Азярбайъан милли елмляр академийасы а



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə153/164
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32211
1   ...   149   150   151   152   153   154   155   156   ...   164

 
317 
ara
şdırılması  göstərir  ki,  şahın  hakimiyyətinin  son  illərində  müxtəlif 
bölgələrdə,  o  cümlədən  İrəvanda  əhali  üsyan  qaldırmışdı.  İrəvanlılar  ilk 
əvvəl  şahın  təyin  etdiyi  hakimi  İrəvandan  qovmuş,  hətta  əmisi  oğlu 
Əmiraslan  xanın  başçılığı  ilə  göndərilmiş  qoşunu  məğlub  edə  bilmişdilər. 
Lakin 
tezliklə əlavə kömək alan Əmiraslan xan üsyanı yatıraraq hakimi ye-
nidən öz yerinə bərpa etmişdi.  
           1747-ci 
ildə  Nadir  şah  süi-qəsd  nəticəsində  öldürüldükdən  sonra 
yaratdığı imperiya dağıldı. Mərkəzdə taxt-tac uğrunda mübarizə getdiyindən 
əhali  üsyan  edərək  şahın  təyin  etdiyi  hakimləri  qovmuş  və  yerlərdə  ha-
kimiyyəti  ələ  keçirmişdilər.  Beləliklə,  Azərbaycanda  20-ə  yaxın  xanlıq 
yaranmışdı. Onlardan biri də İrəvan xanlığı idi. 
        
İrəvan xanlığı Azərbaycanın qərb ucqarlarında yaranmışdı. Bu xanlıq 
şimaldan və şimali şərqdən Kartli-Kaxetiya çarlığı, Qazax, Şəmşəddil sul-
tanlıqları və Gəncə xanlığı ilə, cənubdan və cənub şərqdən Xoy və Naxçıvan 
xanlıqları ilə, şərqdən Qarabağ xanlığı, qərbdən isə Osmanlı imperiyası ilə 
həmsərhəd idi. İrəvan xanlığının sərhədləri siyasi vəziyyətlə əlaqədar olaraq 
dəyişikliyə  uğramışdı.  Belə  ki,  İrəvan  xanlığına  məxsus  müxtəlif  ərazilər 
Kartli-Kaxetiya 
çarlığı  və  Qarabağ  xanlığı  tərəfindən  qopardılmışdı.  Bu 
ərazilərlə birlikdə İrəvan xanlığının ümumi sahəsi 114.444 kv.verstə bərabər 
olmuşdu. Hətta uzun illər Maku xanlığı da onun tərkibinə daxil olmuşdu.  
        
İrəvan  xanlığının  iqtisadi  həyatında  kənd  təsərrüfatı  mühüm  rol 
oynay
ırdı.  Kənd təsərrüfatında  əsas  yeri  əkinçilik,  bağçılıq,  bostançılıq  və 
maldar
lıq tuturdu. Əlverişli iqlim şəraiti, bol məhsuldar torpaqların olması 
İrəvan  xanlığında  kənd  təsərrüfatının  inkişafına  təkan  vermişdi.  Xanlıqda 
meyvəçilik  və  üzümçülük  xüsusilə  güclü  inkişaf  etmişdi.  Burada  müxtəlif 
meyvə növləri, bostan bitkiləri yetişdirilirdi. 
         
Torpağın  şumlanmasında  kotan  və  xışdan  istifadə  olunurdu.  Məhsul 
isə oraqla biçilirdi. Xanlıqda bol sulu çayların olması süni suvarmanın ink-
işafına şərait yaradırdı. Dağlıq ərazilərdə isə torpaqların dəmyə üsuluna üs-
tünlük verilirdi.  
         
İrəvan xanlığı maldarlığın inkişafı üçün geniş otlaq sahələrinə malik 
idi. 
Qırxbulaq,  Göyçə,  Abaran,  Dərəçiçək,  Gərnibasar,  Vedibasar,  Talın, 
Sürməli və Dərəkənd-Parçenis mahallarında əlverişli otlaq sahələri var idi. 
İrəvan xanlığında elatlar əsasən köçmə və köçəri maldarlıqla məşğul olurdu. 
Köçmə  maldarlığı  ilə  Azəri  türkləri,  köçəri  maldarlıla  isə  kürdlər  məşğul 
olurdu. 
Maldarlıqda  qoyunçuluq  daha  çox  inkişaf  etmişdi.  Bundan  əlavə 
əhali iribuynuzlu mal-qara, at, eşşək, qatır, dəvə də saxlayırdı. 
        
İrəvan  xanlığında  torpaq  üzərində  müxtəlif  mülkiyyət  formaları 
movcud idi. Torpaq sahibliyinin 6 
forması vardı: 1.xalisə; 2.divani; 3.mülk; 


 
318 
4.tiyul; 5.
vəqf; 6.icma torpaqları. Mənbələrdə hər bir torpaq mülkiyyətinin 
xüsusiyyətləri və onlar arasında olan fərqlər ətraflı təsvir edilmişdi. Digər 
xanlıqlarda  olduğu  kimi  İrəvan  xanlığında  da  «xalisə»  ilə  «divani» 
tor
paqları  arasında  olan  fərq  aradan  qaldırılmış,  xan  torpaqları 
adlandırılmışdı.  
          
Araşdırmadan  məlum  olmuşdur  ki,  xanlığın  əhalisi  sosial  tərkibinə 
görə, üç əsas qrupa bölünmüşdü: İmtiyazlı ali təbəqə, din xadimləri və ver-
giverənlər. Birinci təbəqəyə xanlar, bəylər, sultanlar, ağalar, elbəylər, məli-
klər, kəndxudalar və s. daxil idi. Onların arasında bəylər çoxsaylı olması ilə 
seçilirdi. 
Bəylər özü üç qrupa bölünürdü. Birinci qrupa irsi bəylər daxil idi. 
Onların  sələfləri  bu  titulu  Səfəvi  şahlarından  almışdı.  İkinci  qrupa  İrəvan 
xanlarının xüsusi fərmanı ilə təltif olunan bəylər aid idi. Bunlar da irsi xa-
rakter 
daşıyırdı.  Sonuncusu  isə  hər  hansı  vəzifəyə  görə,  bu  adı  daşıyan 
bəylər aid idi. Bu bəylik müvəqqəti xarakter daşıyırdı. 
         
İrəvan  xanlığında  din  xadimləri  xüsusi  təbəqə  təşkil  edirdi.  Digər 
Azərbaycan xanlıqlarından fərqli olaraq İrəvanda hakim din sayılan islama 
qulluq 
edənlərlə  bərabər,  xristian  din  xadimləri  də  vardı.  Müsəlman  din 
xadimləri üç qrupa bölünmüşdü: 1.Ali ruhanilər; 2. Şəriət məhkəmələrində 
mülki 
və  cinayət  işlərinə  baxanlar; 3.Maarifçilik  işində  çalışanlar.  Bi-
rincilərə  şeyx-ül-islam,  axundlar,  əfəndilər,  mirzələr,  seyidlər,  ağamirlər 
mollar, 
ikincilərə qazilər, üçüncülərə isə müdərrislər daxil idi. Xristianlar isə 
rahibliyə  və  «ağruhaniliyə»  bölünürdü.  Bunların  başında  katolikos, «ağ 
ruhanilər»ə isə arxiyepiskop, yepiskop və vardapet daxil idi. 
        
Vergiverənlərə  isə  kəndlilər  daxil  idi.  Kəndlilər  bəhrəkərlərə  (rəiy-
yətlərə),  yarıkərlərə,  rəncbərlərə  və  elatlara  bölünürdü.  İrəvan  xanlığında 
rəiyyətlər adlanan kəndlilərin öz təsərrüfatı və pay torpağı vardı. Yarıkərlər 
əsasən qaçqın və tüfeyli həyat sürən adamların hesabına yaranırdı. Xan belə 
şəxsləri  ilk  əvvəl  torpaqla,  əmək  aləti  və  toxumla  təmin  edirdi.  Məhsul 
yetişdikdən  sonra  isə  əvəzində  onun  yarısı  xana  çatırdı.  Rəncbərlərin  isə 
vəziyyəti daha ağır idi. Onların nə öz təsərrüfatı, nə əmək aləti vardı. Onlar 
icarə  götürdükləri  torpaqlarda  çalışır  və  əvəzində  məhsulun  2/3  hissəsini 
sahibkara 
ödəyirdi. Elatlar isə köçəri və köçmə maldarlıqla məşğul olan tay-
faların  aşağı  təbəqəsi  idi.  Xanlığın  qoşununun  əsas  qeyri-nizami  hissəsini 
təşkil etdiyindən onlardan az vergi alınırdı. 
        
İrəvan xanlığında maaflar deyilən xüsusi təbəqə də mövcud olmuşdu. 
Bu 
təbəqə imtiazlılarla vergiverənlər arasında orta vəziyyəti tuturdu. Onlar 
hər cür vergidən azad idi. Əvəzində hərbi mükəlləfiyyəti yerinə yetirirdilər. 
        
İrəvan  xanlığının  əhalisi  xəzinənin  və  sahibkarların  xeyrinə  müxtəlif 
adda 
vergilər  ödəyir  və  mükəlləfiyyətlər  yerinə  yetirirdilər.  Vergilər  həm 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   149   150   151   152   153   154   155   156   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə