Азярбайъан милли елмляр академийасы а



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə148/164
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32211
1   ...   144   145   146   147   148   149   150   151   ...   164

 
305 
Bu 
həyətlərdə etnik cəhətdən 26.941 nəfər azəri türkü, 32.457 nəfər erməni 
yaşayırdı.  Bütün  kənd  əhalisinin  ümumi  sayı  59.398  nəfərdən  ibarət 
olmuşdu. Bütövlükdə şəhər və kənddə 22.336 həyət və 65.298 nəfər qeydə 
alınmışdı  (201,  c.4,  səh.365).  Nəticədən  görünür  ki,  erməni  əhalisi 
köçürülmə nəticəsində artmışdı. 
 
5.3 
Əhalinin sosial-silki quruluşu 
Azərbaycanın  digər  xanlıqlarında  olduğu  kimi  İrəvan  xanlığının 
əhalisi də sosial tərkibinə görə üç qrupa bölünür: 1) imtiyazlı ali təbəqə; 2) 
din 
xadimləri və 3) vergiverənlər.  
Birinci 
təbəqəyə xan (və yaxud sərdar), bəylər, sultanlar, məliklər və 
ağalar  daxil  idi  (415,688-690).  İmtiyazlı  ali  təbəqənin  başında  mütləq 
hakimiyyətə  malik  xan  dururdu.  Azərbaycanın  digər  xanlıqlarından  fərqli 
olaraq 
İrəvan xanlığında  xan adı daşıyanlar iki qismə bölünürdü: Birincisi
xanlığın başında duran mütləq hakim idi. Yuxarıdakı fəsildə xan  haqqında 
ətraflı  bəhs  edilmiş  və  onların  hakimiyyət  üsuli-idarəsi  təsvir  edilmişdir. 
Xan 
mütləq hakim olmaqla bərabər, iri torpaq sahələrinə yiyələndiyindən və 
ticarətə  sərmayə  qoyduğuna  görə,  həm  də  iri  mülkədar  hesab  olunurdu.  
İkinci  qismə  Səfəvi  şahları  tərəfindən  «xan»  fəxri  adı  verilmiş  xüsusi 
şəxslər daxil idi. Bu «xanlar» hakim olmasalar da böyük imtiyaz sahibləri 
idilər. Lakin onlar varislik hüququna malik deyildilər (75,136; 184,137).  
  Xandan  sonra  ali  silkin 
növbəti  pilləsində  bəylər  dururdu. 
A.
Bakıxanov  yazır  ki, «bəy  monqol  dilində  əmr  edən,  hökm  edən 
deməkdir…, bəy əmr edən hər hansı şəxsə verilən ümumi addır» (75,137). 
Bəy  rütbəsini  ali  silk  nümayəndələrindən  olan  xanın  övladları,  qohumları, 
onların varisləri və həmçinin xidmətinə və ləyaqətinə görə layiq görülmüş 
şəxslər daşıyırdı (75,137; 157,389). Bəylər bir neçə qrupa bölünürdü. Bəzi 
mənbəyə  görə  bəylər  irsi  bəy  rütbəsi  alan  və  müvəqqəti  bəy  rütbəsi 
verilənlərdən  ibarət  idi  (75,137; 184,102-103).  Lakin  İrəvan  xanlığından 
bəhs  edən  başqa  bir  mənbədə  bəylərin  üç  qrupa  bölünündüyü  göstərilir. 
Birinci  qrupa  irsi 
bəylər  daxil  idi.  Səfəvi  şahlarının  xüsusi  fərmanı 
əsasında bəy rütbəsi almışların nəslindən olanlar irsi bəylər adlanırdı. Onlar  
xüsusi 
mülkiyyət sahibi idilər və bəylik onlar üçün irsi xarakter daşıyırdı. 
İrsi  bəylər  xana  qulluq  etməyə  borclu  deyildilər,  lakin  bəzi  hallarda 
gəlirlərinin  bir  hissəsini  xəzinəyə  verməli  idilər.  Xalq  arasında  böyük 
hörmət sahibi olduqlarından, xanlar onlara ehtiyatla yanaşırdı. İrsi bəylərə 
məxsus  kəndlərin  inzibati  və  hüquqi  hakimiyyəti  də  onların  əlində 
cəmləşmişdi  (184,102; 397,2-3).  Lakin  İrəvan  xanları  hər  vasitə  ilə  irsi 
bəylərin nüfuzunu qırmağa çalışırdı (184,103). Bu xüsusilə sonuncu sərdar 


 
306 
Hüseynqulu 
xanın dövrünə aid idi. O,  bəylərə məxsus kəndləri və onlardan 
gələn  gəlirləri  hesaba  alaraq  bu  kəndlərin  bəzisini  ayrı-ayrı  şəxslərə  tiyul 
kimi 
paylayırdı.  Məsələn,  Hüseynqulu  xan  irsi  bəylərdən  Hümmət  bəyə, 
Rəsul bəyə, Kərim bəyə və Mehdi bəyə məxsus kənlərin bir və ya ikisini 
tiyul 
şəkilində başqasına vermişdi (415,929).  
İkinci qrupa sərdara göstərdikləri inzibati-hərbi qulluq sayəsində və 
onun 
mərhəməti  ilə  bəy  rütbəsini  alanlar  daxil  idi  (184,103).  Bu  bəylərin 
başlıca vəzifəsi xanın xidmətində həmişə dayanmaq idi. Xan xüsusi xidmət 
müqabilində xəzinəyə məxsus və müsadirə edilmiş kəndləri onlara hədiyyə 
olaraq  verirdi. 
Mükafatlandırılmış  bəylər  həmin  kəndlərin  gəlirləri  ilə 
dolanırdı (184,122). Lakin onların bu rütbəsi müvəqqəti səciyyə daşıyırdı və 
qulluq 
başa çatdıqdan sonra geri alınırdı.  
Axırıncı  qrupa  isə  müvəqqəti  bəy  adını  alanlar-  kənd  ağsaqqalları 
olan 
kəndxudalar, rəislər və erməni icma başçıları daxil idilər. Onlar  təyin 
olunduqları vəzifəni müvəqqəti icra etdiklərinə görə, hər hansı sənəd yaxud 
fərman  almırdılar.  İstər  Azəri  türklərinə  məxsus  kənd  ağsaqqalları,  istərsə 
də erməni kənd ağsaqqalları bu vəzifə üçün heç bir məvacib almırdı. Onlar 
əhalidən aldığı vergilər hesabına dolanırdılar (397,3; 18,375). 
         Hakimiyy
ətin  sonrakı  pilləsində  sultan  dururdu.  Sultan  ərəbcə 
hökmdar 
deməkdir.  Bu  rütbə  irsi  və  yaxud  yüksək  vəzifə  tutan  bəylərə 
verilirdi.  Sultan  
qədimi  rütbə  kimi  göstərilirdi.  Onlar  böyük  hüquq  və 
imtiyazlara  malik  olmaqla 
yanaşı  xanın  yanında  yüksək  mövqe  tuturdular 
(75,136-137; 184,103). 
İrəvan xanlığında daha yüksək idarəçilik hüququna 
malik sultanlar mövcud 
olmuşdu. Bu sultanlar xanlığa məxsus iki sultanlığı 

Şuragöl və Pəmbək sultanlıqlarını idarə edirdi. Hər iki sultanlıq 1779-cu 
ildə II İraklinin İrəvana hücumundan sonra Kartli-Kaxetiya çarlığının nüfuz 
dairəsinə düşmüş, 1802 və 1805-ci illərdə isə Rusiyyaya birləşdirilmişdi.    
         
Əhalinin  silki  quruluşunda  ağaların  da  xüsusi  yeri  vardı.  Bu  ad 
monqol 
dilindədir. Ağa xan ailəsinə daxil olan şəxslərə deyilirdi. Məhz bu 
baxımdan onlar bəzən böyük imtiyazlara malik idi və irsi bəylərə məxsus 
hüquqlardan 
istifadə  edirdilər  (75,137-138; 157,470). Lakin  onların 
mülkiyyət  üzərində  hüququ  bəylərdən  fərqlənirdi.  Belə  ki,  ağalar  xan 
tərəfindən kəndləri idarə etmək üçün təyin olunurdu. Bu vəzifə irsi və yaxud 
müvəqqəti  ola  bilərdi.  Ağalar  təyin  olunduqları  kəndlərin  gəlirinin  bir 
hissəsindən  istifadə  edir  və  kəndlilər  onun  gəlir  mənbəyi  idi.  Ağalar  və 
onların  yaxınları  hər  cür  vergi  və  mükəlləfiyyətlərdən  azad  edilmişdi  
(184,123-124).     
İmtiyazlılar  silkinə  maldarlıqla  məşğul  olan  elatların  başçıları- 
elbəyilər  də  daxil  idi.  Çoxlu  var  dövlət  sahibi  olan  elbəyilər  silahlanmış 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   144   145   146   147   148   149   150   151   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə