93
əleyhinə üsyan qaldırdı. Hətta Xoy xanı müttəfiqi İrəvan xanlığına da yürüş
etdi. Bu vaxt
İrəvan xanı şaha itaət edirdi. Hücuma məruz qalmış
Məhəmməd xan Cəfərqulu xana müqavimət göstərməyi qərara aldı. Bu
müharibədə qazaxlılar İrəvan xanına hərbi kömək etdilər. Lakin Naxçıvan
yaxınlığında baş verən döyüşdə irəvanlılar Cəfərqulu xanın tərəfinə keçmiş
naxçıvanlılar tərəfindən məğlub edildi. Məğlub olmuş Məhəmməd xan
İrəvan qalasına çəkilərək orada möhkəmlənir. Lakin Cəfərqulu xan yürüşü
davam
etdirə bilmədi. Çünki Xoy xanının üsyanını eşidən şah Süleyman
xanı Təbrizə göndərmişdi. Cəfərqulu xanın tərəfinə keçmiş xanlar bu xəbəri
eşidərək onu tərk etdilər. Tək qalan xan ailəsini götürərək Bəyazidə qaçır.
Onun
tərəfdarları da bu cür hərəkət edərək Osmanlı ərazisinə köçürlər
(130,189-190).
1798-ci ilin iyunun
əvvəllərində Fətəli şah şəxsən özü Süleyman xan
və Hüseynqulu xanla birlikdə Xoya gəldi. O, Kartli-Kaxetiya çarlığına
hücum
etmək niyyətində idi. Fətəli şah iyunun 7-də XII Georgiyə məktub
göndərərək tabe olmasını və girovlar verməsini tələb etdi. Əks təqdirdə
Kartli-
Kaxetiyanı dağıtmaqla hədələyirdi. Şahın məktubu general leytenant
Markova
və Peterburqdakı Kartli-Kaxetiya səfiri Q.Çavçavadzeyə
göndərildi. Lakin şahın şimal istiqamətində yürüşü baş tutmadı. Çünki şah
qardaşının Şiraz və İsfahandan qoşun toplayaraq ona qarşı üsyan qaldırması
xəbərini alaraq Xoyu tərk edir. Tezliklə Süleyman xan da şahın yanına
getdi.
Fətəli şah Xoyu tərk etməmişdən əvvəl Cəfərqulu xanın qardaşı
Hüseyni xan
təyin etdi (130,192).
Fətəli şahın geri çəkildiyini eşidən Cəfərqulu xan hakimiyyətini ye-
nidən bərpa etmək üçün türklərdən və kürdlərdən qoşun toplayaraq Xoya
hücum etdi.
Məhəmməd xan Hüseyn xana kömək etmək qərarına gəldi.
İrəvan xanı Xoya bir dəstə qoşun göndərdi. Lakin uzun sürən mühasirədən
sonra Xoya daxil olan
Cəfərqulu xan qardaşı Hüseyn xanı öldürməklə
xanlıq taxtını yenidən ələ keçirməyə müvəffəq oldu (2,127-130).
Tezliklə, İrəvan xanı da Fətəli şaha tabe olmaqdan imtina etdi. Bu
dövrdə İrəvanda vəziyyət çox acınacaqlı idi. Bir tərəfdən müharibələr, digər
tərəfdən taun xəstəliyi nəticəsində xeyli insan qırılmışdı (130,200). Belə bir
vaxtda
Fətəli şah İrəvana elçi göndərərək 100.000 rubl (10.000 tümən-E.Q.)
məbləğində vergi verməsini tələb etdi. İrəvanın bu məbləği verməyə imkanı
yox idi.
Məhəmməd xan ilk əvvəl şahın bu tələbini yerinə yetirməyə razı
olsa da, sonradan rus
komandanlığından və Kartli-Kaxetiya çarından kömək
almaq ümidi
ilə bundan boyun qaçırdı. Eyni zamanda belə müraciət Xoy
xanı Cəfərqulu xana da olmuşdu. Şahın hədə qorxusu Məhəmməd xanı
94
Cəfərqulu xanla barışmağa məcbur etdi. Barışmış rəqiblər bir daha şaha tabe
olmayacaqlarını bildirdilər (156,118; 71,531)..
