83
üçün
İstambula nümayəndələrini göndərdilər. Lakin Porta onların
tələblərinə məhəl qoymayaraq cavab verdi ki, onun İran xalqı ilə müqaviləsi
vardır» (84, c.2, səh.332).
Osmanlı dövlət ilə Azərbaycan xanlarının siyasi münasibətlərinə dair
arxiv
sənədlərinin iki cilddə nəşr olunmuş toplusunda Qacar təhlükəsinə
qarşı İrəvan xanının Osmanlı dövlətinə böyük ümid bəsləməsi haqqında
ətraflı məlumat vardır. Belə ki, Ağa Məhəmməd xan Qacar İrəvan xanı
Məhəmməd xana da fərman göndərərək yanına gəlməsini tələb etmişdi.
Lakin o, özü
getməmiş, qardaşını hədiyyələrlə onun hüzuruna göndərmişdi.
Bu
təhlükə qarşısında İrəvan qalasını möhkəmləndirməklə müdafiəyə
hazırlaşan Məhəmməd xan həm sultana, həm də osmanlı paşalarına məktub
göndərərək kömək istəmişdi. 1794-cü il mayın 9-da Məhəmməd xan yaxın
adamı Zeynalağa vasitəsilə Osmanlı dövlətinə məktub göndərmişdi (48,89).
Məktublarda xanı narahat edən Ağa Məhəmməd xanın qoşunu hücum
edəcəyi təqdirdə sadə xalqın taleyi idi. Məhəmməd xan osmanlı paşalarına
məktub yazaraq onlardan xanlıqdan köçən əhaliyə sığınacaq vermələrini
dönə-dönə xahiş etmişdi. O, Qars hakiminə göndərdiyi məktubda şah
qo
şununun İrəvanı mühasirəyə alacağı təqdirdə sadə xalqın Qarsa
köçəcəyini bildirərək kömək istəmişdi (56,134-135). 1795-ci il mayın 15-də
Ərzurum valisi Yusif Ziya paşanın Məmiş ağanın vasitəsilə Osmanlı sul-
tanına göndərdiyi məktubda şahın hücum edəcəyi təqdirdə İrəvan əhalisinin
Os
manlı ərazisinə axınının başlayacağı təhlükəsi haqqında xəbər verilmişdi.
Məktubda Ağa Məhəmməd xanın İrəvana hücum edəcəyi təqdirdə qala
da
rısqal olduğundan, təxminən 20-30 min irəvanlının əmlak və mal-qara ilə
birlikdə Qars, Bəyazid, Ərzurum paşalıqlarına sığınacaqları bildirilmişdi
(56,145-146).
Lakin
Osmanlı dövləti bəzi Azərbaycan xanları, o cümlədən İrəvan
xanı ilə məktublaşmasına baxmayaraq ciddi tədbirlər görə bilmədi. Çünki
sultan
nə Rusiya, nə də Ağa Məhəmməd xanla münasibətləri
gərginləşdirmək istəmirdi. Rusiya ilə müharibədə məğlub olması Osmanlı
dövlətini Cənubi Qafqaz siyasətində bir qədər ehtiyatlı olmağa məcbur
edirdi.
Digər tərəfdən hadisələri düzgün qiymətləndirən İstambul sarayı Ağa
Məhəmməd xanı bölgədə Rusiyaya qarşı duracaq real qüvvə hesab edirdi.
Buna baxmayaraq,
Osmanlı dövləti ona müraciət edən xanlara ümid ver-
məkdən də çəkinməmişdi.
Azərbaycan xanlarını yalnız məktub və fərmanlarla özünə tabe edə
bilməyəcəyini başa düşən Ağa Məhəmməd xan Qacar İrəvan, Xoy,
Naxçıvan, Gəncə və Ərdəbil xanlarını hakimiyyətini tanımağa məcbur
etmək üçün 1794-cü ildə sevimli sərkərdələrindən olan Süleyman xanı
84
20.000
qoşunla Təbrizə göndərdi (46,236-237). Təbrizə gələn Süleyman xan
Məhəmməd xanı yanına dəvət etdi. O, Təbrizə gəlməyəcəyi təqdirdə
Məhəmməd xanı İrəvan üzərinə yürüş edəcəyi ilə hədələmişdi. Bu vaxt
İrəvan xanı iki od arasında qalmışdı. Digər tərəfdən II İrakli də, Məhəmməd
xanı İrəvan üzərinə yürüş edəcəyi ilə hədələyirdi. Qeyd etmək lazımdır ki,
Məhəmməd xan son illərdə müstəqil siyasət yeridərək Kartli-Kaxetiya
çarına vergi verməkdən imtina etmişdi. 1794-cü ildə şahzadə Davidin
başçılığı ilə bir dəstə çar qoşunu İrəvan sərhəddində dayanaraq, Məhəmməd
xandan
vergiləri ödəməyi tələb etməyə başladı. O, əks təqdirdə xanı İrəvana
hücum
edəcəyi ilə qorxudurdu. Hətta şahzadə David katolikos Quqasa
məktub göndərərək xanı yola gətirməyi tələb etmişdi (170,90).
İki od arasında qalmış Məhəmməd xan İrəvan qalasını
möhkəmləndirmək üçün müdafiə tədbirləri görməyə başladı. O, şah qoşun-
larının hücumunu xanlıq üçün daha təhlükəli olduğunu hiss edərək II İrak-
linin könlünü
ələ almağı qərara aldı. Məhəmməd xan dərhal məktub və
hədiyyələrlə Tiflisə nümayəndə heyəti göndərdi. II İrakli elçiləri qəbul etsə
də, güzəştə getməyərək vergiləri tələb etdi. O, elçilərə «…xanın dəfələrlə
şərtləri pozduğundan verilən vədlərə inanmadığını söyləyərək, belə demişdi:
Siz
verəcəklərinizi verin, mən isə sizi düşmənlərinizdən qoruyum»
(130,153).
Əlacsız qalan və kömək almaq ümüdi ilə Məhəmməd xan
verginin bir
hissəsini göndərmiş, digər hissəsini göndərməyi söz vermişdi.
Əvəzində o, İrəvanın müdafiəsi üçün bir neçə yüz nəfərdən ibarət dəstə
göndərməsini xahiş etmişdi. Lakin bu vaxt II İraklinin özünə kömək lazım
idi (130,153-154; 170,90).
Həmin vaxtda Ağa Məhəmməd xanın sərkərdəsi Xoy xanı ilə
birlikdə Naxçıvana gəldi. O, İrəvana adam göndərərək Məhəmməd xandan
şahın tələblrini yerinə yetirməyi, girov, vergi və 500 nəfərdən ibarət qoşun
göndərməsini tələb etdi (128, c.II, səh.93). Bu xəbər İrəvan əhalisini bərk
təşfişə salmışdı. Əhali əmlak və ailələrini götürərək bir hissəsi Osmanlı
sərhəddinə doğru hərəkət edir, digər hissəsi isə qalada və əlçatmaz yerlərə
sığındı. Məhəmməd xan yenidən II İraklidən kömək istəyir. O isə nəinki
İrəvana kömək göndərmədi, əksinə vergilərin qalan hissəsini də tələb etdi.
İrəvan xanı isə bu tələbi rədd edir (130,154).
Vəziyyətin çıxılmaz olduğunu görən Məhəmməd xan şahın tələblərini
yerinə yetirmək məcburiyyətində qaldı. O, ilk növbədə kəndlərə adamlar
göndərərək vergi yığdırmağa başladı. Hətta Eçmiədzindən də müəyyən mi-
qdarda
vəsait tələb etdi. Hər şey toplandıqdan sonra yığılan vergilər
İrəvanın bir neçə nüfuzlu nümayəndəsi ilə birlikdə Süleyman xanın yanına,
Naxçıvana yola salındı. Lakin Süleyman xan İrəvan xanının tək vergi ver-
Dostları ilə paylaş: |