305
Bu
həyətlərdə etnik cəhətdən 26.941 nəfər azəri türkü, 32.457 nəfər erməni
yaşayırdı. Bütün kənd əhalisinin ümumi sayı 59.398 nəfərdən ibarət
olmuşdu. Bütövlükdə şəhər və kənddə 22.336 həyət və 65.298 nəfər qeydə
alınmışdı (201, c.4, səh.365). Nəticədən görünür ki, erməni əhalisi
köçürülmə nəticəsində artmışdı.
5.3
Əhalinin sosial-silki quruluşu
Azərbaycanın digər xanlıqlarında olduğu kimi İrəvan xanlığının
əhalisi də sosial tərkibinə görə üç qrupa bölünür: 1) imtiyazlı ali təbəqə; 2)
din
xadimləri və 3) vergiverənlər.
Birinci
təbəqəyə xan (və yaxud sərdar), bəylər, sultanlar, məliklər və
ağalar daxil idi (415,688-690). İmtiyazlı ali təbəqənin başında mütləq
hakimiyyətə malik xan dururdu. Azərbaycanın digər xanlıqlarından fərqli
olaraq
İrəvan xanlığında xan adı daşıyanlar iki qismə bölünürdü: Birincisi,
xanlığın başında duran mütləq hakim idi. Yuxarıdakı fəsildə xan haqqında
ətraflı bəhs edilmiş və onların hakimiyyət üsuli-idarəsi təsvir edilmişdir.
Xan
mütləq hakim olmaqla bərabər, iri torpaq sahələrinə yiyələndiyindən və
ticarətə sərmayə qoyduğuna görə, həm də iri mülkədar hesab olunurdu.
İkinci qismə Səfəvi şahları tərəfindən «xan» fəxri adı verilmiş xüsusi
şəxslər daxil idi. Bu «xanlar» hakim olmasalar da böyük imtiyaz sahibləri
idilər. Lakin onlar varislik hüququna malik deyildilər (75,136; 184,137).
Xandan sonra ali silkin
növbəti pilləsində bəylər dururdu.
A.
Bakıxanov yazır ki, «bəy monqol dilində əmr edən, hökm edən
deməkdir…, bəy əmr edən hər hansı şəxsə verilən ümumi addır» (75,137).
Bəy rütbəsini ali silk nümayəndələrindən olan xanın övladları, qohumları,
onların varisləri və həmçinin xidmətinə və ləyaqətinə görə layiq görülmüş
şəxslər daşıyırdı (75,137; 157,389). Bəylər bir neçə qrupa bölünürdü. Bəzi
mənbəyə görə bəylər irsi bəy rütbəsi alan və müvəqqəti bəy rütbəsi
verilənlərdən ibarət idi (75,137; 184,102-103). Lakin İrəvan xanlığından
bəhs edən başqa bir mənbədə bəylərin üç qrupa bölünündüyü göstərilir.
Birinci qrupa irsi
bəylər daxil idi. Səfəvi şahlarının xüsusi fərmanı
əsasında bəy rütbəsi almışların nəslindən olanlar irsi bəylər adlanırdı. Onlar
xüsusi
mülkiyyət sahibi idilər və bəylik onlar üçün irsi xarakter daşıyırdı.
İrsi bəylər xana qulluq etməyə borclu deyildilər, lakin bəzi hallarda
gəlirlərinin bir hissəsini xəzinəyə verməli idilər. Xalq arasında böyük
hörmət sahibi olduqlarından, xanlar onlara ehtiyatla yanaşırdı. İrsi bəylərə
məxsus kəndlərin inzibati və hüquqi hakimiyyəti də onların əlində
cəmləşmişdi (184,102; 397,2-3). Lakin İrəvan xanları hər vasitə ilə irsi
bəylərin nüfuzunu qırmağa çalışırdı (184,103). Bu xüsusilə sonuncu sərdar
306
Hüseynqulu
xanın dövrünə aid idi. O, bəylərə məxsus kəndləri və onlardan
gələn gəlirləri hesaba alaraq bu kəndlərin bəzisini ayrı-ayrı şəxslərə tiyul
kimi
paylayırdı. Məsələn, Hüseynqulu xan irsi bəylərdən Hümmət bəyə,
Rəsul bəyə, Kərim bəyə və Mehdi bəyə məxsus kənlərin bir və ya ikisini
tiyul
şəkilində başqasına vermişdi (415,929).
İkinci qrupa sərdara göstərdikləri inzibati-hərbi qulluq sayəsində və
onun
mərhəməti ilə bəy rütbəsini alanlar daxil idi (184,103). Bu bəylərin
başlıca vəzifəsi xanın xidmətində həmişə dayanmaq idi. Xan xüsusi xidmət
müqabilində xəzinəyə məxsus və müsadirə edilmiş kəndləri onlara hədiyyə
olaraq verirdi.
Mükafatlandırılmış bəylər həmin kəndlərin gəlirləri ilə
dolanırdı (184,122). Lakin onların bu rütbəsi müvəqqəti səciyyə daşıyırdı və
qulluq
başa çatdıqdan sonra geri alınırdı.
Axırıncı qrupa isə müvəqqəti bəy adını alanlar- kənd ağsaqqalları
olan
kəndxudalar, rəislər və erməni icma başçıları daxil idilər. Onlar təyin
olunduqları vəzifəni müvəqqəti icra etdiklərinə görə, hər hansı sənəd yaxud
fərman almırdılar. İstər Azəri türklərinə məxsus kənd ağsaqqalları, istərsə
də erməni kənd ağsaqqalları bu vəzifə üçün heç bir məvacib almırdı. Onlar
əhalidən aldığı vergilər hesabına dolanırdılar (397,3; 18,375).
Hakimiyy
ətin sonrakı pilləsində sultan dururdu. Sultan ərəbcə
hökmdar
deməkdir. Bu rütbə irsi və yaxud yüksək vəzifə tutan bəylərə
verilirdi. Sultan
qədimi rütbə kimi göstərilirdi. Onlar böyük hüquq və
imtiyazlara malik olmaqla
yanaşı xanın yanında yüksək mövqe tuturdular
(75,136-137; 184,103).
İrəvan xanlığında daha yüksək idarəçilik hüququna
malik sultanlar mövcud
olmuşdu. Bu sultanlar xanlığa məxsus iki sultanlığı
–
Şuragöl və Pəmbək sultanlıqlarını idarə edirdi. Hər iki sultanlıq 1779-cu
ildə II İraklinin İrəvana hücumundan sonra Kartli-Kaxetiya çarlığının nüfuz
dairəsinə düşmüş, 1802 və 1805-ci illərdə isə Rusiyyaya birləşdirilmişdi.
Əhalinin silki quruluşunda ağaların da xüsusi yeri vardı. Bu ad
monqol
dilindədir. Ağa xan ailəsinə daxil olan şəxslərə deyilirdi. Məhz bu
baxımdan onlar bəzən böyük imtiyazlara malik idi və irsi bəylərə məxsus
hüquqlardan
istifadə edirdilər (75,137-138; 157,470). Lakin onların
mülkiyyət üzərində hüququ bəylərdən fərqlənirdi. Belə ki, ağalar xan
tərəfindən kəndləri idarə etmək üçün təyin olunurdu. Bu vəzifə irsi və yaxud
müvəqqəti ola bilərdi. Ağalar təyin olunduqları kəndlərin gəlirinin bir
hissəsindən istifadə edir və kəndlilər onun gəlir mənbəyi idi. Ağalar və
onların yaxınları hər cür vergi və mükəlləfiyyətlərdən azad edilmişdi
(184,123-124).
İmtiyazlılar silkinə maldarlıqla məşğul olan elatların başçıları-
elbəyilər də daxil idi. Çoxlu var dövlət sahibi olan elbəyilər silahlanmış
Dostları ilə paylaş: |