Xanların qiyamını eşidən Fətəli şah onları cəzalandırmaq qərarına
gəldi. Şah 1800-cu il iyulun əvvəllərində oğlu Abbas Mirzənin və Süleyman
xanın başçılığı ilə 7000-10.000 qoşunu İrəvana göndərdi (145,129;
148,306).
Başqa bir məlumata görə, Qacar qoşunun ümumi sayı 12.000-ə
çatırdı. Bu qoşun silahla pis təchiz olunmuşdu və dəvə üstündə gəzdirilən
cəmi dörd yüngül topu vardı (203,135-136; 145,134-135; 237,131-132).
Təbrizdən hərəkət edən şah qoşunu İrəvan xanlığına doğru hərəkət
edir.
Yürüşün əsas məqsədi xanları cəzalandırdıqdan sonra Kartli-Kaxetiya
üzərinə hücumu davam etdirmək idi. İlk hücuma Xoy xanlığı məruz qaldı.
Xoy qala
sı Qacar qoşunu tərəfindən mühasirəyə alındı. Mühasirə 5-10 gün
davam edir. Xoy
xanı Cəfərqulu xanın başçılığı ilə xoyluların müqavimətinə
baxmayaraq,
şah qoşunu onların müqavimətini qıra bildi. Məğlub olan
Cəfərqulu xan Maku qalasına qaçdı. Şahzadə Maku hakimi ilə danışıqlara
girərək ondan Cəfərqulu xanı tələb edir. Lakin Maku hakimi bu tələbi rədd
etdi (175,50).
Rədd cavabı alan Abbas Mirzə Süleyman xanın başçılığı ilə
bir
dəstə qoşunu Maku qalasına göndərdi. Qala hər tərəfindən mühasirəyə
alındı. Qohumu Bəyazid paşasından yardım alan Cəfərqulu xan makuluların
köməyi ilə şah qoşununa güclü müqavimət göstərdi. Şah qoşunlarının güclü
həmləsinə baxmayaraq, müdafiəçilər möhkəm dayanmışdı. Müdafiəçilərin
güclü
müqaviməti, ərzağın çatışmaması və isti hava şəraitindən qoşunda
xəstəliyin çoxalması Süleyman xanı mühasirəni götürüb geri çəkilməyə
məcbur etdi. Xan geri çəkilməmişdən əvvəl, Cəfərqulu xanla danışıqlara
girdi.
Danışıqlara əsasən, şah tərəfi Cəfərqulu xanı öz vəzifəsində
sax
lamağa söz verirdi. Xan isə əvəzində qızını Abbas Mirzəyə verməli idi.
Vəziyyətinin çıxılmaz olduğunu görən Cəfərqulu xan bu şərtlərlə
razılaşmağa məcbur oldu. Bundan sonra şah qoşunu mühasirəni götürərək
İrəvana doğru hərəkət etdi (91,107). Qızını Abbas Mirzəyə verdikdən sonra
Cəfərqulu xanın Xoy xanı vəzifəsində saxlanmasını osmanlı mənbəyi də
təsdiq edir (56,172-173, 363-364). Şahzadə ilə qohum olmasına baxmayar-
aq, Xoy
xanı sonralar Qacar İran dövləti ilə düşmənçiliyini davam
etdir
mişdi. Xanlıqdan sıxışdırılan Cəfərqulu xan rus komandanlığı ilə əlaqə
sax
layırdı. Sonralar Cəfərqulu xan tamamilə Rusiya himayəsinə keçmiş və
onlara
İranın vəziyyəti barədə geniş məlumatlar verməklə böyük köməklik
göstərmişdi (2,102).
Xoyu
aldıqdan sonra şah qoşunu iyulun ortalarında Arazın sol sa-
hilinə-İrəvan xanlığının ərazisinə yürüşə başladı. İrəvan xanlığı ərazisində
mövqe tutan Abbas
Mirzə 4000 nəfərdən ibarət ön dəstəni İrəvan qalasını
Dostları ilə paylaş: |