80
yandıran qoşun kilsəyə gəlib çataraq, burada çoxlu mal-qara və digər
qiymətli şeylər ələ keçirdi. Eçmiədzin ətrafında çox ləngiməyən Xoy və
Naxçıvan qoşunları Araz çayı istiqamətində hərəkət edərək yolları üstündə
yerləşən kəndləri qarət edə-edə Makudan çeçməklə vətənlərinə qayıtdı
(130,145-147).
Xoy
və Naxçıvan qoşunlarının bu yürüşü İrəvan xanlığı üçün böyük
dağıntılara səbəb oldu. Xeyli kənd dağıdılmış, əhalisi öldürülmüş və yer-
lərindən didərgin düşmüşdü. Vəziyyətinin ağır olmasına baxmayaraq,
Məhəmməd xan ona xəyanət edən Kəlbəli xanı cəzalandırmağı qərara aldı.
O,
yenidən qoşun toplamağa başladı. Bu xəbəri eşidən II İrakli hər iki xanı
barışdırmağa cəhd etsə də, onun bu cəhdi baş tutmadı. Beləliklə,
Məhəmməd xan güclü qoşunla Naxçıvana hücum etdi. Hətta İrəvan qoşunu
Naxçıvan qalasını mühasirəyə də aldı. Lakin havaların vaxtından əvvəl so-
yuduğunu görən Məhəmməd xan burada ləngiməyin mənasızlığını görərək
geri
qayıtmaq əmri verdi (130,148).
Məhəmməd xan ölkədə dağıntıları aradan qaldırdığı vaxt, 1791-ci ilin
sonlarında Ağa Məhəmməd xan Qacarın Təbriz yaxınlığına gəlməsi
xəbərini aldı. Bu da bəzi xanlar arasında olan düşmən münasibətlərin aradan
qalxmasına və Qacar təhlükəsinə qarşı birləşməsinə gətirib çıxardı.
1.3.
İrəvan xanlığı Ağa Məhəmməd şah Qacarın yürüşləri dö-
vründə
1779-cu
ildə Kərim xan Zənd vəfat etdikdən sonra İran taxt-tacını ələ
keçirm
ək uğrunda Zəndlərlə Ağa Məhəmməd xan arasında mübarizə
ba
şlayır. Azərbaycanın Qacarlar tayfasından olan Ağa Məhəmməd xan
Zəndlər arasında düşmənçilikdən istifadə edərək qısa dövr ərzində İranda
hakimiyyəti ələ keçirdi (169,215).
İranda hakimiyyətini möhkəmləndirən Ağa Məhəmməd xan Qacar
Azərbaycan və Kartli-Kaxetiya çarlığına da iddia etməyə başladı. Artıq
1791-ci
ildə Qacar xanı Azərbaycanın cənub xanlıqlarının əksəriyyətini
özünə tabe edə bilmişdi (187,158; 163,111). Lakin onun Azərbaycanın şi-
mal
hissəsində yerləşən xanlıqları özünə tabe etmək cəhdi müqavimətlə
rast
laşdı. Ağa Məhəmməd xanın Azərbaycan xanlarını saymaması,
Azərbaycana Səfəvi dövlətinin «əzəli və əbədi» ərazisi kimi baxması və
Kartli-Kaxetiya
çarlığı daxil olmaqla bütün Azərbaycanı bu imperiyanın
sərhədləri çərçivəsində birləşdirmək cəhdi xanların güclü müqavimətilə
rast
laşdı.
81
1791-ci ilin
əvvəllərində Ağa Məhəmməd xan Qacar güclü qoşunla
Azərbaycana doğru hərəkət etdi. O, Təbrizdən 1,5 verst (1verst-1,06 km-
E.Q.)
aralıda yerləşən Seyidabad adlı yerdə düşərgə salaraq, Azərbaycan
xanlarına tabe olmaq üçün fərmanlar göndərməyə başladı (84, c.2, səh.319).
