Азярбайъан милли елмляр академийасы а



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə28/164
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32211
1   ...   24   25   26   27   28   29   30   31   ...   164

 
58 
xanlığının  daxili  işlərinə  qarışmasına  etiraz  edərək,  II  Yekaterina 
hökumətinə  bu  haqda  şikayət  etmişdi.  O, 1782-ci  ildə  II  İraklinin 
Azərbaycan  xanlıqlarının  və  xüsusilə,  İrəvan  xanlığının  daxili  işlərinə 
qarışmasından  və  vergi  almasından  bəhs  edən  məktub  yazmaqla  öz  na-
razılığını bildirmişdi (58, 178-182). 
 Rus-gürcü 
qoşunlarının İrəvan xanlığını işğal edəcəyindən qorxan bu 
xanlar 
Osmanlı sarayı ilə sıx əlaqə saxlayırdılar. Kartli-Kaxetiya çarlığının 
əsas rəqibi olan xoylu Əhməd xan II İraklinin güclənməsinin qarşısını almaq 
üçün  daha  da 
fəallaşdı.  Onun  siyasətini  sultan  da  dəstəkləyirdi.  Osmanlı 
sulta
nı fərmanların birində İrəvana qarşı Azərbaycan xanlarını xoylu Əhməd 
xan  Dünbülünün 
ətrafında  sıx  birləşməyə  çağırırdı.  Fərmanda  deyilirdi: 
«Urus 
və  Gürcüstan  əsgərləri  İran,  Osmanlı  vilayətlərinin,  xüsusilə 
Azərbaycan şəhər və kəndlərinin, bəlkə də Osmanlı və İranın əldə edilməsi 
üçün 
qapı yol olan mübarək İrəvan qalasını tutmaq, istila etmək məqsədilə 
hərəkət  etsələr  Azərbaycan  xanları  yüksək  mərtəbəli,  ali  məqamlı  Əhməd 
xan  Dünbülünün 
başçılığı  ilə  birgə  müqavimət  və  mübarizəyə  girişsinlər» 
(39,73).  Sultan  eyni  zamanda  Anadolu 
hakimlərinə-Ərzrum,  Qars,  Çıldır, 
Bəyazid və Axalsıq paşalarına fərmanlar göndərərək rus-cürcü qoşunlarının 
İrəvan  xanlığına  hücum  edəcəyi  təqdirdə  Hüseynəli  xana  kömək 
göstərmələrini  tapşırmışdı  (56,102-103; 192,203; 46,183; 48,53).  Digər 
tərəfdən, sultan Hüseynəli xanı öz tərəfinə çəkmək üçün ona  xüsusi fərman-
la Anadolu 
vilayətlərinin bəylərbəyi gəriliyi titulunu bağışlamışdı (39,119-
120). 
Hüseynəli xan da  öz növbəsində sultanla və Anadolu paşaları ilə tez-
tez 
məktublaşırdı.  Xanın  sultana,  Anadolu  paşalarına  yazdığı  məktubların 
məzmunundan bəlli olur ki, həmin illərdə İrəvan xanlığı Osmanlı dövlətilə 
də sıx əlaqə saxlamışdı.  
 
 
İrəvan xanlığı Qulaməli xanın və Məhəmməd xanın dövründə  
Bölgədə Rusiya-Osmanlı rəqabətinin qızışdığı bir zamanda Hüseynəli 
xan 
vəfat etdi. «İrəvan xanlığı» əsərinin müəllifləri Hüseynəli xanın üsyan 
nəticəsində  öldürüldüyünü  iddia  edirlər.  Əsərdə  göstərilir  ki,  Hüseynəli 
xanın  ona  tabe  olmaqdan  boyun  qaçırdığını  görən  II  İrakli  İrəvanda  ha-
kimiyyət  dəyişikliyi  etməklə  özünə  sadiq  şəxsi  hakimiyyətə  gətirməyi 
qərara  almışdı.  Bu  məqsədlə,  çar  xanın  qardaşı  Məhəmmədhəsən  xanla 
gizli 
danışıq aparmışdı. Lakin bu plan baş tutmamışdı. Çünki 1783-cü ilin 
noyabrın əvvəllərində İrəvanda baş vermiş üsyan nəticəsində Hüseynəli xan 
və qardaşı Məhəmmədhəsən xan öldürüldü (30,69). Lakin heç bir mənbəyə 
əsaslanmayan müəlliflərin əksinə olaraq istər yerli, istərsə də rus və osmanlı 
sənədlərində  Hüseynəli  xanın  öz  əcəli  ilə  öldüyü  bildirilirdi.  Mənbədə 


 
59 
göstərilir ki, 1783-cü il noyabrın 9-da Hüseynəli xan qəflətən xəstələnərək 
vəfat etdi. Onun cənazəsi Bağdada aparılaraq orada dəfn edildi (Ola bilsin 
ki, 
xanın öz vəsiyyətinə görə-E.Q.) ( (71,274; 4,342). Bəzi sənəddə xanın 
oktyabrın 25-də gecə saat 5-də vəfat etdiyi göstərilir (39,113-114; 4,341,). 
Əgər  Hüseynəli xanın oktyabrın axırı-noyabrın əvvəllərində İrəvana gəlmiş 
qraf 
Apraksinlə görüşdüyünü nəzərə alsaq, onda onun noyabrın 9-da vəfat 
etdiyini 
qəbul edə bilərik.  
 
Xanın  qəflətən  ölümü  İrəvanda  böyük  çaxnaşma  yaratmışdı. 
Hüseynəli  xanın  dəfnindən  istifadə  edən  bir  dəstə  şəxs  hakimiyyəti  ələ 
keçirməyə cəhd etdi. Qeyd etmək lazımdır ki, Hüseynəli xanın vəfatından 
sonra  onun  iki  kiçik 
oğlu  qalmışdı.  Osmanlı  sənədində  göstərilir  ki, 
Hüseynəli  xanın  15  yaşlı oğlu  Qulaməli  atasının  dəfni  ilə  məşğul  olarkən 
yerli 
əyanlardan Usmi bəy tərəfdarları ilə üsyan qaldıraraq İrəvan qalasını 
ələ keçirmişdi (56,74). Lakin mərhum Hüseynəli xana sadiq olan qüvvələrin 
təzyiqi  nəticəsində  hakimiyyəti  qeyri-qanuni  zəbt  etmək  istəyən  qüvvələr 
geri 
çəkilməyə məcbur olmuşdu. Həmin qüvvələrin II İrakliyə ayrı-ayrı vax-
tlarda 
göndərdiyi iki məktubu bunu bir daha sübut edir. Birinci məktubun 
məzmunu  belə  idi  : «Bu  səmimilər  cənnət  məkan  xanın  vəfatından  sonra 
birlikdə  möhkəm  imanla,  səmimi  niyyətlə,  riyasız  olaraq  həmin  xanın 
övladlarından  birinin  dünyada  yaşadığı  təqdirdə  ətəyindən  əl  götürməklə, 
qəddarlıq, vəfasızlıq etməməyə, onun yerində başqasına itaət etməməyə and 
içib 
əhd-peyman  etdik.  O  əlahəzrət  də  həmin  məsələdə,  mərhum, 
cənnətməkan xanın övladları məsələsi barəsində bizlərin sədaqətli olmasına, 
birləşib ittifaq yaratmasına inanması lazımdır. İnşallah bu acizlər heç vaxt 
hörmətli, mərhum xanın böyük haqlarını unutmayıb, ona olan əhd-peymana, 
fədakarlıq, itaətkarlıq yolundan kənara çıxmayıb və bu dəfə olan andımıza 
axıradək sədaqətli qalacağıq» (39,57-58). İkinci məktub isə 158 nəfərin im-
zası  ilə  yazılmışdı.  Bu  məktubda  isə  İrəvan  ağsaqqalları  Qulaməli  xanın 
namizədliyini  dəstədiklərini  göstərmişdi.  Məktubda  Hüseynəli  xanın 
xəstəlikdən ölməsindən,  İrəvanda baş verən qarışıqlıqdan bəhs edilir və II 
İrakliyə  Qulaməlinin  xan  seçilməsinə  dəstək  verməsi  xahiş  olunurdu. 
Məktubun sonunda deyilirdi: «…ali həzrət, vəlinemətin daima kölgə salan 
qüdrətindən  xahiş  olunur  ki,  özünüzün  cənnət  məkan  Hüseynəli  xana 
bəslədiyiniz məhəbbət, mehribanlıqla əlaqədar olaraq bu vilayətin arzusuna 
müvafiq 
Çuxursəd,  İrəvan  hökmranlığı  fərmanını  mərhumun  ali  şöhrətli 
böyük 
oğlunun  adına  bəxşiş  və  ehsan  edəsiniz.  Eyni  zamanda  Çuxursəd, 
İrəvan əhalisi adına mərhumun oğluna tabe olması və itaət etməsi haqqında 
yenidən  fərman  verilməsi  xahiş  olunur» (39,113-114; 4,341; 195,110). 
Əslində II İrakliyə göndərilən bu məktublar formal xarakter daşıyırdı. Çünki 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə