60
hər iki məktubun məzmunundan görünür ki, xan ailəsinə sadiq olan
qüvvələr yalnız onun varislərinə itaət edəcəyini qəti bildirmiş və Tiflis
sarayına nümayəndə heyəti göndərməmişdən qabaq Qulaməlinin namizədli-
yini
dəstəkləyərək hakimiyyətə gətirmişdilər. Yuxarıda göstərilən
müqaviləyə əsasən Hüseynəli xandan sonra onun hakimiyyətə gələn hər
hansı varisi II İrakli tərəfindən təsdiq edilməli idi. Lakin xana sadiq olan
qüvvələrin II İrakliyə bu məqsədlə müraciət etməsi çox güman ki,
Hüseynəli xanın vəfatından sonra İrəvanda qarışıqlıq düşməsindən və bun-
dan
istifadə edərək Kartli-Kaxetiya çarının müdaxiləsindən ehtiyat etmələri
idi.
İrəvan əhalisinin mərhum xanın böyük oğlu Qulaməlini dəstəklədi-
klərini görən II İrakli onların iradəsi ilə razılaşmağa məcbur olmuşdu. Məhz
bu
səbəbədən o, kürəkəni Baqrationu fərmanla, qiymətli hədiyyələrlə
İrəvana göndərərək Qulaməlini xan kimi tanıdığını bildirmişdi (4,342;
395,5; 415,164; 30,69).
Qulaməli xanın (1783-1784) səkkiz aylıq hakimiyyəti İrəvan
xanlığının ən ziddiyyətli dövrlərindəndir. Onun hakimiyyəti dövründə
xanlıqda öz mövqeyini möhkəmləndirmək üçün Osmanlı dövləti ilə Rusiya
qüvvələri arasında gizli mübarizə gedirdi. Qulaməli xanın çox gənc və
təcrübəsiz olmasından istifadə edən bu iki dövlət İrəvan xanlığını öz tərəfinə
çəkməyə çalışırdı. Əgər Hüseynəli xan hər iki tərəf arasında bitərəf mövqe
tuturdusa,
Qulaməli xanın dövründə İrəvan xanlığı Osmanlı dövlətilə daha
da
yaxınlaşdı. Bu dövrdə Cənubi Qafqazda Osmanlı təbliğatı daha da
güclənmişdi. Xanın cavan və təcrübəsiz olmasını nəzərə alan bəzi Osmanlı
paşaları II İraklinin İrəvanı ələ keçirəcəyindən narahat olaraq onunla sıx
əlaqə saxlayırdılar. Atasının ölümü ilə əlaqədar olaraq başsalığına gəlmiş
Axalsıq, Ərzurum, Qars və Bəyazid paşalıqlarının nümayəndələri fürsətdən
istifadə edərək Qulaməli xanla danışıqlar aparır və İrəvan qalasını sultana
verməsi üçün onu dilə tuturdular (3,285).
Digər tərəfdən Osmanlı emissarları müxtəlif hədiyyə və məktublarla
sultan
tərəfindən Azərbaycana və Dağıstana göndərilirdi. 1783-cü ilin son-
larında-1784-cü ilin əvvəllərində Xəlil Əfəndinin başçılığı ilə bir Osmanlı
nümayəndəliyi gizli olaraq Cənubi Qafqaza gəlmişdi. Sultan bu nümayəndə
heyəti ilə göndərdiyi məktubda bütün Azərbaycan xanlarını Rusiyaya qarşı
birləşməyi məsləhət görərək rus qoşunlarını Azərbaycan və Osmanlı əra-
zisinə buraxmamağı tövsiyə edir və rusların Qafqaza çəkdiyi yolları
dağıtmağa çağırırdı. Bunun üçün o, dövlət xəzinəsindən 57 kisə pul
mükafatı verəcəyini vəd etmişdi (195,147-148; 192,203). Xəlil Əfəndi
İrəvanda da olmuşdu. Onun Qulaməli xanla danışıqları müsbət nəticə ver-
mişdi. Qulaməli xan Çıldır valisi Salman paşaya yazdığı məktubda, os-
61
manlılarla həmrəy olduğunu bildirərək Azərbaycanda baş verən hadisələr
barədə ona qiymətli məlumat göndərmişdi. Məktubdan görünür ki, sultan
Qulaməli xanı öz tərəfinə çəkmək üçün onu mir-e-miran vəzifəs ilə təltif
etmişdi. Eyni zamanda osmanlı paşalarına zəruri vaxtlarda ona hərtərəfli
yardım göstərmələri haqqında əmr verilmişdi (39,68-69).
Beləliklə, Osmanlı təbliğatı nəticəsində Qulaməli xanın II İrakliyə
münasibəti dəyişdi. Rusiyanın Tiflis sarayındakı nümayəndəsi
S.D.
Burnaşov P.S.Potyomkinə yazırdı ki, «İrəvan xanlığından gələn məlu-
mata
əsasən, Qulaməli xanın çara olan münasibəti birdən-birə dəyişmiş və
indi o,
türklərə meyl edir» (3,15). Daha sonra o, 1784-cü il 9 fevral tarixli
məktubunda həyacanla «Xanlar birləşib bir istiqamətdən, osmanlılar isə
digər istiqamətdən İrakli üzərinə hücuma keçmək fikrindədirlər. İrakli
müstəqil əks tədbirlər görməlidir. Çünki İrəvan xanı cavan və təcrübəsiz
olduğu üçün ondan hər şey gözləmək olar» qeyd edirdi (3,17).
Osm
anlıların səyi nəticəsində Qulaməli xan Kartli-Kaxetiya sarayı ilə
əlaqəni kəsmişdi. Hətta o, xanlıqda baş verən qarışıqlığı, üsyanları bəhanə
gətirərək II İraklinin onu Tiflisə dəvətini rədd etmişdi (39,60-61). Digər
tərəfdən Qulaməli xan Kartli-Kaxetiya çarının fərmanlarına da məhəl qoy-
murdu.
Məsələn, 1783-cü ilin noyabrında Cəfərqulu xan İsfahan hakimi
Əlimurad xanın və Xoy xanı Əhməd xan Dünbülünün dəstəyi ilə əmisi oğlu
Abbasqulu
xanı Naxçıvanda taxtdan salaraq hakmiyyətə gəlmişdi (3,220).
II
İrakli Qulaməli xana fərman göndərərək bu mübarizədə Abbasqulu xana
hərbi yardım etməyi tapşırsa da, İrəvan xanı onun fərmanına məhəl
qoy
mamışdı (226,173-175).
Lakin II
İrakli İrəvanın tabeçilikdən çıxması ilə heç cür barışmaq
istəmirdi. Rusiyanın himayəsinə keçməklə bölgə dövlətlərinin təzyiqlərinə
məruz qalan II İrakli açıq-açığına İrəvan xanlığının daxili işlərinə qarışa
bilməsə də, müxalif qüvvələrdən istifadə etməklə Qulaməli xana təzyiq
göstərirdi. Qulaməli xanın dövründə müxalif qüvvələrin fəallaşması onun
apardığı daxili siysətlə bağlı idi. Bunu anlayan xan və tərəfdarları İrəvanı II
İraklinin fitnəsindən qorumaq və xanlıqda baş verən hər cür narazılıqların
qarşısını almaq üçün xoylu Əhməd xan Dünbülü ilə əlaqə yaradaraq ondan
kömək istəmişdilər. Yuxarıda qeyd edildiyi kimi, Qulaməli xanın hakimiy-
yətinin ilk günlərində Usmi xanın başçılığı ilə bir dəstə şəxs İrəvanda ha-
kimiyyəti zəbt etmək niyyətinə düşmüşdü. Gənc xan xoylu Əhməd xana
yazdığı məktubda bu haqda ətraflı bəhs etmiş və ölkəsində baş verən na-
razılıqları yatırmaq üçün ondan kömək istəmişdi. Məktubun məzmunu
belədir: «Sizin hörmətli qulamınız vasitəsilə göndərdiyiniz məktubu
aldıq…Dövləti ələ aldığım ilk günlərdən vilayətdə sakin olan bir sıra fəsad
Dostları ilə paylaş: |