91
1797-ci ilin
mayında Ağa Məhəmməd şah Qacar ikinci dəfə Cənubi
Qafqaza
yürüşə başladı. Lakin bu yürüş müvəffəqiyyətsizliyə düçar oldu.
Belə ki, şah Şuşa qalasını işğal etsə də, çox keçmədi ki, yaxın adamları
tərəfindən sui-qəsd nəticəsində öldürüldü. Bu hadisə 1797-ci il iyunun 5-də
baş vermişdi. Başsız qalan Qacar ordusu Azərbaycanı tərk etməyə məcbur
olmuşdu (41,58; 163,114; 187,190-192; 198,100).
1.4. XVIII yüzilliyin
axırlarında İrəvan xanlığının siyasi
vəziyyəti
Ağa Məhəmməd şah öldürüldükdən sonra onun yerinə qardaşı oğlu
Fətəli (1797-1834) taxt-taca sahib oldu. O, hakimiyyətə gələn kimi, əmisi
tərəfindən incidilmiş adamların könlünü ələ almaq üçün bir neçə dəyərli
göstəriş vermişdi. Tehranda həbsdə olan xanları, o cümlədən İrəvan xanı
Məhəmməd xanı azadlığa buraxdı. Həbsdən azad olan Məhəmməd xan ye-
nidən İrəvanda hakimiyyətə gəldi.
Məhəmməd xan İrəvana gəlməmişdən əvvəl burada Əliqulu xana
qarşı üsyan baş vermişdi. Buna səbəb şahın ölüm xəbərini eşidən Əliqulu
xanın İrəvan qalasının qapılarını bağlayaraq xalqla pis rəftar etməsi
ol
muşdu. Belə rəftar irəvanlıların səbrini tükəndirmiş və onlar silahlanaraq
şahın qardaşını İrəvandan qovmuşdular. Şahın öldürülməsi və yerli xalqın
müqaviməti nəticəsində Əliqulu xan İrəvan xanlığını tərk etmişdi (84,
c.2,431; 130,185). O, 1796-
cı ilin axırlarından-1797-ci ilin iyununa qədər
İrəvanda hakimiyyətdə olmuşdu.
Lakin bu
təhlükədən qurtaran İrəvan əhalisi çox keçmədi ki, yeni
təhlükə ilə üzləşdi. Əliqulu xan İrəvanı tərk etdikdən bir neçə gün sonra
Maku
sultanının oğlu Həsən vəziyyətdən istifadə edərək buraya hücum etdi.
Qeyd
etmək lazımdır ki, o, XVIII yüzilliyin 80-ci illərində İrəvanda ha-
kimiyyət uğrunda mübarizə aparan Əhməd Soltanın oğlu idi. Qəflətən
İrəvan qalasına hücum edən Həsən xan əvvəlcə dinc yolla qalanı ələ
keçirmək üçün irəvanlılarla danışığa başladı. Lakin qala sakinləri onun
tələbini rədd edərək Həsən xana ciddi müqavimət göstərdi. Hətta qala
müdafiəçiləri Qazaxda mövqe tutan II İraklinin oğlu Aleksandara məktub
göndərərək kömək istəmişdilər. Gürcü şahzadəsi Aleksandr bir neçə yüz
dəstə ilə irəvanlılara kömək etmək istədi. Lakin Həsən xan onu qabaqlayar-
aq
qalanı ələ keçirməyə nail oldu. Bu yürüşdə Həsən xana naxçıvanlılar,
yerli
muğanlılar və ayrumlar da kömək etmişdi. Muğanlıların qala müda-
fiəçilərini döyüş meydanında tək qoyub qaçmaları qalanın təslim olmasına
səbəb olmuşdu. İrəvana daxil olan Həsən xan taxt-tacına yiyələnir. Cəmi üç
ay
hakimiyyətdə olmuş yeni xan xalqla çox pis rəftar etmiş, oların üzərinə
92
yeni-yeni
vergilər təyin etmişdi. Lakin tezliklə Məhəmməd xanın əsirlikdən
azad olub
İrəvana qayıtması haqqında məktub gəldi. Bu xəbəri eşidən Həsən
xan 1797-ci il
sentyabrın 15-də İrəvanı tərk edərək Makuya qayıdır
(130,186).
Beləliklə, Məhəmməd xan yenidən İrəvanda hakimiyyətini bərpa etdi.
Lakin
Fətəli şah Məhəmməd xanı azadlığa buraxsa da, ona bir o qədər də
inanmırdı. Ona görə də, özünün iki nəfər inanılmış adamını İrəvana
göndərdi. Onlar Məhəmməd xanın işlərinə nəzarət etməli idi. Eyni zamanda
İrəvan xanlığı hər il şah xəzinəsinə 80.000 (8.000 tümən-E.Q.) rubl vergi
ödəməli idi (410,12-13).
İrəvanda yenidən hakimiyyətini bərpa edən Məhəmməd xan vəziy-
yətini nizama salan kimi, Fətəli şah Qacara tabe olmaqdan imtina etdi. O,
yenidən müstəqil siyasət yeridərək özünə müttəfiqlər axtarmağa başlayır.
İrəvan xanı ilk növbədə kömək üçün II İrakliyə müraciət edir. Lakin bu dö-
vrdə Kartli-Kaxetiya çarının özünün vəziyyəti acınacaqlı idi. Ona görə də,
Məhəmməd xanın müraciəti nəticəsiz qalmışdı (156,119). Buna baxmayar-
aq,
İrəvan xanı şaha qarşı mübarizədə özünə müttəfiq tapa bildi. Bu müt-
təfiqlərdən biri Fətəli şahın qəzəbinə gəlmiş Xoy xanı Cəfərqulu xan, digəri
isə Naxçıvan xanı Kəlbəli xan idi. Ağa Məhəmməd şahın əmri ilə kor
edilmiş Kəlbəli xan həbsdən azad olunduqdan sonra şahın əmrinə əsasən,
İrəvan xanlığında yaşamalı idi. Kəlbəli xan İrəvanda məskunlaşdıqdan sonra
yaxın tərəfdarlarının xeyli hissəsi Naxçıvandan İrəvana köçmüşdü (410,49-
50; 84, c.2,
səh.514; 29,67). İrəvana Kəlbəli xanın mənsub olduğu
kəngərlilərdən 200 ailə gəlmişdi (163,162). İrəvanda nüfuzunu
məhkəmləndirən Kəlbəli xan qohumu Məhəmməd xanla birlikdə Fətəli şah
Qacara tabe olmaqdan imtina etdi (410,13-14; 149,292; 29,67).
Xoylu
Cəfərqulu xan da Fətəli şaha tabe olmaqdan boyun qaçırmışdı.
Qeyd
etmək lazımdır ki, Fətəli şahın azad etdiyi xanlar arasında Xoy xanı
Cəfərqulu xan da vardı. O, əsirlikdə olarkən Təbriz xanının qardaşı Sadıq
xan Xoya hücum
edərək onu talan etmişdi. Yenidən Xoyda hakimiyyəti ələ
keçirən Cəfərqulu xan qisas almaq qərarına gəldi. O, özünə müttəfiqlər ax-
tarır və bu işdə İrəvan xanı ilə razılığa gəldi. Belə ki, əsirlikdən qayıdarkən
Məhəmməd xan Xoya gəlmiş və burada xanlar arasında razılıq əldə olun-
muşdu. Cəfərqulu xan qisas almaq üçün Məhəmməd xandan 500 nəfərlik
hərbi qüvvə istəmişdi. İrəvan xanı onun xahişini yerinə yetirərək, bu hərbi
qüvvəni Xoya göndərmişdi. Birləşmiş Xoy və İrəvan qoşunu Sadıq xanın
üzərinə hücum edərək onu məğlub etdi (130,187).
Xoyda öz mövqeyini
möhkəmləndirən Cəfərqulu xan Sadıq xan
Şəqaqi və Urmiya xanı Məhəmmədqulu xanla birləşərək Fətəli şahın
Dostları ilə paylaş: |