Азярбайъан милли елмляр академийасы а



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə42/164
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32211
1   ...   38   39   40   41   42   43   44   45   ...   164

 
87 
İrəvan  xanının  təslim  olmasında  Gəncəli  Cavad  xanın  da  rolu 
ol
muşdu.  O,  tərəfləri  barışdırmaq  üçün  Məhəmməd  xanın  qohumu  Yaqub 
xanı  İrəvana  göndərmişdi.  Yaqub  xan  danışıqlarda  vasitəçi  olaraq  İrəvan 
xanını yola gətirmişdi (130,163). Lakin Qacar qoşunu İrəvan qalasına daxil 
ola 
bilmədi.  Məhəmməd  xan  bu  qoşuna  etibar  etmədiyindən  ancaq  girov 
verməklə  kifayətlənmişdi.  Hətta  o,  təhlükəsizliyi  üçün  500  nəfər  qoşunla 
qalanı tərk edərək Qacar qoşunundan kənar gəzirdi (145,14). Lakin Əliqulu 
xan da 
İrəvanda ləngimədi. O, girovları götürərək avqustun 28-də Gəncədə 
olan 
şahın yanına getdi (130,164). Əliqulu xanın başçılığı ilə Qacar qoşun-
larının  İrəvan  xanlığına  yürüşündə  Eçmiədzin  (Üçkilsə-E.Q.)  kilsəsi  də 
güclü 
itkiyə  məruz  qalmışdı.  Katolikos  Luka  kilsəni  qarətdən  xilas  etmək 
üçün 
Əliqulu xana 100.000 rubl (10.000 tümən-E.Q.) ödəməli olmuşdu (84, 
c.2, 
səh.337). 
Ağa Məhəmməd xan Qacar Şuşa şəhərinin mühasirəsindən əl çəkərək 
Tiflisə hücum edir (41,52). II İrakli ona qarşı İbrahimxəlil xandan 120 min, 
İrəvandan  200  min,  Gəncədən  isə  50  min  rubl  maliyyə  dəstəyi  almasına 
baxmayaraq  
müdafiəyə zəif  hazırlaşmışdı (7,87). 1795-ci il sentyabrın 12-
də Ağa Məhəmməd xan qoşunu ilə Tiflisə daxil oldu. Şəhər əhalisinin yarısı 
qırıldı,  qalanı  isə  əsir  alındı  (87,12-14; 84, c.2,  səh.339-340).  Lakin  Ağa 
Məhəmməd  xan  Tiflisdə  çox  qala  bilmədi.  Qoşunu  ərzaqla  təmin  edə 
bilməməsi,  digər  tərəfdən  rus  qoşununun  yürüşə  hazırlaşdığını  eşidən  xan 
səkkiz  gündən  sonra  geri çəkilərək  Muğan  düzünə  gəldi.  Burada  dincələn 
Qacar 
xanı  eyni  zamanda  Azərbaycan  xanlarını  itaətə  gətirmək  üçün  təd-
birlər görməyə başladı (187,172). O, ilk növbədə Məhəmməd xanı yanına 
dəvət etmək üçün Süleyman xanı İrəvana göndərdi. Məhəmməd xan isə Ağa 
Məhəmməd xana təslim olduğunu bildirsə də, itaətindən çıxmaq üçün fürsət 
axtarırdı.  Arxiv  sənədində  göstərilir  ki, «İrəvan  xanı  Azərbaycanın  digər 
hakimləri  kimi  zəifliyindən,  məcburiyyət  qarşısında  şaha  boyun  əymişdi, 
lakin imkan olan kimi ona 
qarşı üsyan qaldıracaqdı» (7,140). Həqiqətən də, 
İrəvan xanı Qacar qoşunundan sonra Tiflisə daxil olmuş rus qoşunundan və 
II 
İraklidən  kömək  almaq  ümidində  idi.  Lakin  Ağa  Məhəmməd  xandan 
ehtiyat  etdiyi  üçün 
məqsədini  yazılı  şəkildə  bildirməkdən  qorxurdu.  Ona 
görə  də,  Məhəmməd  xan  planını  həyata  keçirmək  üçün  ermənilərdən  isti-
fadə etmək məcburiyyətində qalmışdı. «Lakin bu yardım baş tuta bilməzdi. 
Çünki  ruslar 
türkləri  narahat  etməmək  üçün  İrəvan  sərhəddinə  girmək 
istəmirdilər. II İraklinin isə gücü yox idi» (130,169). 
Ümidinin 
boşa  çıxdığını  görən  Məhəmməd  xan  Muğana,  Ağa 
Məhəmməd  xanın  yanına  getməyə  məcbur  oldu.  O,  bahalı  hədiyyələrlə 
Muğan düzünə gəldi. Ağa Məhəmməd xan Qacar Məhəmməd xanı hörmətlə 


 
88 
qəbul  edərək,  İrəvan  xanlığına  hər  il  8  funt  qızıl  və  80.000  manat  (8.000 
tümən-E.Q.)  miqdarında  xərac  təyin  etdi. (415,165; 84, c.2,  səh.336-337; 
145,13; 167,270). Bundan  sonra  o, 
Məhəmməd  xanı  öz  vəzifəsinə  təsdiq 
etdi. 
Əlavə  olaraq  İrəvan  xanı  geri  qayıtdıqdan  sonra  ona  100  dəvə 
göndərməli idi (130,169).    
Ağa  Məhəmməd  xan  Tiflisi  işğal  etdikdən  sonra  İrəvan  və  Gəncə 
xanlarının  xeyrinə  bir  neçə  göstəriş  vermişdi.  Onun  əmrinə  görə,  vaxtilə 
İrəvan  xanlığının  tərkib  hissəsi  olan  Pəmbək  və  Gəncə  xanlığının  tərkib 
hissəsi olan Borçalı sultanlıqları İrəvana tabe olmalı, Qazax və Şəmşəddil 
sultanlıqları  isə  Gəncə  xanlığına  itaət  etməli  idi.  Məhəmməd  xan  vəziy-
yətdən istifadə edərək Pəmbək və Borçalı əhalisinə xəbər göndərərək tabe 
olmalarını tələb etmişdi (145,34-43). 
Tezliklə, Cənubi Qafqazda siyasi vəziyyət yenidən dəyişdi. Xorasan-
da Qacar 
hökumətinə qarşı üsyanın başlaması, qoşun arasında vəba xəstəli-
yinin 
güclənməsi Ağa Məhəmməd xanı Muğan düzünü tərk edərək Tehrana 
qayıtmağa məcbur etdi. (56,190,379). Bundan itifadə edən Rusiyanın Cənu-
bi Qafqaza 
müdaxiləsi başladı. 
Ağa Məhəmməd xanın Cənubi Qafqaza hücumu Rusiyanın nüfuzuna 
böyük 
zərbə  endirdi.  Bu  məqsədlə  rus  komandanlığı  sarsılmış  nüfuzunu 
bərpa  etmək,  çoxdan  hazırladığı  işğalçı  planlarını  həyata  keçirmək  üçün 
əllərinə  düşən  əlverişli  fürsətdən  istifadə  etmək  qərarına  gəldi.  Tarixi 
ədəbiyyatda  1796-cı  il  qraf  V.Zubovun  başçılığı  ilə  rus  qoşunlarının 
Azərbaycana yürüşü haqqında kifayət qədər əsərlər yazıldığından bu hadisə 
üzərində dayanmağı vacib hesab etmirik (187,177-186;  196,88-98, 46,240-
249; 191). Lakin  bu 
yürüşdə  Rusiya  dövlətinin  İrəvan  xanlığı  barədə 
i
şğalçılıq  planlarını  işıqlandırmaq  işimizin  əsas  məqsədidir. 1796-cı  il 
fevralın  19-da  imperatriçə  II  Yekaterina  (1762-1796)  general-poruçik 
V.A.Zubova 
Cənubi Qafqaza yürüş planı haqqında reskript (məktub-E.Q.) 
göndərdi. Reskriptdə Rusiya yürüşün əsas məqsədini gizlədərək, bunu Nadir 
şahın  ölümündən  sonra  İranda  qarışıqlığın  olması  ilə  əlaqədar  Xəzər 
dənizində rus ticarətini qorumağı ilə əlaqələndirirdi (183,110). Bu reskriptdə 
V.A.Zubov 
Azərbaycan xanlarını müxtəlif vədlərlə öz tərəfinə çəkməli idi. 
Sənəddə İrəvanla bağlı göstəriş də vardı. Yürüşdə Rusya İrəvan xanlığını da 
ələ keçirməli idi. Lakin rus komandanlığı məqsədinə bir başa deyil, dolayı 
yolla  çatmaq 
niyyətində idi. Belə ki, II Yekaterina hökuməti Osmanlı dö-
vlətindən  ehtiyat  edərək  İrəvana  açıq  müdaxilə  etməkdən  çəkinirdi.  Onlar 
İrəvanda  II  İraklinin  əli  ilə  möhkəmlənmək  istəyirdi.  V.A.Zubova 
göndərilən reskriptdə yazılırdı ki, «Osmanlı Türkiyəsi ilə həmsərhəd olan və 
Arazın  yuxarı  hissəsində  yerləşən  İrəvan  xanlığı  çar  İrakli  tərəfindən 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə