Азярбайъан милли елмляр академийасы а



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə152/164
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32211
1   ...   148   149   150   151   152   153   154   155   ...   164

 
314 
nəfərdən  ibarət  olmuşdu  (415,705).  Ümumi  sayı  əks  etdirən  bu  siyahıda 
keçmiş  İrəvan  xanlığı  ərazisində  nə  qədər  tacir  və  sənətkarların  olmasını 
təyin etmək çətindir. 
        
İrəvan  xanlığının  silki  quruluşunda  maafları  xüsusi  qeyd  etmək 
lazımdır.  Maaf  sözü  hər  cür  vergi  və  mükəlləfiyyətlərdən  azad  edilmiş, 
xanın xüsusi tapşırıqlarını danışıqsız yerinə yetirilənlərə deyilirdi (157,470; 
184,85). «Oz  ictimai 
vəziyyətinə  görə  bəylərdən  və  bəzi  köçərilərdən 
(
elbəyi-E.Q.)  aşağıda  duran,  öz  əyalətlərində  (çərik)  hərbi  qulluqda  və 
feodal 
dəstələrində  olmaqdan  başqa,  torpaq  sahiblərinə  heç  bir  vergi  ver-
məyən və mükəlləfiyyət daşımayan kiçik torpaq sahibləri maaflar adlanırdı» 
(233,182). Xan 
tərəfindən təyin edilən maaflardan həm hərbiçi, həm də po-
lis  kimi 
istifadə  edilirdi.  Ordu  yığılarkən  onlar  ilk  olaraq  qulluğa  gəlməli 
idilər. Bundan əlavə, maaflardan vergilər yığmaq və bəylərin digər işlərinin 
görülməsində  istifadə  edilirdi.  Buna  görə  də,  xanlar  onlara  xüsusi  diqqət 
yetirir,  torpaq 
və  rəncbərlər  hədiyyə  edirdi  (157,470).  İrəvan  xanlığında 
xüsusi maaf 
dəstələri fəaliyyət göstərirdi. Lakin işğaldan sonra kameral təs-
vir 
zamanı  onlar  əhalinin  vergi  verən  hissəsinə  daxil  edilmiş  və  beləliklə 
onların sayı itirilmişdir (184, c.1, səh.87). 
        
İrəvan xanlığında əhalinin aşağı təbəqəsinə nökərlər də daxil idi. Xanın 
və  iri  feodalların  şəxsi  qoruyucuları,  hərbi  qulluqçular,  sərhəd  müha-
fizəçiləri nökərlər adlanırdı (184, c.2, səh.434-435). Maaflar kimi nökərlər 
də  heç  bir  vergi  və  mükəlləfiyyət  daşımırdı.  Onların  sosial  bazasını  rəiy-
yətlər  təşkil  edirdi.  Nökərçilik  irsən  keçirdi  (233,101).  Nökərlər  bütün 
xanlıq  ərazisinə  səpələnmişdilər  və  lazım  gəldikdə  bir  yerə  toplanırdılar. 
Onlar 
əla  geyim,  silah  və  atları  ilə  seçilirdilər  (184,  c.1,  səh.84).  İrəvan 
xanlığında  nökərlərin  sayı  haqqında  heç  bir  məlumat  yoxdur.  Lakin 
mənbədə  xan  əhalidən  məhsul  vergisi  alarkən  öz  nökərlərindən  istifadə 
etməsi haqqında məlumat vardır. Onlar yığım vaxtı xanın əmri ilə kəndləri 
gəzərək məhsul oğurluğunun və itkisinin qarşısını alırdılar. Bu əmri yerinə 
yetirən nökərlər əhalinin hesabına yaşayırdılar (157,516). 
         
Beləliklə,  İrəvan  xanlığı  əhalisinin  sosial  tərkibi  digər  Azərbaycan 
xanlıqlarının sosial tərkibindən heç nə ilə fərqlənmirdi, əhalinin əsas hissəsi 
kəndlilər idi.  Etnik  cəhətdən  əhalinin  əksəriyyətini  isə  azəri  türkləri  təşkil 
edirdi. 
İstər  dövlət,  istərsə  də  qeyri-dövlət  vəzifələrində  azərbaycanlılar 
təmsil olunmuşdu.   
 
