Азярбайъан милли елмляр академийасы а



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə150/164
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32211
1   ...   146   147   148   149   150   151   152   153   ...   164

 
310 
hər mahalın şəriət məhkəməsinə bir və yaxud iki qazini başçı təyin edirdi 
(201, c.3, 
səh.29).  
Din 
xadimləri  şəriət  işlərindən  əlavə  mülki  işlərdə  də  iştirak  etmək 
səlahiyyətinə  malik  idilər.  Dini  təhsil  almış  mollalar  kargüzarlığa  və 
hesabdarlığa götürülürdü. Onlar mirzə adlanırdı (415,698; 201, c.3, səh.28). 
Ən nüfuzlu ruhanilər xan tərəfindən divana üzv seçilirdi və onlar divanbəyi 
adlanırdı (415,698). 
Müsəlman din xadimlərinə Şeyx-ül-islam (dini rəhbər idi, bu vəzifəyə 
varlı, hörmətli, hakimiyyətlə dini idarə arasında əlaqə yarada bilən şəxslər 
təyin olunurdu), qazilər (dini hakimlər), müfti (sünnü» təriqət qanunlarının 
nəzarətçisi),  Əmr-məruflar  (xalqı  xeyirxah  işlərə  istiqamətləndirən,  bəd 
əməllərdən çəkindirən),  piş namazlar (həyatını allaha ibadətə həsr edən və 
xalqla 
birlikdə  ibadət  edənlər),  vaizlər  (mərasimlərdə  təbliğçi),  üləmalar 
(ilahiyyat 
alimləri), Quranı şərh edənlər, müdərrislər (dini elmlərin və ərəb 
dilinin 
müəllimləri),  əfəndilər  («sünnü»  təriqət  alimləri),  axundlar  («şiə» 
təriqət  alimi),  müəzzinlər  (azan  verənlər),  imamlar  (kənd  cəmiyyətlərində 
dini 
rəhbər),  müştəhidlər  (şiə  təriqətində  din  xadimi),  dərvişlər,  ruhani 
uşaqları daxil idi (415,693-697; 147,385-388; 201, c.3, səh.17-19).  
Müsəlman  din  xadimləri  dəstəsinə  seyidlər  də  daxil  idi.  Seyidlər 
peyğəmbər  nəslindən  idi.  Onlar  heç  bir  dini  vəzifə  daşımırdı  və  əhali 
arasında  böyük  nüfuz  sahibi  idilər.  Seyidlər  vergi  və  mükəlləfiyyətlərdən 
azad 
olmuşdular. Onlar yaxşı təmin olunmuş və əksəriyyətinin böyük torpaq 
sahələri  var  idi.  Xanların  özləri  də  seyidlərə  hörmətlə  yanaşır  və  onlara 
xüsusi 
fərmanla torpaq sahələri bağışlayırdılar (415,698-699; 184,126; 201, 
c.3, 
səh. 16, 24-25).  İşğaldan  sora  həyata  keçirilən  kameral 
siyahıyaalınmada  seyidlər  əhalinin  vergi  verən  hissəsinə  daxil  edilmişdi. 
Lakin  bununla 
belə  onlar  heç  bir  vergi  ödəmirdilər.  Kənd  əhalisi  onların 
nəslinə,  xüsusən  də  Məhəmməd  peyğənbərə  hörmət  əlaməti  olaraq 
seyidlərin  payına  düşən  vergini  özləri  ödəyirdilər  (184,126).  İrəvan 
xanlığında  müsəlman  din  xadimlərinin  sayı  haqqında  dəqiq  məlumat  əldə 
edə  bilmədik. 1829-1832-ci  illər  kameral  siyahıyaalınmadakı  məlumatda 
işğaldan  sonra  erməni  din  xadimlərindən  fərqli  olaraq,  müsəlman 
ruhanilərinin  say  tərkibi  azaldılaraq  göstərilmişdi.  Məhz  bu  səbəbdən 
kameral 
təsvirdəki  məlumat  tarixi  gerçəkliyi  əks  etdirmir.  Lakin  buna 
baxmayaraq, 
siyahıyaalınma  bir  daha  sübut  edir  ki,  xanlığın  yüxarı 
təbəqələri kimi müsəlman ruhaniləri də hakim qüvvə idi. Aşağıdakı cədvəl 
5.5. 
müsəlman din xadimlərinin sayı haqqında mənzərəni əks etdirir: 
 
 


 
311 
cədvəl 5.5 
İrəvan 
xnnlığı 
Axund 
və molla 
Mirzələr 
Seyidlər 
Dərvişlər 
A
ilə


Ki
şi
 
Q
ad
ın
 
Y
ekun
 
A
ilə


Ki
şi
 
Q
ad
ın
 
Y
ekun
 
A
ilə


Ki
şi
 
Q
ad
ın
 
Y
ekun
 
A
ilə


Ki
şi
 
Q
ad
ın
 
ye
ku
n
 
İrəvan 
şəhəri 
50  181 
151  332  19 
64  41 
105 
39  92 
96 
188  3 
6  4  10 
Mahallar: 
Qırxbula

















Zəngibas
ar 
28 
108  101 
209 












Qarnibas
ar 
12 
49 
45 
94 

11 

19 

20 
17 
37 

6  7  1

Vedibasa


28 
24 
52 



10 








Şərur 
22 
57 
49  106 

23 
32 
55 
10  23 
20 
43 

5  5  1

Sürməli 
17 
59 
63 
124 









5  2  7 
Dərəkən
d-
Parçeni 
16 
47 
41  88 







10 




Saatlı 

10 
13 
23 












Talın 
















Seyidli-
Axsaqlı 



18 












Sərdarab
ad 

17 
10 
27 





12 

19 




Körpüba
sar 

10 
12 
22 



13 








Dərəçiçə


10 

15 




-- 
-- 
-- 
-- 




Göyçə 
16 
61 
63  124 





14 
12  26 




Elatlar 

10 

17 
-- 
---  --- 
-- 
-- 
-- 
-- 
-- 




Yekun

200  610  597  1207  40 
131  105  236  74 
187  170  357  8  22  18  40 
 
Müsəlman din xadimləri və əhali arasında hacı, məşhədi və kərbəlayı 
adı  daşıyanlar  da  vardı.  Kameral  siyahıyaalınmaya  görə,  bu  adı  daşıyan 
ruhanilərin sayı aşağıdakılardır:   


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   146   147   148   149   150   151   152   153   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə