Азярбайъан милли елмляр академийасы а



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə149/164
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32211
1   ...   145   146   147   148   149   150   151   152   ...   164

 
307 
çevik 
hərbi qüvvəyə malik olduqlarından müharibələr dövründə xanlara çox 
lazım  olurdu.  Elbəyilər  vergi  və  mükəlləfiyyətlərdən  azad  olmaqla  yanaşı 
xandan 
müxtəlif  hədiyyələr  və  geniş  otlaqlar  alırdılar.  Lakin  xanlar 
elbəyiləri daima nəzarətdə saxlamağa çalışır,  istədiyi şəxsi elat başçısı təyin 
edir 
və  onlar  arasında  baş  verən  mübahisəli  məsələlərə  də  qarışırdı. 
Hüseynəli  xan  (1759-1783)  Mirzə  ağanı  xüsusi  təliqə  ilə  yaylaq-qışlaq 
həyatı  keçirən  kürd  tayfalarından  birinin  başçısı  təyin  etmişdi.  Təliqədə 
göstərilirdi:  «Mirzə  ağa  bütün  bacarıq  və  istedadı  ilə  həmin  köçərilərin 
işlərini nizama salmalı, onların idarə işinə qarışmalı və bir dəqiqə olsa da bu 
işdə  səhlənkarlıq  etməməlidir» (39,55). Başqa  bir  sənəddə  Hüseynəli  xan 
elat 
başçıları  arasında  baş  verən  münaqişəyə  müdaxilə  etməsindən  bəhs 
edilir.  O, 
elatların  başçılarından  Şəmsəddin  ağa  ilə  digər  iki  tayfa  başçısı 
arasında olan anlaşılmazlığı sülhlə həll etmişdi (39,78). 
İrəvan  xanlığında  imtiyazlı  ali  silk  nümayəndələrinin  sayı  haqqında 
məlumata  yalnız  işğaldan  sonra  tərtib  edilmiş  kameral  siyahıyaalınmadan 
əldə  etmək  mümkün  olmuşdur.  Lakin  bu  mənbə  də  tarixi  gerçəkliyi 
obyektiv 
əks  etdirmir.  Belə  ki,  Rusiya-İran  müharibələri  dövründə 
zadəganlar  təbəqəsi,  xüsusilə  müsəlman  ali  silki  böyük  itkilərə  məruz 
qalmışdı.  Onların  bir  hissəsi  öldürülmüş,  bir  hissəsi  isə  qonşu  dövlətlərə 
qaçmışdı.  Ermənilərin  isə  həm  köçürmə  və  həm  də  Rusiya  hökumətindən 
ayrı-ayrı şəxsləri zadəgan titulu ilə təltif etməsi nəticəsində sayı çoxalmışdı. 
Aşağıdakı cədvəl qismən də olsa xanlıq ərazisində yaşayan istər  müsəlman 
xan,  sultan, 
ağa və bəyləri, istərsə də erməni məlikləri haqqında müəyyən 
təsəvvür yaradır (cədvəl 5.4.). 
Cədvəldən göründüyü kimi, İrəvan xanlığının Rusiya tərəfindən işğalı 
müsəlman  ali  silkinə  güclü  təsir  göstərməsinə  baxmayaraq,  ermənilərə 
nisbətən yenə də çoxluq təşkil etmişdi.    
 
 
 
 
 
 
 
 
cədvəl 5.4 
İrəvan 
xanlığı 
Müsəlmanlar 
Ermənilər 
Xanlar 
Bəy və sultanlar 
Məlik və ağalar 
Ailə-
Adamların sayı  ilə-lər  Adamların sayı  ailə-
adamların sayı 


 
308 
lər  kişi  qadın  yekun 
k
işi  qadın  yekun  lər  kişi  qadın  Yek-
un 
İrəvan 
şəhəri 

22 
19 
41 
51 
167 
137 
304 

29 
26 
55 
Mahall
ar: 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Qırxbul
aq 









11 
10 
21 
Zəngib
asar 





35 
34 
69 




Qarnib
asar 





30 
32 
62 




Vediba
sar 




16  65 
61 
126 




Şərur 




57  174 
177  351 




Sürməli 









14 
11 
25 
Dərəkə
nd-
Parçeni 





34 
31 
65 




Saatlı 





20 
15 
35 




Talın 





39 
36 
75 




Seyidli-
Axsaxlı 












Sərdara
bad 

10 

15 

42 
47 
89 




Körpüb
asar 




24  106 
81 
187 




Abaran 











11 
Dərəçiç
ək 






11 
19 

23 
28 
51 
Göyçə 




15 
59 
55 
114 



10 
Yekun: 

36 
29 
65 
208  784 
763  1547 
14  105 
100  20

     
           Qaynaq : 
İ.Şopen,689-690. 
 
İrəvan  xanlığında  xüsusi  təbəqə  təşkil  edən  din  xadimləri  əhali 
içərisində  böyük  nüfuza  malik  idilər.  Xanlıqda  həm  müsəlman,  həm  də 
xristian din 
xadimləri də vardı. İrəvan xanlığında hakim din islam dini idi. 
Tutduğu  mövqeyə  görə,  din  xadimləri  bir  neçə  qrupa  bölünürdü. 
N.Dubrovin 
müsəlman  din  xadimlərini  ali  və  aşağı  olmaqla  iki 


 
309 
kateqoriyaya 
ayırırdı.  Birinciyə  dini  hakimiyyəti  dünyəvi  hakimiyyətlə 
birləşdirənlər, ikinciyə isə dünyəvi işlərə qarışmayan və yalnız dini işlərlə 
məşğul olanlar daxil idi (147,387-388). Lakin ondan fərqli olaraq İ.Şopen 
müsəlman  din  xadimlərini  üç  qrupa  bölmüşdü: 1) Ali  ruhanilər-  şeyx-ül-
islam, 
müştəhid, qazi, axund, müfti və s.; 2) aşağı təbəqənin nümayəndələri- 
mollalar, 
seyidlər,  dərvişlər  ; 3) xalq  təhsili  ilə  məşğul  olanlar-  ülama  və 
müdərrislər (415,693-694).  
Ali 
ruhanilər  şəriət  məhkəmələrinə  rəhbərlik  edir,  ruhaniləri 
vəzifələrə  təsdiq  edir  və  yaxud  onları  vəzifədən  kənar  edirdi.  Xüms  və 
zəkatın  toplanması,  bölüşdürülməsi,  vəqf  torpaqlarının  istifadəsi  onların 
bilavasitə  nəzarətində  idi.  Ali  ruhanilərin  başçısı  şey-ül-islam  «divan»ın 
üzvü 
olduğuna  görə,  hətta  xanın  fərmanlarını  fitvası  ilə  təsdiqləyirdi 
(24,31). Din 
xadimləri hər cür vergi və mükəlləfiyyətlərdən azad edilmişdi 
(415,697; 184,125; 201, c.3, 
səh.25). Din xadimlərinin əsas gəlir mənbələri 
vəqf  və  yaxud  vərəsəsiz,  məscidə  vəsiyyət  edilmiş  mülklərdən  gələn 
gəlirlər,  zəkat  və  yaxud 
1
/
10
  vergisi  hesab  olunurdu.  Bundan 
əlavə  nigah, 
sünnət, dəfn, boşanma və s. görə, habelə hər hansı qərarın icrasında  şahidlik 
etdiyinə,  dua  yazdığına  görə  də  müəyyən  miqdarda  gəlir  əldə  edirdilər. 
Toplanmış  gəlirlər  bir  yerə  yığılır  və  din  xadimləri  arasında  bərabər 
bölünürdü (415,697-698).   
Qüdrətli  xanların  din  xadimləri  üzərində  böyük  təsiri  var  idı.  Onlar 
nüfuz  sahibi  olan  axundu,  qazini, 
müctəhidi  və  müsəlman  ruhanilərinin 
başçısı şeyx-ül-islamı seçirdi. Ən güclü xanlar sevimli adamlarını belə şeyx-
ül-islam 
təyin  edirdilər  (201,  c.3,  səh.27).  Xanlar  hətta  din  xadimləri 
arasında  özbaşnalığın  qarşısını  almaq  və  dini  gəlirlərdə  qanun-qayda 
yaratmaq üçün 
vəqf mülkiyyətinin işlərinə də müdaxilə edə bilirdilər. Xanın 
fərmanı ilə vəqf mülkiyyətinə nəzarət din xadimləri arasında daha nüfuzlu 
olan  axunda 
tapşırılırdı.  Xan  bu  haqda  xüsusi  təliqə  verirdi.  İrəvan 
xanlığının  ən  görkəmli  xanlarından  biri  olan  Hüseynəli  xan  Axund  Molla 
Əlini vəqf torpaqlarını idarə etmək üçün rəhbər təyin etmişdi. Onun verdiyi 
təliqədə  qeyd  edilir  ki, «Molla  Əli  vəqf  mülklərini  şəxsən,  müstəqil idarə 
etməli, onlara aid bütün məsələlərin həllində çalışmalı, bu barədə mövcud 
olan 
dəftər və kitablara rəhbərlik etməlidir. O, öz şəninə cəsarətlə bacarığına 
uyğun  vəqf  mülklərinin  təşkilində,  bərpa  edilməsində  çalışmalıdır.  Vəqf 
mülklərinin bütün gəlirlərini topladıqdan sonra ona verilən təliqədə, tədris 
haqqındakı təliqədə deyildiyi kimi xərc edib, gəlir və məxaricə dair ayrılan 
siyahını bizim nəzərimizə çatdırsın. Vəqf torpaqlarının əkinçilərinə, həmin 
torpaqlarda  vergi 
yığan  məmurlarına  ali  Həzrət  Molla  Əliyə  və  onun 
mülazimlərinə  tabe  olmağı  əmr  edilsin» (39,52-53).  Bundan  əlavə,  xanlar 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   145   146   147   148   149   150   151   152   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə