Азярбайъан милли елмляр академийасы а



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə151/164
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32211
1   ...   147   148   149   150   151   152   153   154   ...   164

 
312 
           
İrəvan şəhərində 85 hacı, 158 məşhədi, 105 kərbəlayı 
           Mahallarda 25 
hacı, 77 məşhədi, 239 kərbəlayı 
           Elatlar 
arasında 6 hacı, 7 məşhədi, 4 kərbalayı. 
          Yekun 
nəticəyə görə, İrəvan xanlığında 111 hacı, 242 məşhədi və 348 
kərbəlayı yaşamışdı (415,704). 
          
Xanlıqda xristianlığın erməni-qriqoryan qolu fəaliyyət göstərirdi. Bu 
dindən olan ermənilər Eçmiədzin və ona tabe olan kəndlərlə məhdudlaşırdı. 
Bu  dinin 
xidmətində  dayananlar  rahibliyə  və  ağlara  bölünürdü.  Erməni-
qriqoryan 
dininə  Eçmiədzində  oturan  katolikos  başçılıq  edirdi  (415,692-
693). 
Müsəlman  din  xadimlərindən  fərqli  olaraq  erməni  ruhaniləri  hər  il 
xəzinəyə  vergi  ödəyirdilər.  Bu  haqda  «vergi  və  mükəlləfiyyətlər» 
bölməsində  bəhs  edilmişdir.  İşğaldan  sonra  köçürülmə  nəticəsində  erməni 
əhalisinin  digər  təbəqələrində  olduğu  kimi,  ruhanilərin  də  sayı  artmışdı. 
Ümu
miyyətlə  xanlıqda  işğaldan  sonra  rahiblərin  sayı  135  nəfər  idisə 
(415,692), 
ağ ruhanilərin sayı isə aşağıdakı cədvəldə göstərilmişdir: 
 
cədvəd 5.6 
İrəvan xanlığı 
Ailə 
kişi 
Qadın  Yekun 
İrəvan şəhəri 
13 
55 
35 
90 
Mahallar: 
 
 
 
 
Qırxbulaq 
10 
30 
34 
64 
Zəngibasar 

24 
28 
52 
Qarnibasar 
11 
29 
31 
60 
Vedibasar 




Şərur 

23 
14 
37 
Sürməli 
22 
98 
84 
182 
Talın 

17 
10 
27 
Sərdarabad 
11 
59 
53 
112 
Körpübasar 
29 
115 
104 
219 
Abaran 
30 
109 
95 
204 
Dərəçiçək 
24 
92 
76 
168 
Göyçə 
23 
124 
108 
232 
Yekun: 
193 
779 
675 
1454 
 
         
İrəvan xanlığında kəndlilər üç qrupa bölünürdü: Birinci qrupa daxil 
olan 
kəndlilər xəzinə, bəy və vəqf torpaqlarında sakin olan rəiyyətlər, yəni 
bəhrəkərlər  adlanırdı  (415,989; 233,308). Bəhrəkərlərin  öz  təsərrüfatı, 
torpaq 
payı,  əmək  aləti  və  qoşqu  heyvanları  olurdu.  Onlar  sahibkara 
becərdikləri  məhsulun 
1
/
3
–ni 
və  10  tümən  binaçı  vergisi  ödəyirdilər. 


 
313 
Kəndlilərin ikinci qrupuna yarıkərlər daxil idi. Yarıkərlər əsasən, qaçqın 
və  işsizlər  hesabına  yaranırdı.  Birinci  Rusiya-İran  müharibəsi  dövründə 
qonşu xanlıqlardan gəlmiş qaçqın ailələrinin sayı çoxalmışdı. 1818–ci ildə 
general leytenant Velyaminov Abbas 
Mirzəyə yazdığı məktubda qeyd edirdi 
ki, «
Əlahəzrətə məlumdur ki, Rusiya-İran müharibəsi dövründə sıxışdırılmış 
bir 
neçə  azəri  türk  ailəsi  Gürcüstandan  (Şuragöl  və  Pəmbək-E.Q.)  İrəvan 
xanlığına qaçmışdı. … O, (Hüseünqulu xan –E.Q.) sayı 400 ailədən ibarət 
belə  qaçqınları  toplayaraq,  Zəngi  çayının  sağ  sahilində  sərhəddə 
yerləşdirərək, Mürsəli, Barat, Ərdağlı, Qarakeşiş, Karvansaray, Qara Murad, 
Yaycı,  Təklər  kəndlərini  saldırmışdı» (295,195). Sərdar  bu  cür  adamları  
yerləşdirərək, onlara torpaq paylayır, iş heyvanı, kotan və hər cür toxumla 
təmin  edirdi.  Təsərrüfatlarını  qurana  qədər  o,  həmin  kəndlilərdən  vergi 
almırdı. Bir müddətdən sonra yarıkərlər aldıqları borcun əvəzində yığdıqları 
məhsulun  yarısını  xəzinəyə  ödəməli  idi  (415,989).  Üçüncü  qrupa  isə 
rəncbərlər daxil idi. Rəncbərlərin vəziyyəti daha ağır idi. Belə kəndlilərin nə 
öz 
torpağı, nə də əmək alətləri vardı. Onlar sahibkar və xəzinə torpaqlarını 
icarə  götürməklə  yaşayırdılar.  Rəncbərlər  böyük  məbləğdə  icarə  haqqı 
verməklə  yanaşı  sahibkar  üçün  ağır  mükəlləfiyyətlər  də  icra  etməli  idi. 
Sərdar  bu  vəziyyətdə  olan  kəndliləri  sakin  kimi  deyil,  muzdur  işçi  kimi 
baxırdı (415,989).  
İrəvan  xanlığının  mahallarında  torpaqların  icarə  haqqı  fərqli  idi. 
Məsələn,  Zəngibasar  mahalının  Çarbağ  kəndinin  rəncbərləri  çəltik  və 
pambığın 
2
/
3
 
hissəsini,  digər  məhsulun  üç  hissəsini,  Şərur  mahalının 
Çamaxtir 
kəndinin  rəncbərləri  çəltiyin 
2
/
3
 
hissəsini,  digər  məhsulların  isə 
yarısını,  Körpübasar  mahalının  Muğancıq  kəndinin  sakinləri  isə  ümumi 
məhsulun 
4
/
5
 
hissəsini icarə haqqı olaraq ödəyirdilər (415,988-989). 
        
Maldarlıqla  məşğul  olan  sadə  köçəri  elatlar  da  kəndli  təbəqəsinə  aid 
idi.  Onlar  da 
müxtəlif  vergi  verir  və  mükəlləfiyyətlər  yerinə  yetirirdilər. 
Elatlar  xan 
və  bəylərin  sürülərini  otarır,  maldarlıq  təsərrüfatında  bir  sıra 
işlər görür və peşkəş adlanan vergi verirdilər. Sadə elatların vəziyyəti digər 
kəndlilərə  nisbətən  yaxşı  idi.  Belə  ki,  onlar  xanlığın  qoşununa  əsgər 
verdiklərindən müəyyən güzəştlərə malik idilər. Lakin elatlardan mal-qara, 
yağ, pendir və yun vergisi alınırdı (415,987). 
        
İrəvan xanlığında əhalinin vergiverənlər silkinə tacirlər, kiçik ticarətlə 
və müxtəlif sənət növləri ilə məşğul olan sənətkarlar da daxildir. Kameral 
təsvirdə  «Erməni  vilayəti»ndə  (keçmiş  İrəvan,  Naxçıvan  xanlıqlarında  və 
Ordubadda-E.Q.)  bu 
silklərə  daxil  olanların  sayı  haqqında  məlumat  ver-
ilmişdir. Siyahıyaalınmaya görə,  vilayətdə tacir və hər cür ticarətlə məşğul 
olanların sayı 895 nəfər, müxtəlif cür sənətkarlıqla məşğul olanlar isə 9.229 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   147   148   149   150   151   152   153   154   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə