100
Məhəmməd xan öz hərəkətinə bəraət qazandırmaq və rus qoşununun
Pəmbəkə girməsinin qarşısını almaq üçün ilk növbədə yaxın adamı Abbas
xanı İ.P.Lazarevin yanına göndərdi. Söhbət zamanı elçi bildirir ki, Pəmbək
sultanlığı İrəvan xanlığına məxsusdur və bunun üçün Ağa Məhəmməd
şahdan fərmanı vardır. Daha sonra elçi xanın ruslara qarşı heç bir qərəzli
niyyəti olmadığını, əksinə Rusiya himayəsinə keçmək fikrində olduğunu
bildirərək, İ.P.Lazarevdən rus qoşunlarının Pəmbək ərazisinə girməməsini
xahiş etdi (339,600; 145,219-220). Lakin Məhəmməd xanın İ.P.Lazarevlə
danışıqları heç bir nəticə vermədi. General elçiyə bildirir ki, Gürcüstan
əhalisinin təhlükəsizliyi üçün cavabdehdir və bu səbəbdən Pəmbəkə doğru
hərəkət edir. O, xana xəbər göndərərək İrəvana köçən əhalinin geri qay-
tarılmasını tələb etdi. Rus qoşunu ilə açıq münaqişəyə girməkdən ehtiyat
edən Məhəmməd xan Pəmbək qaçqınlarının geri qayıtmasına icazə verdi.
İlk növbədə beş kəndin əhalisi geri qaytarıldı. Qalan əhalini geri qaytarmaq
üçün knyaz Solomon Tarxanov
xanın yanına göndərildi. S.Tarxanovla
söhbətdə xan öz hərəkətinə haqq qazandıraraq, Pəmbəkin ona məxsus ol-
ma
sını bir daha bildirmişdi. Lakin rus komandanlığı ilə münasibətləri poz-
maq
istəməyən İrəvan xanı digər kəndlərin əhalisinin də geri qayıtmasına
icazə vermişdi. Qaçqınların geri qayıtması ilə kifayətlənən İ.P.Lazarev
mayor
Çeqişevin başçılığı ilə tiflis atıcı alayını Pəmbək sultanlığının
mərkəzi Qarakilsə kəndində yerləşdirərək geri qayıtdı (339,599-601;
92,604; 93,605; 326,75).
Bundan
əlavə, Məhəmməd xan rus komandanlığının digər tələbini də
yerinə yetirməli olmuşdu. Şuragöllü bir Azəri türkünü gürcü knyazı Solo-
mon
Məlikov incitdiyinə görə, xan İrəvanda ticarət edən gürcü tacirlərini
həbs edərək onlardan 1200 rubl istəmişdi. Bunu eşidən Q.M.Lazarev xandan
tacirlərin azad olunmasını tələb etmişdi. Əlacsız qalan Məhəmməd xan bu
tələbi yerinə yetirməyə məcbur olmuşdu (404,122).
2.2. Birinci Rusiya-
İran müharibəsi ərəfəsində İrəvan
xanlığının Rusiya, Qacar İranı və Osmanlı paşaları
ilə siyasi münasibətləri
1801-ci il
sentyabrın 12-də Kartli-Kaxetiya çarlığı rəsmi surətdə
Rusiyaya
birləşdirildi. Bu müqaviləyə əsasən, Azərbaycanın Borçalı, Qazax
və Şəmşəddil sultanlıqları ilə bərabər, Pəmbək və Şuragöl də Rusiyanın
tərkibinə daxil oldu (144,19-27). Bunun ardınca imperator I Aleksandr
sentyabrın 12-də digər Azərbaycan torpaqlarını Rusiyaya birləşdirmək yol-
ları haqqında K.F.Knorrinqə xüsusi təlimat göndərdi. On bir bənddən ibarət
101
olan bu
təlimatın 10-cu bəndində yazılırdı: «Ətraf hakimlər və xalqlarla
əlaqə saxlayaraq Rusiyaya meyl edənlərin sayını artırmaq lazımdır, xüsusilə
hələ üzərində Baba xanın (Fətəli şahın-E.Q.) hakimiyyəti təsdiq olunmamış,
hazırkı şəraitdə özlərinin təhlükəsizliyi üçün Rusiyaya daha çox meyl
göstərən İrəvan, Şəki, Şirvan (Şamaxı-E.Q.), Bakı və başqa xanlıqları cəlb
etmək lazımdır» (326,65). Kartli-Kaxetiya çarlığı Rusiyaya birləşdirildikdən
sonra general-leytenant K.F.Knorrinq böyük
qüvvə ilə Tiflisə gəldi.
Kartli-Kaxetiya
çarlığının Rusiyaya rəsmi birləşdirilməsi Qacar
İranını bərk təşvişə salmışdı. Xorasan üsyanını yatıran Fətəli şah 1802-ci
ilin
əvvəllərində onun hakimiyyətini tanımaq istəməyən Azərbaycan xan-
larına fərmanlar göndərərək tabe olmalarını tələb etdi. O, ilk əvvəl
Azərbaycanın ona müxalif olan xanlarını öz tərəfinə çəkmək və sonra on-
ların qüvvələri ilə birlikdə Kartli-Kaxetiyaya hücum etmək niyyətində idi.
Tehrana
gələn şah ilk növbədə İrəvan xanına hədələyici fərman göndərdi.
Fərmanda o, Məhəmməd xandan İrəvanda məskunlaşmış naxçıvanlıların
geri
qaytarılmasını tələb etdi. Hətta Fətəli şah İrəvana yürüş etmək üçün
qoşun da toplamış və mart ayında özü də İrəvana gəlmək niyyətində idi (84,
c.2,
səh.513-514).
Bu
xəbər Məhəmməd xanı qorxuya salmışdı. O, şah qoşununun
hücumunu
eşidən kimi, İrəvan qalasının müdafiəsini gücləndirməyə başladı.
Onun
səyi nəticəsində qalanın hərbi qarnizonu artırılmış, ambarlar isə ərzaq-
la
doldurulmuşdu (342,618; 84, c.2, səh.514). Lakin öz qüvvəsinə əmin
olmayan
Məhəmməd xan hərbi kömək almaq məqsədi ilə rus qoşunlarının
baş komandanı general-leytenant Knorrinqə və general mayor Lazarevə
müraciət etdi. O, Eyvaz xan Sultanın başçılığı ilə Tiflisə nümayəndə heyəti
göndərdi. Nümayəndə heyəti general mayor Lazarevin qəbulunda oldu. Elçi
xanın Rusiya təbəəliyinə keçmək arzusunda olduğunu qeyd edərək, şah
qoşununa qarşı mübarizə üçün 300 nəfərdən ibarət hərbi qüvvə istəmiş və
əvəzində şahzadə Aleksandrı ruslara təhvil verəcəyini bildirmişdi. Xan bu
qüvvələri saxlamaq üçün hər il 10.000 rubl (1.000 tümən-E.Q.) məbləğində
ərzaq ayıracağını öhdəsinə götürmüşdü. Lakin general mayor Lazarev xanın
elçisini
əli boş geri qaytararaq, xanın istəyini baş komandana çatdıracağına
söz
vermişdi (404,144; 342,618; 146,16-17).
Şah qoşunlarının İrəvana və oradan da Kartli-Kaxetiyaya hücum
etmək niyyəti rus komandanlığını narahat etməyə bilməzdi. İrəvan xanına
boş vədlər verən K.F.Knorrinq ehtiyat tədbirləri görməyə başladı. O, 1802-
ci il
martın 26-da çara raport göndərərək şah qoşunlarının İrəvana və oradan
Kartli-Kaxetiyaya hücum
edəcəyi haqqında məlumat vermişdi. Bunun ar-
dınca K.F.Knorrinq 1802-ci il aprelin 18-də Məhəmməd xana məktub
Dostları ilə paylaş: |