Qeyd
etmək lazımdır ki, Ağa Məhəmməd xan Qacara münasibətdə
Azərbaycan xanlıqları arasında iki cəbhə yaranmışdı. Birinci cəbhəyə
Gəncə, Şəki, Quba, Bakı xanlıqları daxil idi ki, onlar hakimiyyətlərini
itirməmək üçün şahın fərmanını müsbət qarşılamışdılar. Digər cəbhəyə
Qacar
hakimiyyətinə düşmən münasibətdə olan xanlıqlar daxil idi. Qarabağ
xanı İbrahimxəlil xan həmin cəbhəyə başçılıq edirdi. Onu İrəvan, Lənkəran,
Xoy, Urmiya
xanları və Kartli-Kaxetiya çarı II İrakli müdafiə edirdi (84,
c.2,
səh.320). Mirzə Adıgözəl bəy yazırdı ki, «Gürcüstan valisi İrakli xan,
İrəvan hakimi Məhəmməd xan, Talış (Lənkəran-E.Q.) hakimi Mir Mustafa
xan
İbrahimxəlil xanla and içib müahidə bağladılar ki, Ağa Məhəmməd
şaha itaət etməsinlər, mümkün olduğu qədər bir-birinə kömək və yardım
etməkdə süstlük göstərməsinlər. Vaxtlı-vaxtında bir-birinin vəziyyətindən
xəbər tutsunlar (41,50). Lakin bu təhlükə qarşısında da xanlar birləşə
bilmədilər. Uzaqgörən siyasətçi olan Ağa Məhəmməd xan onların arasında
narazılığın olmasını çox gözəl anlayırdı. «Ağa Məhəmməd xan gözəl bilirdi
ki,
Azərbaycan xanları arasında birlik və onların birgə müdafiə olunmaq
barədə müqavilələri yoxdur. Ara müharibələri onları bir-birinə qarşı
qoy
muşdu. Hətta xanlar belə ağır məqamda da qüvvələrini birləşdirməyə
vasitə tapa bilmədilər» (187,165).
Ağa Məhəmməd xan döndərdiyi fərmanlarda Azərbaycan xanlarından
tabeçilik
rəmzi olaraq uşağını, qardaşını və ya arvadlarından birini girov
tələb edirdi. Tezliklə, Ağa Məhəmməd xanın gücü qarşısında Azərbaycanın
bəzi xanları onun istəyini qəbul etmək məcburiyyətində qaldı. Belə ki,
Naxçıvan xanı qardaşını, Xoy xanı arvadını və qardaşını, Təbriz xanı 15
nüfuzlu
əyanını, Şahsevən xanı qardaş və oğullarını, Ərdəbil xanı ar-
vad
larından birini və qardaşını girov göndərmişdi. Bundan əlavə, Marağa və
Urmiya
xanları arvadları ilə, Şəqaqi xanı Sədi xan isə qardaşları ilə birlikdə
qoşunla Ağa Məhəmməd xanın görüşünə gəldilər. Ağa Məhəmməd xan
Qacar
hər bir xanın üzərinə illik xərac təyin edərək girovlarla yenidən pay-
taxt
şəhəri olan Tehrana qayıdır (84, c.2, səh.319-320). O, Azərbaycanın
tabe olmayan
xanlarını cəzalandırılmasını başqa vaxta keçirir. Çünki,
sarayda
hərbi rəislər arasında ona qarşı sui-qəsd hazırlandığını eşidən Ağa
Məhəmməd xan yürüşü təxirə salır (44,61). Digər tərəfdən Zəndlərlə müba-
rizə davam edirdi (163,111).
82
Qacar
təhlükəsi sovuşan kimi, Azərbaycan xanları yenidən bir-biri ilə
ara
müharibələrinə başlayır. Belə ki, 1791-ci ilin dekabrın əvvəllərində
Qarabağ xanı İbrahimxəlil xan Naxçıvan xanlığını özünə tabe etmək üçün
qohumu Avar
xanı Ümmə xanla ittifaqa girərək 11 minlik qoşunla Naxçıvan
qalasına yürüş etdi. Bu təhlükə qarşısında aciz qalan Kəlbəli xan kömək
üçün
Məhəmməd xana müraciət edir. Qeyd etmək lazımdır ki, bundan bir
qədər əvvəl bir-birinə düşmən olan İrəvan xanı ilə Naxçıvan xanı arasında
sülh
bərqərar olmuşdu. Kəlbəli xan Məhəmməd xanın bacısına nişanlanaraq
bu sülhü daha da
möhkəmləndirmişdi. Digər tərəfdən Məhəmməd xan
İbrahimxəlil xanın Naxçıvanda möhkəmlənməsini öz xanlığı üçün təhlükə
hesab edirdi. Buna
görə də o, Kəlbəli xanın yardım xahişinə müsbət cavab
verərək Naxçıvana qoşun göndərdi. Xoy xanı da bu cür hərəkət edərək
Naxçıvana kömək üçün qoşun göndərdi. Eyni zamanda ümumi təhlükəyə
qarşı Məhəmməd xanla barışdı. İrəvan, Xoy və Naxçıvan xanlıqlarının
birləşmiş qoşunları Naxçıvan qalasını mühasirəyə alan İbrahimxəlil xanın
və Ümmə xanın qoşunlarını məğlub edərək onları xanlıqdan geri çəkilməyə
məcbur etdilər (130,150-151; 29,63). Bu döyüşdə İbrahimxəlil xan 1000,
Ömər xan isə 700 nəfər adam itirmişdi (29,63).
XVIII
əsrin 90-cı illərin ortalarına yaxın Azərbaycan xanlıqları üçün
mürəkkəb bir vəziyyət yarandı. 1794-cü ildə Ağa Məhəmməd xan Qacar
İranda bütün rəqiblərini məğlub etdikdən sonra yenidən Azərbaycan xan-
larını hədələməyə başladı. Digər tərəfdən şimaldan Rusiya Azərbaycan xan-
larına təzyiqi artırmışdı. Həm şimaldan, həm də cənubdan təzyiqə məruz
qalan
Azərbaycan xanları öz xilasını Osmanlı dövlətində görürdü.
Qeyd
etmək lazımdır ki, bu dövrdə Azərbaycan xanları Cənubi
Qafqazda «
incə, ehtiyatlı siyasət» yeridən Rusiya dövlətinə etibar
etmirdilər. S.D.Burnaşov yazır ki, «Azərbaycanın bütün müstəqil xanlarının
Rusiya
barəsindəki ümumi fikirlərinin mahiyyəti eyni idi. Onlar hakimiy-
yətlərinin Rusiya tərəfindən qəsb olunacağından ehtiyat edirdilər və rusların
Avropa
idarəçilik qaydalarını onların (xanlıqların-E.Q.) hüdudlarına
gətirəcəyindən çox narahat idilər. (Xanların) bu təhlükə qarşısındakı
vahiməsi onları türklərlə danışıqlara sövq edirdi» (82,2).
Digər tərəfdən, İrəvan xanı da daxil olmaqla bəzi Azərbaycan xanları
gerçək təhlükə olan Ağa Məhəmməd xan Qacara qarşı müttəfiq axtarmaq
üçün
Osmanlı Türkiyəsinə müraciət etmək məcburiyyətində qalmışdı.
«
Şuşalı İbrahimxəlil xan və İrəvan xanı 1794-cü ildə Portanın (Osmanlı Tü-
rkiyəsi-E.Q.) onları köməksiz qoymayacağına ümid edərək Ağa Məhəmməd
xana
qarşı çıxdılar. Onlar qədimdən aralarında olan dostluq əlaqələrinə
arxalanaraq
Ağa Məhəmməd xanın hücumuna qarşı Portadan himayədarlıq
Dostları ilə paylaş: |