Азярбайъан милли елмляр академийасы а



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə154/164
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32211
1   ...   150   151   152   153   154   155   156   157   ...   164

 
319 
pulla, 
həm də natural şəkildə alınırdı. Pulla alınan vergi özü də iki qismə 
bölünürdü: 
vasitəsiz  (birbaşa  ödənilən  vergi-E.Q.)  və  vasitəli  (dolayısı  ilə 
ödənilən  vergi-  E.Q.).  Başqa  xanlıqlardan  fərqli  olaraq  İrəvan  xanlığında 
vasitəsiz vergi cəmiyyətlər üzrə ödənilirdi. Belə cəmiyyətlərin sayı 8-ə, va-
sitəli vergilərin sayı isə 20-ə çatırdı. Bütün bu vergilər xəzinəyə ödənilirdi. 
Natural 
şəkildə  ödənilən  vergilər  də  vardı.  Bu  vergi  bəhrə  (malcəhət) 
adlanırdı. Tədqiqatda kəndlilərin işləyib ödəmə mükəlləfiyyəti olan biyar və 
əvrəzdən də bəhs edilmişdi.  
          
İrəvan xanlığında müxtəlif sənət sahələri-toxuculuq, boyaqçılıq, gön-
dəri emalı, şüşə istehsalı, dulusçuluq, sabun istehsalı və s. sahələri inkişaf 
etmişdi.  Sənətkarlar  sex  tipli  təşkilatlarda-həmkarlarda  birləşmişdi.  Bu 
təşkilatların  öz  qayda-qanunları  olduğundan  xanlar  onların  daxili  işlərinə 
qarışmırdı.  Həmkarların  başçısı  ustabaşı  idi.  O,  həmkarlar  arasında  olan 
mübahisələri  həll  edir,  sifarişləri  qəbul  edir,  vergi  və  mükəlləfiyyətləri 
üzvlər arasında bölüşdürürdü. 
       
İrəvan xanlığının iqtisadi həyatında ticarət böyük rol oynamışdı. Ticarət 
xarici 
və  daxili  ticarətə  bölünürdü.  Mənbələrin  təhlilindən  aydın  olur  ki, 
xarici 
ticarət  xanlıqda  daha  güclü  inkişaf  etmişdi.  Bunun  əsas  səbəbi 
İrəvanın  beynəlxalq  ticarət  yollarının  qovşağında  yerləşməsi  idi.  Digər 
səbəbi  isə  gəlir  gətirdiyinə  görə,  xanların  və  nüfuzlu  şəxslərin  ticarətə 
sərmayə qoymasında idi. İrəvan şəhəri bu sahədə xüsusilə seçilirdi. Bu şəhər 
müxtəlif ölkələrdən gətirilmiş ticarət mallarının anbarı idi. İrəvan şəhərinə 
xaricdən  tacirlər  gəldıyi  kimi,  İrəvan  tacirləri  də  İran,  Osmanlı  dövləti, 
Kartli-Kaxetiya 
çarlığı,  Azərbaycan  xanlıqları  və  digər  ölkələrlə  ticarət 
əlaqəsi saxlayırdı. Xanlıqdan müxtəlif ölkələrə qənd, ipək, yun və pambıq 
parçalar,  düyü,  sabun, 
rəng  və  s.  ixrac  olunurdu.  Lakin  xarici  ticarətə 
nisbətən  daxili  ticarət  xanlıqda  zəif  inkişaf  etmişdi.  Bunun  səbəbi  İrəvan 
xanlarının  bəzi  kənd  təsərrüfatı  mallarını  inhisara  alması  idi.  İrəvanda 
müxtəlif  ölkələrin pul və çəki vahidləri işlənilirdi. 
        
Digər  xanlıqlarda  olduğu  kimi,  İrəvan  xanlığı  inzibati-ərazi  cəhətdən 
mahallara 
və  kəndlərə  bölünürdü.  Xanlıq  1  şəhər  və  16  mahaldan  ibarət 
ol
muşdu. İrəvan şəhər-qala olmaqla xanlığın mərkəzi idi. Xanın iqamətgahı 
güclü 
müdafiə  sisteminə  malik  İrəvan  qalasında  yerləşirdi.  Mahallar 
mirbölük  adlanan  mahal 
naibləri  tərəfindən  idarə  olunurdu.  Kəndləri  isə 
kəndxudalar idarə edirdi. İrəvan xanlığında 820 kənd qeydə alınmışdı. 
        
İrəvan  xanlığında  hakimiyyət  xanın  əlində  idi.  Xanın  yanında 
məsləhətçi  orqan  olan  divan  fəaliyyət  göstərirdi.  Divanda  daxili  və  xarici 
siyasət məsələləri həll olunurdu. Xandan sonra ikinci böyük şəxs mərkəzi 


 
320 
aparata 
rəhbərlik  edən  vəzir  idi.  Bundan  başqa  sarayda  eşikağası, 
xəzinəağası, ambardar, sandukdar və s. vəzifələr vardı. 
      
İrəvan xanlığında nizami qoşunun sayı az idi. Lakin müharibə olduqda 
elatların  hesabına  çoxlu  qeyri-nizami  atlı  dəstəsi  toplanılırdı.  Bütün  bu 
dəstələr  mirzələr  tərəfindən  siyahıya  alınırdı.  Müdafiə  işində  qalalar 
əhəmiyyətli rol oynayırdı. Xanlıqda iki möhtəşəm qala- İrəvan, Sərdarabad 
kimi qalalar mövcud 
olmuşdu.       
      
Xanlığın  əhalisinin  etnik  tərkibi  və  sayı  1829-1932-ci  illərdə  keçirilən 
kameral 
təsvir  əsasında  araşdırılmışdır.  Bu  kameral  təsvirə  görə,  işğaldan 
sonra 
İrəvan xanlığında 77848 nəfər qeydə alınmışdı. Bunlardan 9746 azəri 
türk 
ailəsi, 53409 nəfər, 3452 erməni  ailəsi, 19876 nəfər, 847 kürd  ailəsi 
4217 
nəfər, 60 qaraçı  ailəsi, 346 nəfər  olduğu  göstərilmişdi.  Lakin  bu  si-
ya
hıyaalmanı təhlil etdikdə görmək olar ki, İrəvan xanlığında əhalinin sayı 
daha  çox 
olmuşdu.  Belə  ki,  İrəvan  xanlığında  820  kənd  qeydə  alınmışdı. 
Müharibələr  və  təbii  fəlakətlər  nəticəsində  462  kənd  tamamilə  boş  qal-
mışdı.  Əgər orta hesabla boş qalmış kənddə 20 ailə, 100 nəfər yaşadığını 
nəzərə  alsaq  46200  oturaq  əhali  müharibələr  nəticəsində  ya  xanlığı  tərk 
et
miş,  ya  da  ölmüşdü.  Bundan  əlavə,  maldarlıqla  məşğul  olaraq  yaylaq-
qışlaq  həyatı  keçirən  kürdlərə  məxsus  2137  ailə, 10685 nəfər  də  İrəvan 
xanlığını  tərk  edərək  Cənubi  Azərbaycana  və  Osmanlı  ərazisinə 
köçmüşdülər. Kameral siyahıyaalınmaya görə, müharibələrlə əlaqədar olar-
aq 
qonşu  ölkələrə  emiqrasiya  edən  və  ölən  İrəvan  əhalinin  sayı  təxminən 
56885 
nəfərdən  ibarət  olmuşdu.  Beləliklə, 1829-1832-ci  illərdə  həyata 
keçirilən  kameral  siyahıyaalınmaya  əsasən  belə  nəticəyə  gəlmək  olar  ki, 
Rusiya-
İran  müharibələrindən  əvvəl  İrəvan  xanlığının  əhalisi  22978  ailə, 
134733 
nəfərdən ibarət olmuşdur. Bunlardan 16438 azəri türk, 3496 erməni, 
2984 kürd, 60 
qaraçı ailəsi idi. 
        
İrəvan xanlığı Azərbaycanın tarixi torpağıdır. Bura həm əhali baxımın-
dan, 
həm yer adları, həm  də etnoqrafiq baxımdan sırf Azərbaycan xanlığı 
olmuşdu. Dövlət dili Azəri türkcəsində idi. Lakin rəsmi  yazışmalarda fars 
dilindən də istifadə olunurdu. Bu xanlıq dövlət atributu sayılan öz ordüsu, 
pur vahidi 
və sərhədləri olan feodal dövləti idi.  
      XVIII yüzilliyin ikinci 
yarısı-XIX yüzilliyin əvvəllərində Azərbaycanın, 

cümlədən İrəvan xanlığının daxili və xarici vəziyyəti çox mürəkkəb idi. 
Xanlıqlar  arasında  baş  verən  ara  müharibələri,  Cənubi  Qafqaz  uğrunda 
Rusiya,  Qacar 
İranı  və  Osmanlı  dövlətləri  arasında  mübarizə  İrəvan 
xanlığını həmişə gərgin vəziyyətdə saxlayırdı. Hər üç dövlət bir-birinə qarşı 
mübarizədə  bufer  zona  yaratmaq  üçün  İrəvan  xanlığında  möhkəmlənmək 
istəyirdi.  Belə  bir  mürəkkəb  şəraitdə  daha  güclü  olan  Rusiya  Azərbaycan 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   150   151   152   153   154   155   156   157   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə