Азярбайъан милли елмляр академийасы а



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə26/164
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32211
1   ...   22   23   24   25   26   27   28   29   ...   164

 
54 
olaraq  qeyd 
etmək lazımdır ki, Qarabağ xanları xanlıq daxilində baş verən 
hadisələrdən  yararlanaraq  İrəvanda  möhkəmlənməyə  çalışsalar da, heç  za-
man buna nail ola 
bilməmişlər. Bunun əsas səbəblərindən biri bölgə uğrun-
da  güclü 
Qarabağ xanlığı ilə mübarizə aparan, Rusiya dövlətinə arxalanan 
Kartli-Kaxetiya 
çarının İrəvanda təsirinin böyük olması idi. İkincisi, Rusiya 
və  Osmanlı  dövlətləri  arasındakı  münasibətlər  də  bu  cür  vəziyyətin 
yaranmasında  böyük  rol  oynamışdı.  Bu  münasibətlərdə  xüsusilə  İrəvan 
xanlığı uğrunda mübarizə əsas yeri tuturdu. Digər tərəfdən isə bacarıqlı dö-
vlət  xadimi  Hüseynəli  xan  bölgədə  baş  verən  hadisələri  düzgün 
qiymətləndirir, İbrahimxəlil xanla dostluq münasibətləri saxlamağa çalışırdı. 
Xan  onun 
hakimiyyətinə  qarşı  çıxan  qiyamçıların  kömək  üçün  Qarabağ 
xan
ına müraciət etməsinə baxmayaraq, həmsərhəd olduğu bu xanlıqla nor-
mal 
qonşuluq  münasibətlərini  qorumağa  çalışırdı.  Onun  İbrahimxəlil  xana 
göndərdiyi məktubda dostluqdan və səmimiyyətdən söhbət getdiyinin şahidi 
oluruq  (39,78-79). 
Hüseynəli  xan  ömrünün  sonlarına  yaxın  İbrahimxəlil 
xanla 
münasibətləri yaxşılaşdıra bilmişdi.     
 
Georgievski 
müqaviləsi və İrəvan uğrunda mübarizə                  
XVIII 
əsrin  80-ci  illərinin  əvvəllərində  Cənubi  Qafqazda  vəziyyət 
daha  da 
mürəkkəbləşdi.  Bunun  səbəbi  rus-gürcü  ittifaqının  bölgə  üçün 
təhlükəli olan siyasəti idi. II İrakli güclü müttəfiq olmadan Azərbaycanın bir 
sıra  torpaqlarını,  xüsusilə  İrəvan  xanlığı  ərazisini  öz  dövlətinə 
birləşdirilməsinin qeyri-mümkün olduğunu başa düşürdü. Apardığı siyasətlə 
bölgə  dövlətlərinin-Osmanlı  imperiyasının,  Azərbaycan  xanlıqlarının, 
Da
ğıstan  siyasi  qurumlarının  nifrətini  qazanmış  Kartli-Kaxetiya  çarı  bu 
birlikdən qorxaraq Rusiyanın himayəsinə keçməyə çalışırdı. Belə plan hələ 
XVIII 
əsrin 50-ci illərin sonları- 60-cı illərin əvvəllərində II İraklinin atası 
çar 
Teymurazın  hakimiyyəti  illərində  mövcud  olmuşdu.  Lakin  onun  qəfl 
ölümü  bu 
işi  yarımçıq  qoymuşdu  (84,  c.1,  səh.241; 194,130-131).  Gürcü 
çarı  məqsədini  həyata  keçirmək  üçün  Rusiya  hökmdarı  II  Yekaterinaya 
xüsusi 
layihə  ilə  müraciət  etmişdi.  Cənubi  Qafqazda  öz  mövqeyini 
möhkəmləndirməyə cəhd edən Rusiya Kartli-Kaxetiya çarlığının müraciəti-
ni 
məmnuniyyətlə  qəbul  etdi.  Nəticədə  1783-cü  il  iyulun  24-də 
Georgievskdə  bağlanmış  müqaviləyə  görə,  Kartli-Kaxetiya  çarlığı  Rusiya 
dövlətinin təbəəliyinə keçdi (84, c.2. səh,11; 180,67-70; 148,9; 61,277-286; 
168,436; 192,168-171; 226,118-128).  Bunun 
ardınca  S.D.Burnaşovun 
başçılığı ilə iki rus batalyonu Tiflisə daxil oldu (417, ,22). 
Georgievski 
müqaviləsi bölgədə böyük səs-küyə səbəb oldu və qonşu 
dövlətləri  bərk  təşvişə  saldı.  Bu  hadisə  Kartli-Kaxetiya  çarlığının  həmin 


 
55 
dövlətlərlə  yaxşı  olmayan  münasibətlərini  daha  da  kəskinləşdirdi. 
Müqavilədə  Azərbaycan  xanlarını  təşvişə  salan  müddialardan  biri  isə  II 
İraklinin adının təmtəraqlı və  şişirdilmiş formada göstərilməsi idi. Burada 
Kartli-Kaxetiya 
çarının adı belə qeyd olunur: «…, Qazaxın mtavarı (hakim 
knyazı-E.Q.),  Borçalının  mtavarı,  Şəmşəddilin  mtavarı,  Qaxın  mtavarı, 
Şamaxının  mtavarı,  Şirvanın  mtavarı,  Gəncə  və  İrəvanın  padşahı» 
(168,437). (Bildiyimiz kimi, Kartli-Kaxetiya 
çarı Şirvanda və onun mərkəzi 
Şamaxıda heç bir zaman nüfuz sahibi olmamışdı. Digər tərəfdən, beynəlxalq 
v
əziyyətlə və ara müharibələri ilə əlaqədar olaraq Gəncə və İrəvan xanlıqları 
müxtəlif  dövrlərdə  Kartli-Kaxetiya  çarlığından  nominal  asılı  olmuşdu. 
Lakin bu 
asıllıq yalnız vergi verməklə məhdudlaşırdı-E.Q.). P.Butkov yazır 
ki, «Rus 
qoşunları Gürcüstana (Kartli-Kaxetiyaya-E.Q.) daxil olduqdan son-
ra onun (II 
İrakli-E.Q.) vəziyyəti pisləşdi; onun təbəəliyində olan elat və ya 
köçəri  tatarlar  (azəri  türkləri-E,Q.)  və  başqa  müsəlman  əhalisi  ona  itaət 
etməkdən imtina etdi. O, Azərbaycanda əvvəlki nüfuzunu itirdi və oradan 
alınan hədiyyələrdən məhrum oldu. Gəncə tamamilə ondan uzaqlaşdı, Xo-
ylu 
Əhməd  xanla  qohum  olan  İrəvan  xanı  bac  verməkdən  imtina  etdi…» 
(84, c.2, 
səh,177-178). 
Rusiya 
dövləti bu müqavilə ilə Azərbaycan xanlarına və Dağıstan ha-
kimlərinə təsir göstərmək üçün Kartli-Kaxetiya kimi əlverişli strateji mey-
dan 
əldə  etdi.  Georgievsk  müqaviləsi  bölgə  uğrunda  yeni  rus–osmanlı 
rəqabətinin gərginləşməsinə səbəb oldu. N.Dubrovin əsərində Osmanlı dö-
vlətinin  Cənubi  Qafqazdakı  siyasətini  belə  təsvir  edirdi: «Osmanlı  hakim 
dairələri  bizim  qoşunların  Gürcüstana  gəlməsini  nəinki  bəyənmədilər…, 
hətta nə pul, nə də hədiyyə əsirgəməyərək qonşu hakimləri Gürcüstana qarşı 
qaldırmağa  cəhd  etdilər.  Osmanlı  dövləti  Gürcüstanı  o  dərəcəyə  qədər 
da
ğıtmaq  istəyirdi  ki,  rus  qoşununu  ərzaqla  təmin  edə  bilməsin  və  qonşu 
hakimləri  oraya  daimi  yürüşlə  qorxutmaqla  onu  (II  İraklini-E.Q.)  Rusiya 
dövlətindən himayədarlıq axtiarışından çəkindirsin. Osmanlı dövlətinin səy-
yah 
və tacir adı altında olan nümayəndələri bütün Cənubi Qafqaza yayılaraq 
müsəlman əhalisini inandırmağa çalışırdılar ki, Rusiya İrakliyə bütün İranı 
işğal etmək sözü vermişdi» (148,83). Müqavilədən dərhal sonra Rusiya öz 
planlarını həyata keçirmək üçün gerçək addımlar atmağa başladı. II Yekate-
rina 
hökumətini qəti addımlar atmağa məcbur edən əsas səbəblərdən biri də 
Kərim xan Zənd öldükdən sonra Mərkəzi İranda Əlimurad xanın hakimiy-
yəti ələ keçirməsi idi. Müxalif qüvvələrin müqaviməti ilə üzləşən Əlimurad 
xan 
hakimiyyətini  möhkəmləndirmək  üçün  güclü  müttəfiqə  ehtiyac 
olduğunu  başa  düşərək,  kömək  üçün  Rusiya  hökumətinə  müraciət  edərək 
İranın  şahı  kimi  tanınmısını  xahiş  etdi.  Bunun  müqabilində  Qaradağ, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə