Азярбайъан милли елмляр академийасы а



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə38/164
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32211
1   ...   34   35   36   37   38   39   40   41   ...   164

 
78 
bacara 
bilməyəcəyini  görən  bəyazidlilər  Bəyazid  qalasına  sığınaraq 
müqavimət göstərməyə başlayır. Lakin irəvanlılar qalanı mühasirəyə alsa da 
onu tuta 
bilmədi. Bəyazidlilərin müqavimətini görən İrəvan qoşunu bir neçə 
kəndi talan etdikdən sonra çoxlu qənimətlə geri qayıdır (130,137).  
Müharibənin  uzanmasının  xanlıq  üçün  pis  nəticə  verəcəyini  başa 
düşən  Məhəmməd  xan  sultana  şikayət  məktubu  yazaraq  ondan  İshaq 
paşanın düşmən hərəkətlərinin qarşısını almağı xahiş etdi. Bu dövrdə Rusiya 
ilə  müharibə  edən  Osmanlı  dövləti  Azərbaycan  xanlarını  özündən  incik 
salmaq 
istəmirdi. Belə bir mürəkkəb vəziyyətdə İshaq paşanın İrəvana qarşı 
düşmən  hərəkəti  burada  möhkəmlənmək  istəyən  Osmanlı  sarayının 
siyasətinə uyğun gəlmirdi. İrəvan xanından məktub alan sultan təcili tədbir 
görmək  qərarına  gəldi.  Münaqişə  edən  hər  iki  tərəfə  fərman  göndərildi. 
Fərmanda  «keçmişlərin  unudulması,  narazılıqların  aradan  qaldırılması 
barədə  əvvəlki  hadisələri  unudub  səmimi  qonşuluq  münasibətlərinin, 
dostluq, 
mehribançılıq göstərilməsi əmr olunmuşdu» (39,132-133). Sultanın 
fərmanından  sonra  hər  iki  tərəf  döyüşləri  dayandırmışdı. 1789-cu  ilin 
payızında Ərzurum hakimi Abdulla paşanın vasitəçiliyi ilə Məhəmməd xan-
la 
İshaq paşa razılığa gələrək barışmış və tərəflər arasında sülh müqaviləsi 
bağlanmışdı. (39,132-133).    
İrəvan xanı Bəyazid paşası ilə sülh müqaviləsi bağladıqdan sonra Xoy 
xanlığı  ilə  müharibəyə  başlayır.  Buna  səbəb  Məhəmməd  xanla  Bəyazid 
pa
şası arasında döyüşlər gedərkən Xoy xanı Hüseyn xanın İsaq paşaya gizli 
kömək  etməsi  olmuşdu.  Xoy  xanını  cəzalandırmağa  bəhanə  axtaran 
Məhəmməd xan vaxtilə anasının saxlamaq üçün Xoya göndərdiyi qiymətli 
əşyalarını  geri  qaytarmağı  tələb  etdi.  Lakin  Hüseyn  xan  bu  tələbə  məhəl 
qoymadı.  Belə  olduqda  Məhəmməd  xan  Xoya  hücum  etmək  üçün  qoşun 
toplamağa  başladı.  Naxçıvan  hakimi  Kəlbəli  xan  (1787-1820)  bu 
əməliyyatda ona hərbi yardım göstərdi. Hazırlıq başa çatdıqdan sonra 1790-
cı  il  mayın  10-da  Məhəmməd  xan  və  müttəfiqi  Kəlbəli  xan Xoy  şəhərinə 
hücum  etdi. 
Açıq  döyüşdə  müttəfiqlərin  təzyiqinə  davam  gətirə  bilməyən 
Hüseyn  xan  Xoy  qalas
ına  sığınır.  Müttəfiq  qoşunları  Xoy  şəhərini  ələ 
keçirərək qalanı mühasirəyə aldı. Xoyluların ciddi müqaviməti nəticəsində 
mühasirə uzandı. Mühasirənin uzandığını görən Məhəmməd xan və Kəlbəli 
xan  Hüseyn  xanla 
danışıqlara  başlayır.  Vəziyyətinin  acınacaqlı  olduğunu 
başa  düşən  Xoy  xanı  müttəfiqlərin  təklifini  qəbul  etmək  məcburiyyətində 
qaldı. O, qiymətli əşyaların bir hissəsini geri qaytarır, digər hissəsi isə geri 
qaytarılana qədər qardaşı Cəfərqulu bəyi girov təklif etdi. Bununla razılaşan 
müttəfiqlər Xoy xanı ilə sülh müqaviləsi bağlayaraq geri qayıdır. Bir neçə 
həftədən sonra qalan bütün qiymətli əşyalar da təhvil verildi. Bundan sonra 


 
79 
Cəfərqulu  xan  azadlığa  buraxıldı.  Tərəflər  arasında  baş  verən  bu  hadisə 
mayın 10-dan iyulun 7-dək davam etmişdi (130,142-143).  
Lakin 
tərəflər  arasında  sülh  uzun  sürmədi.  Xoy  xanı  İrəvana  cavab 
zərbəsi  endirməyi  qərara  aldı.  O,  ilk  növbədə  hiylə  işlədərək  Məhəmməd 
xanla 
Kəlbəli xanın arasını vura bildi. Nəticədə Xoy hakimi Kəlbəli xanla 
barışdı (29,62). Dünənki müttəfiqlər isə düşmənə çevrildi.  
Kəlbəli xanın xəyanətinə görən Məhəmməd xan onu cəzalandırmağı 
qərara aldı. İlk olaraq İrəvan qoşunu yürüşə başlayır. Lakin İrəvan qoşunu 
sərhədyanı  Tiza  (?)  qalasını  mühasirəyə  alsa  da  onu  tuta  bilmədi. 
Naxçıvanlıların  güclü  müqaviməti  nəticəsində  irəvanlılar  böyük  itkiyə 
məruz qaldı. İlk hücumda müvəffəqiyyətsizliyə düçar olan Məhəmməd xan 
tezliklə, Xoy xanının qardaşı Cəfərqulu bəyin və Kəlbəli xanın başçılığı ilə 
müttəfiq qoşunlarının İrəvana hücum etməsi xəbərini aldı. Bu xəbəri eşidən 
İrəvan  qoşunu  təcili  geri  çəkilərək  İrəvan  qalası  yaxınlığında  «Müxənnət 
təpə» adlanan yerdə düşərgə saldı. Lakin burada mövqe tutan qoşunun bir 
hissəsi üzücü yürüşdən sonra dağılıb gedir (130,144).  
Xoy 
və Naxçıvanın birləşmiş qoşunlarının hücumu yerli əhali arasın-
da 
təşvişə  səbəb  olmuşdu.  Xan  müdafiə  tədbirləri  görməyə  başladı.  Onun 
əmri ilə əhalinin bir hissəsi İrəvan qalasına, digər hissəsi isə əlçatmaz yer-
lərə sığındı (130,144). 
Müttəfiq  qoşunları  xanlığın  ərazisinə daxil  olaraq  Şəruru  ələ  keçirir 
və  yol  üstündə  olan  kəndləri  dağıdaraq  üç  gündən  sonra  İrəvan  qalasına 
yaxınlaşdı.  Müttəfiq  qoşunlarının  yaxınlaşdığını  görən  Məhəmməd  xan 
azsaylı  qoşunla  açıq  döyüşə  girməyi  qərara  aldı.  Bu  onun  bağışlanılmaz 
səhvi  idi.  Döyüşə  girən  İrəvan  qoşunu  məğlub  olaraq  qalaya  geri  çəkildi. 
Qalaya 
qədər irəvanlıları təqib edən müttəfiq qoşunu onlardan xeyli adam 
öldürməyə  müəffəq  oldu.  Onlar  qalaya  yaxınlaşaraq  Yeniköy  kəndində 
düşərgə saldı (130,144).  
İrəvan  qalasını  mühasirəyə  alan  Xoy  və  Naxçıvan  qoşunu  güclü 
müqavimətə rast gəldi. Buna baxmayaraq, tezliklə müttəfiqlər Hüseyn xan-
dan 
əlavə  hərbi  kömək  alır.  Vəziyyətin  çıxılmaz  olduğunu  görən 
Məhəmməd xan kömək üçün II İrakliyə və Axalsıx paşasına müraciət etdi. 
Lakin 
gözlədiyi köməyi ala bilmədi (130,145). 
Mühas
irənin uzanması müttəfiqləri də pis vəziyyətdə qoymuşdu. Or-
duda 
ərzaq  çatışmazlığı  hiss  olunurdu.  Digər  tərəfdən  qoşun  içərisində 
Kartli-Kaxetiyadan 
irəvanlılara  kömək  gəlməsi  haqqında  şayiə  yayılmışdı. 
Bu 
səbəblərə  görə, 7 gün  İrəvan  qalası  yanında  qaldıqdan  sonra  müttəfiq 
qo
şunları  mühasirəni  götürərək  1790-cı  il  avqustun  29-da  Eçmiədzin 
istiqamətində  geri  çəkilir.  Yolları  üstündə  bir  neçə  kəndi  qarət  edərək 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə