şahidi oluruq, yəni Azəbaycan dili mühitində alınma söz mənbə
dildə ifadə etdiyi mənasının həcm dairəsini genişləndirir. Fikrimizi
misallarla izah edək. Talış dilində «tumurcuq, zoğ» mənasını
çipə//çüpə sözü bildirir. Yardımlı rayonu şivələrində həmin söz
«kol» mənasında qeydə alınmışdır. -O yerdə çoxlu çüpə var, qır,
qoy göy ot gəlsün; Qoyin çüpəlikdə otdey; Çüpəlikə girə bilmərəm,
üstüm cırıley
195
.
Şərq qrupu dialekt və şivələrinin çoxunda «piyalə, kiçik kasa,
kiçik qab» mənasında masqu r// masqura sözü işlənir. Bu söz
fars تسام (mast) və
روخ
(xor) «yemək» felinin kökü)
sözlərindən yaranmışdır. Hərfi tərcüməsi «qatıq yeyilən qab»
deməkdir
196
.
Amma
dialektlərimizdə
bu
sözün
mənası
genişlənmişdir. Bunun nəticəsində masqur // masqura dedikdə
təkcə «qatıq yeyilən qab» deyil, ümumiyyətlə, məişətdə istifadə
olunan kiçik kasa nəzərdə tutulur. -Bir masqura yağ daşıb pamal
oldu (M.); Anam qaymaqları masxuralara tökdü (Sal.).
Məna genişlənməsi dəmərdə // dəhmərdə «dərin boşqab» (Ə.,
ƏB., Ln., S.) sözündə də müşahidə edilir. «Ərəb və fars sözləri
lüğəti»ndə onun «ikiadamlıq qab» mənası göstərilir
197
. Görünür,
sonralar dəhmərdə «dərin boşqab», «dərin qab» mənasını kəsb
etmişdir.
Dialekt və şivələrimizdə işlənən İran mənşəli alınma sözlərdə
bəzən yeni məna kəsb etməsi halı da müşahidə edilmişdir.
194
Müller V.K. English-Russian Dictionary. Moscow, 1982, p.762
195
Həmzayev T.B. Yardımlı rayonu şivələrinin lüğətinə dair bəzi qeydlər //
Azərb.SSR EA Xəbərləri, ədəbiyyat dil və incəsənət seriyası, 1969, № 2, s.102
196
Персидско-русский словарь (под ред. Ю.А.Рубинчика), т.II, стр.440
197
Ərəb və fars sözləri lüğəti, s.159
68
Fəriştə//fərişdə (Q.) firiştə (Ln., M.) «körpə, qırxı çıxmayan
uşaq» - Ümumiran mənşəli sözdür. Avestada fra
ēš
ta «elçi, xəbər
gətirən, mələk» mənasını ifadə etmişdir
198
. Fonetik cəhətdən
müəyyən dəyişikliyə uğrayan həmin sözə orta fars dilində fr
ē
stag
(erkən orta fars fre
š
tak)
199
, klassik fars dilində firi
š
ta//fire
š
ta
formasında rast gəlinir
200
. Müasir İran dillərinin faktlarına nəzər
salaq: m.f.
وندوپ
(fere
š
te) «mələk» (eyni zamanda xüsusi isim kimi
Fere
š
te)
201
, tac. fari
š
ta «mələk», puştu firixtə «mələk», tat. fari
š
ta
«mələk», tal. firi
š
t
ä
«mələk», «körpə uşaq» və s.
Fəriştə//firiştə sözü klassik ədəbiyyatda, yazılı abidələrdə
«mələk» mənasını ifadə etmişdir
202
.
Radlov türk dillərində həmin sözün п
ä
рiшт
ä
// ф
ä
рiшт
ä
fonetik
variantlarında işləndiyini göstərir
203
. «Qədim türk sözləri lüğəti»ndə
«mələk» mənasında f
ä
ri
š
ta//firi
š
t
ä
sözünə ayrıca məqalə həsr
olunmuş və onun fars mənşəli olması qeyd edilmişdir
204
. S.Malov
205
və A.Borovkov
206
da bu sözü fars mənşəli hesab edirlər.
Məsələ bundadır ki, şərq qrupu dialekt və şivələrində
fəriştə//firiştə sözləri klassik ədəbiyyatda, yazılı abidələrdə rast
gəlinən mənada işlənmir. Həmin söz dialekt və şivələrdə yeni –
«körpə uşaq» mənası kəsb etmişdir.
Mələk – körpə uşaq semantikası heç də təəccüblü deyildir. Dini
təsəvvürə görə, mələklər günahı, səhvi olmayan məxluqdur və hər
bir insanın çiynində iki mələk onun elədiyi yaxşılıq və pislikləri
qeydə alır. Bu da aydındir ki, körpə də dünyaya heç bir günahı,
təqsiri olmadan gəlir. Mələk – körpə uşaq mənaları arasında əlaqə,
bağlılıq özünü belə göstərir. Bundan əlavə, həmin mənanın inkişafı
198
Оранский И.М. Иранские языки в историческом освещении, стр.67
199
Mackenzie D.N. A Concise Pahlavi Dictionary. London, 1971, p.34
200
Расторгуева В.С. Сравнительно-историческая грамматика западно- иран-
ских языков (фонология). М., 1990, стр.150
201
Персидско-русский словарь (под ред. Ю.А.Рубинчика), т.II, стр.410
202
Məsələn: Qəhrəmanov C. Əsrarnamə. Bakı, 1964, s.89; Qəhrəmanov C.,
Hacıyeva Z.T. Yusif Məddah. «Vərqa və Gülşah». Bakı, 1988, s.32; Султанов
Б.Х. Арабско-персидские заимствования в «Кутадгу билик» Ю.Баласагуни //
СТ, 1981, № 4, с.18
203
Радлов В.В. Опыт словаря тюркских наречий. T.IV, Спб., 1911, стр.1232, 1922
204
Древнетюркский словарь. Л., 1969, стр.193, 194
205
Малов С.Е. Памятники древнетюркской письменности. М.-Л., 1951, стр.378
206
Боровков А.К. Лексика среднеазиатского тефсира XII-XIII вв. М., 1963, стр.344
Dostları ilə paylaş: |