66
qayıtmağa məcbu oldu. Yalnız Mirzə Gürgen bir neçə nəfərlə İrəvanda qal-
mışdı (56,95-96).
İrəvanda baş verən qarşıdurmada Məhəmməd xanın tərəfdarları
qələbə çaldılar. Nəticədə, Osmanlı tərəfdarlarının köməyi ilə müxalif
qüvvələr məğlub oldu. Planının bu dəfə də boşa çıxdığını görən Makulu
Əhməd Soltan cəzalanacağından qorxaraq Xoylu Əhməd xanın yanına
qa
çır. Lakin Əhməd xan onu həbs etdirdi (11,96).
İrəvanda tez-tez baş verən hakmiyyət dəyişikliyi, xanların kiçik yaşlı
və təcrübəsiz olması Osmanlı hökumətini hər dəfə buraya fəal müdaxiləyə
sövq edirdi.
Anası gürcü qızı olan Məhəmməd xanın II İraklidən asılılığının
güclənəcəyindən qorxan Osmanlı sultanı təcili tədbirlər görməyə başladı.
Sultan
Əbdül Həmid Məhəmməd xana fərman göndərərək onu digər
Azərbaycan xanları ilə birləşərək gürcü-rus qüvvələrinə qarşı mübarizəyə
çağırırdı. Bu fərmanda sultan gələcək planlarından bəhs edərək yazırdı:
«…biz arzu edirik ki, islam
qanunlarına zərər dəyməsin, ən çox da sənin
xanlığın yalançılardan və canilərdən xilas olsun. Xəbərdar edirik ki, Tiflis
çarı Rusiya ilə birləşərək, yalanla Azərbaycan xanları arasında olan birliyi
parçalayaraq
onları Rusiyaya tərəf əyməklə xaincəsinə məhv etmək istəyir.
Allah bizi bundan qorusun. Biz
gərək müvəffəqiyyətlə, qanunla birləşməyə
cəhd edək. Nəticədə biz Azərbaycan xanlarını ayıltmaq üçün birinci vəzir-
Çıldır valisi Salman paşaya və Bəyazid hakimi İshak paşaya onlarla fasiləsiz
yazışma aparmağı əmr etmişik. Hamısına xəbər veririk ki, Rusiya və çar
İrakliyə söz verəndə xüsusilə ehtiyatlı olsunlar. Çar İrakli Rusiyaya satılıb,
sizə göndərilmiş bizim elçinin əmriylə digər xanlar kimi hərəkət
edin…
Xəbərdar edirik ki, siz islam qanunları üçün çalışasınız və buna dö-
zəsiniz. Belə vəziyyətdə siz ali bütün paşalara bildirməklə bizim hər cür
köməyimizi gözləyə bilərsiniz və son dərəcə hücumdan qorunun. Ayıq olun
ki, çar
İrakli İrəvan hakimiyyətinə, İrəvan xanlığına və sizin dövlətə zərər
yetirməsin. Bizim bütün hakimlərə sizə kömək lazım olduqda sərhəddə
qo
şun toplamağı əmr etmişik. Bizim ali işimizə qoşulmağa cəhd edin. Bizim
arzumuz odur ki,
İrakli heç yerə ziyan yetirməsin, bizimlə səmimiyyətlə
birləşərək düşmənlə qarşılaşan zaman öldürün, qarət və darmadağın edin.
Gözləyin ki, nə digər Azərbaycan xanlarına, nə də sizin xanlığa zərər
dəyməsin…Arzu edirik ki, islam qanunlarının xeyrinə bütün Azərbaycan
xanları Xoylu Əhməd xanın ətrafında birləşsinlər» (6,964).
Digər tərəfdən, sultan sərhəddə yerləşən Axalsıq, Qars, Bəyazid və
digər paşalıqlara İrəvanı müdafiə etmək üçün hazır olmaları haqqında fər-
man
göndərmişdi. Sultanın göstərişlərini yerinə yetirən paşalar İrəvan xanı
ilə əlaqə saxlayır və onu öz tərəflərinə çəkmək üçün müxtəlif vədlər
67
verirdilər. Axalsıq hakimi Süleyman paşa xüsusilə fəal idi. O, İrəvanı rus-
gürcü
qüvvələrindən müdafiə etmək üçün Azərbaycan xanlarını birliyə
çağırırdı. Onun İrəvan əhalisinə və şəxsən xanın özünə yazdığı məktubları
bu
baxımdan diqqətəlayiqdir. Süleyman paşa 1784-cü il iyulun 10-da İrəvan
əyanlarına yazdığı məktubda xalqı «müqəddəs müharibə»yə təhrik etməklə
bildirirdi ki, onlar
lazım olduqda paşaların köməyinə ümid edə bilərlər.
Məktubda yazılırdı: «Siz mənim hörmətli oğlumla (Məhəmməd xanla-E.Q.)
birləşərək Azərbaycanın yeni sipəhsaları, qardaşımız Əhməd xanın sözü ilə
hərəkət edin….Mənim qardaşlarım- irəvan xalqı yerli türklərdir: əgər din-
inizi
sədaqətlə müdafiə etdiyinizə görə, İrəvan qalasında hər hansı şəxs sizə
qarşı pis niyyətə düşərsə, sizə kömək üçün biz birləşərik. Sultan mənə, Qars,
Van
və Bəyazid paşalarına İrəvan təhlükədə olduğu vaxt onlara kömək
etməyi əmr etmişdir» (195,198-199). Süleyman paşanın şəxsən Məhəmməd
xana
göndərdiyi digər məktubunda ona və başqa Azərbaycan xanlarına
göndərilən pul və hədiyyələrdən bəhs edilirdi. O, yazırdı: «Sizi doğma
oğlum hesab edərək həmişə əmin-amanlığınız üçün çalışmışam. Əlahəzrət
hökmdarın fərmanı və vəzir Həsənin məktubu əsasında Qapıçı paşa
(
İbrahim Əfəndi-E.Q.) və Solakzadə Məhəmməd Sal bəyin vasitəsilə sizə və
Azərbaycanın digər xanlarına pul və hədiyyələr göndərilmişdir. Onları bu
yaxınlarda alacaqsınız. Əgər siz bizim dövlətə sadiqsinizsə və bizimlə
dostluq
münasibətində olmaq istəyirsinizsə, o zaman ali Porta (Osmanlı dö-
vləti-E.Q.) bundan xəbərdar olmalıdır. Siz nəinki bizim sadiq bəndəmiz
olacaqs
ınız, Sultanın da sizə hörməti artacaq, əgər sözlərimə inansanız,
mənim də sizə qarşı məhəbbətim artacaq, iltifatlı oğlum və dostum bu
məktubu gətirəni yubanmadan göndərin» (6,686).
Qars
paşası da Məhəmməd xana bu məzmunda məktub göndərmişdi.
Məktubda deyilirdi: «Bizim şöhrətli hakimimiz sizə və Azərbaycanın digər
xanlarına Qapıçı paşa və Solakzadə Məhəmməd Sal bəyin vasitəsilə pul və
hədiyyə göndərmişdir. Tezliklə Axalsıq hakimi Süleyman paşa vasitəsilə
sizə çatdırılacaqdır. Allahın köməyilə biz həmişə sizinlə dost olacağıq. Sizə
nə xidmət lazımdırsa, əmr edin» (6,686).
Osmsanlı dövlətinin İrəvanda fəallaşması II İraklinin və onun
ha
vadarı olan Rusiyanın narahatlığına səbəb olmuşdu. İrəvanda baş verən
hadisələri diqqətlə izləyən rus komandanlığı sultanın fərmanından və Ax-
al
sıq paşasının fəaliyyətindən vaxtında xəbər tuta bilmişdi. İrəvan sarayında
II
İraklinin tərəfdarları az deyildi. Yeni xanın gürcü olan anası Tiflis sarayı
ilə əlaqə saxlayaraq İrəvanda olan hadisələri gizli surətdə oraya çatdırırdı.
O,
Mirzə Gürgeni gizlincə yanına çağırıraq sultanın fərmanını göstərmiş,
Mirzə Gürgen isə fərmanı köçürərək Tiflisə göndərmişdi (6,967-968). Mizə
Dostları ilə paylaş: |