 
 
 


 
315 
 
 
 
 
 
 
 


 
316 
NƏTİCƏ 
 
         XVIII 
əsrin ortalarında yaranmış İrəvan xanlığının siyasi, iqtisadi tar-
ixini, tarixi 
coğrafiyasını, əhalisinin etnik və say tərkibinin müxtəlif səpgili  
mənbələr  əsasında  araşdırılmısı,  təhlil  edilməsi  aşağıdakı  elmi  nəticələrin 
əldə etməsinə imkan verir: 
         XVIII 
əsrin  ikinci  yarısı  Azərbaycanda  xırda  feodal  dövlətlərin-
xanlıqların  yaranması  ilə  xarakterizə  olunur.  Belə  xanlıqlardan  biri  də 
İrəvan xanlığıdır. Bu xanlıq uzunömürlü olmasına baxmayaraq, Azərbaycan 
tarixşünaslığında az öyrənilmişdir. Sovet tarixşünaslığında İrəvan xanlığının 
tarixi 
saxtalaşdırılmış və heç bir tarixi fakta əsaslanmadan Ermənistan əra-
zisi  kimi 
təqdim  olunmuşdu.  Azərbaycan  müstəqillik  əldə  etdikdən  sonra 
İrəvan  xanlığı  Azərbaycanın  tarixi  torpaqları  kimi  tədqiqatçılarımız 
t
ərəfindən  öyrənilməyə  başlandı.  Son  illərdə  bu  sahədə  uğurlu  addımlar 
atılmışdır. 
         
İrəvan  xanlığının  ərazisi  bir  əyalət  kimi  XVI  əsrdən  Azərbaycan 
Səfəvilər  dövlətinin  inzibati-ərazi  bölgüsünə  daxil  olan  Çuxursəd 
bəylərbəyliyinin  mərkəzi  olmuşdu.  Mərkəzi  İrəvan  şəhəri  olan  bu 
bəylərbəyliyə XVII əsrin əvvəllərindən Naxçıvan və Maku əraziləri də daxil 
olmuşdu. İrəvanı Səfəvi şahlarının təyin etdiyi əvvəl ustaclı, sonra isə qacar 
tayfasından olan hakimlər idarə edirdi. 
         XVII 
əsrin  sonu-XVIII  əsrin  əvvəllərində  Səfəvilər  dövləti  dərin 
iqtisadi 
və siyasi böhran keçirdiyindən mərkəzi hakimiyyət zəifləmiş, ölk-
ədə hərc-mərclik,  əhali arasında narazılıqlar və şah hakimiyyətinə qarşı üs-
yanlar 
başlandı.  Bundan  istifadə  edən  iki  nəhəng  ölkənin-  Rusiya  və  Os-
manlı  imperiyalarının  müdaxiləsi  başladı.  Nəticədə  Xəzərsahili  ərazilər 
Ru
siyanın, İrəvan əyalətinin də daxil olduğu digər Azərbaycan torpaqlari isə 
Osmanlı işğalı altına keçdi. İrəvan əyaləti 11 il Osmanlı işğalı altında qaldı. 
         XVIII 
əsrin  20-ci  illərin  axırları-30-cu  illərin  əvvəllərində  görkəmli 
dövlət  xadimi,  sərkərdə  Nadir  şahın  meydana  çıxması,  xalqı  öz  tərəfinə 
çəkərək  ölkəni  Səfəvilər  sərhədləri  hüdudunda  birləşdirmək  uğrunda 
müdaxiləçilərə  qarşı  apardığı  müharibələr  nəticəsində  işğal  olunmuş 
torpaqlar 
yenidən  geri  qaytarıldı. 1736-cı  ilin  martında  Nadir  şah  elan 
olunduqdan  sonra 
İrəvan  əyaləti  onun  yaratdığı  dövlətin  inzibati 
ərazilərindən  olan  Azərbaycan  bəylərbəyliyinin  tərkibinə  qatıldı.  İrəvanı 
şahın təyin etdiyi hakim idarə edirdi. 
          Böyük  imperiya  yaradan  Nadir 
şahın apardığı fasiləsiz  müharibələr, 
soyğunçu  vergi  siyasəti  xalqı  var-yoxdan  çıxarırdı.  Cana  doymuş 
Azərbaycan  xalqı  şah  hakimiyyətinə  qarşı  üsyan  qaldırdı.  Mənbələrin 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   148   149   150   151   152   153   154   155   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə