Азярбайъан милли елмляр академийасы а



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə35/164
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32211
1   ...   31   32   33   34   35   36   37   38   ...   164

 
72 
onun 
yardımı ilə İrəvan qalasını tutmaq niyyətində idi. Qarabağ qoşunları 
Şərur  çayı  sahilində  dayanaraq  vəzirin  işarəsini  gözləyirdi.  Bu  sui-qəsdə 
Makulu 
Əli  Soltan  da  qoşulmuşdu.  Lakin  vəzirin  xana  qarşı  olan  bu  sui-
qəsdinin  üstü  açıldı.  Nəticədə  Ağahüseyn  və  onun  yaxın  tərəfdarları  ələ 
keçirilərək  öldürüldü  (3,19-20).  Əslində  vəzirin  və  tərəfdarlarının 
öldürülməsində II İraklinin əli olmuşdu. O, İrəvanda baş verən hadisələrdən 
istifadə  edərək,  tərəfləri  barışdırmaq  bəhanəsi  ilə  öz  adamlarını  İrəvana 

ndərmişdi.  İrəvana  gələn  II  İraklinin  adamları  qiyamçıların  başçıları  ilə 
əlaqə yaradaraq, guya danışıqlar aparmaq məqsədilə onları İrəvan qalasına 
dəvət edir. Qalada Kartli-Kaxetiya çarının göndərdiyi şəxslərin yardımı ilə 
vəzir Ağahüseynə qarşı sui-qəsd planı hazırlanır. Nəticədə, Ağahüseyn gecə 
qoruqçularının əli ilə öldürüldü (130,124). Bu hadisə 1786-cı ilin iyununda 
baş vermişdi (3,20). Beləliklə, Məhəmməd xan bu təhlükədən xilas olsa da, 
İrəvan xanlığı yenidən  II İrakliyə vergi verməyə məcbur oldu.          
Tezliklə, İrəvan xanlığı dağıstanlıların hücumuna məruz qaldı. Yux-
arıda  qeyd  edildiyi  kimi,  osmanlı  emissarları  İrəvanı  rus-gürcü  birliyinin 
təcavüzündən qorumaq üçün Azərbaycan xanlarını və Dağıstan hakimlərini 
Kartli-Kaxetiyaya 
yürüşə sövq etmək istəyirdi. Onların səyi nəticəsində bəzi 
Dağıstan hakimləri, qarabağlı İbrahimxəlil xan və digər Azərbaycan xanları 
bu 
təhlükəyə qarşı birləşmişdi. Plana görə, Avar hakimi Ümmə xan və digər 
Dağıstan hakimləri bir tərəfdən, İbrahimxəlil xan isə bəzi Azərbaycan xan-
ları  ilə  başqa  tərəfdən  Kartli-Kaxetiyaya  hücum  etməli  idi.  Hətta  onlar 
İrəvan  əhalisini  öz  ərazilərinə  köçürmək  niyyətində idi  (12,19-20).  Kartli-
Kaxetiyaya 
yürüşün digər səbəbi İbrahixəlil xanla II İrakli arasında münasi-
bətlərin  pozulması  idi.  II  İraklinin  ruspərəst  siyasəti,  Gəncə  və  Naxçıvan 
xanlıqları  üstündə  onlar  arasında  baş  verən  münaqişələr  düşmənçiliyə 
çevrilmişdi  (64,92-93; 45,194-195).  İbrahimxəlil  xanın  bu  xanlıqlarda 
möhkəmlənmək cəhdi həm rus komandanlığının, həm də II İraklinin plan-
larına zidd idi. Lakin Qarabağ xanının Ümmə xanla qohumluğu II İraklinin 
açıq-açığına ona qarşı çıxmasına mane olurdu. Mirzə Camal Cavanşir yazır 
ki, «Gürcüstan valisinin…
qədim ocaq, geniş torpaq və böyük dövlət sahibi 
olmasına baxmayaraq, o, İbrahimxəlil xanın məsləhətindən kənara çıxmırdı. 
Çünki  Avar 
və  Dağıstan  hakimi  mərhum  Ümmə  xan  və  o  yerlərin  başqa 
hakimləri  İbrahimxəlil  xana  yaxın  və  qohum  olduqları  üçün  ona  itaət 
edirdilər.  Gürcüstan  valisi ilə  mərhum  İbrahimxəlil  xanın  arası  pozulduğu 
zaman 
Ümmə  xan  və  başqa  Dağıstan  xanları  İbrahimxəlil  xanın  göstərişi 
üzrə böyük qoşunla Gürcüstana gedib, çoxlu ziyanlar verirdilər» (37,125).  
Beləliklə, 1785-cı  ilin  sentyabrında  sultanın  təhriki  ilə  Avar  xanı 
Ümmə  xan  11.000  qoşunla  Kartli-Kaxetiyaya  hücum  etdi  (148,139). 


 
73 
«…Avar  hakimi 
Ümmə xan böyük qoşunla Gürcüstana gedib, Sığnaq qal-
asını və Gümüşxananı zəbt etdi, çoxlu adam qırdı, əhalinin yerdə qalan əyal 
və uşaqlarını əsir edərək, bir çox ətraf kəndləri qarət etdi. Oradan Axıska 
vilayətinə,  Süleyman  paşanın  yanına  gedərək  qışı  orada  qaldı.  Rum  sul-
tan
ından çoxlu xələt və ənam aldı» (37,125).  
Dağıstanlıların  Kartli-Kaxetiyaya  hücumu  İrəvan  xanlığına  da  öz 
təsirini göstərmişdi. Bu xəbəri eşidən yerli əhalinin bir hissəsi İrəvan qal-
as
ına sığınmış, sərhəd kəndlərinin əhalisi xanlığın içərilərinə köçmüş, digər 
hissəsi  isə  əlçatmaz  yerlərdə  qərar  tutmuşdu.  Məsələn,  bu  xəbəri  eşidən 
pəmbəklilərin  bir  hissəsi  İrəvanın  içərilərinə,  digər  hissəsi  isə  Qars 
paşalığına köç etməyə başladı. Bu da Axalsıx hakimi ilə İrəvan xanı arasın-
da 
düşmənçiliyə  səbəb  oldu.  Axalsıq  hakimi  Süleyman  paşa  Dağıstan 
qo
şununa  arxalanaraq  Məhəmməd  xana  təzyiq  göstərməyə  başladı.  O, 
İrəvan  xanını  hədələyərək  pəmbəklilərə  məxsus  əmlakın  ona  verilməsini 
tələb  etdi.  Lakin  Məhəmməd  xan  onun  tələbini  nəyinki  yerinə  yetirmədi, 
eyni  zamanda  bütün 
qaçqınları  əmlakları  ilə  birlikdə  öz  himayəsinə  aldı 
(148,145). 
Tələbinin  yerinə  yetirilmədiyini  görən  Süleyman  paşa  İrəvan 
xanından 70.000 rubl (7.000 tümən-E.Q.), Eçmiədzin kilsəsindən isə 40.000 
rubl  (4.000  tü
mən-E.Q.)  tələb  etdi.  Əks  təqdirdə  xanlığı  qarət  edəcəyi  ilə 
hədələmişdi  (30,76).  O,  vergini  almaq  üçün  Ümmə  xanın  tərəfinə  keçmiş 
borçalılı  Musa  xanı  İrəvana  göndərdi.  Lakin  Musa  xan  Talın  mahalına 
çatanda, 
qəfl xəstələnərək ölmüşdü (130,121).  
Müqavimət  göstərməyin  İrəvan  xanlığı  üçün  ağır  nəticə  verəcəyini 
anlayan 
Məhəmməd xan Ümmə xanla və Süleyman paşa ilə əlaqə yaratmağı 
qərara aldı. P.S.Potyomkin 1786-cı il yanvarın 5-də yazdığı məlumatda bild-
irirdi ki, 
Dağıstan qoşunlarının yürüşünün xanlıq üçün ağır nəticə verəcəyini 
başa düşən Məhəmməd xan Ümmə xanla və Süleyman paşa ilə əlaqə yara-
daraq 
yaxın  adamını  məktub  və  qiymətli  hədiyyələrlə  Axalsıxa  göndərdi. 
Belə  hədiyyələr  qoşun  başçılarına  da  göndərilmişdi.  Məhəmməd  xan 
məktubda  Ümmə  xandan  ölkəsinə  zərər  yetirməməsini  xahiş  etmişdi 
(130,121).  
İrəvan xanının bu tədbirləri müəyyən qədər müvəffəqiyyət qazandı və 
xanlığı  güclü  dağıntıdan  xilas  etdi.  Belə  ki,  qışı  Axalsıxda  istirahət  edən 
Ümmə  xan  1786-cı  il  aprelin  25-də  7.000  qoşunla  Arpa  çayını  keçərək 
İrəvan xanlığına daxil oldu (6,869). Onun qoşunundan 500 nəfər ayrılaraq 
sakinləri  mağaralarda  gizlənmiş  Əştərək  (Qəmərli-E.Q.)  kəndinə  gəlir. 
Da
ğıstan  qoşunu  kənddə  qalmış  12  nəfəri  ələ  keçirərək  birini  öldürür, 
digərlərini  isə  əsir  aparırlar.  Onlar  İrəvan  şəhərinə  yaxınlaşmadan 
qarşılarına  çıxan  kəndləri  qarət  edir.  Xoşbəxtlikdən  Ümmə  xanın  qoşunu 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə