116
Qarsa
köçmək istəyən iki minə qədər ailə yolda ikən rus qoşunu tərəfindən
geri
qaytarılaraq Loridə yerləşdirildi (206,614-615).
İyunun 14-də P.D.Sisianovun komandanlığı altında rus qoşununun
əsas qüvvələri Gümrüdə general mayor Tuçkovun dəstəsi ilə birləşdi.
Ümumi rus
qoşunlarının sayı belə idi: piyada- 1100 nəfərdən ibarət 3 ba-
talyon qafqaz qranador
alayı, 650 nəfərdən ibarət 2 batalyon tiflis muşk-
etyor
alayı, 1200 nəfərdən ibarət 2 batalyon saratov muşketyor alayı, 400
nəfərdən ibarət 2 batalyon 9-cu yeger alayı. Piyadaların ümumi sayı 3350
nəfər təşkil edirdi. Süvarilər isə 300 nəfərdən ibarət üç eskadron narva
draqun
alayından, 350 kazak və 370 gürcü dəstəsindən ibarət idi. General-
mayor Tuçkovun
dəstəsindən əlavə, S.D.Sisianovun 20 səhra topa malik
4370
əsgəri var idi (66,261). General mayor Tuçkovun dəstəsi bura əlavə
edilsə bütünlükdə rus qoşunlarının ümumi sayı 28 səhra topundan, 6170
əsgərdən ibarət olmuşdu. Sonradan Xoylu Cəfərqulu xanın 200 nəfərdən
ibarət dəstəsi də rus qoşununa qoşulmuşdu (66,268). Qeyd etmək lazımdır
ki, H.M.
İbrahimbəyli öz əsərində Xoy xanının dəstəsini azərbaycanlı
könüllü
qoşunları adlandıraraq, onların fəaliyyətini xeyli şişirtmişdi
(161,74).
Bundan
əlavə, P.D.Sisianov bu yürüşdə İrəvan ermənilərindən kömək
alacağına ümid edirdi. Bu hadisələrdə ermənilərin xəyanətkar fəaliyyəti
haqqında bir qədər ətraflı məlumat vermək yerinə düşərdi. Kartli-Kaxetiya
Rusiyaya
birləşdirildikdən sonra İrəvan erməniləri açıqdan-açığa özlərini
rusların tərəfdarları kimi göstərməyə başlamışdılar. Onların nümayəndələri
rus
komandanlığı ilə əlaqə yaradaraq İrəvanda baş verən siyasi hadisələrlə
onları məlumatlandırırdı. Mülkü müşavir Kovalenski çara göndərdiyi
məlumatda ermənilər haqqında yazırdı: «Xanın (Məhəmməd xanın-E.Q.)
yanındakı erməni məmurlarından biri, İrəvan ermənilərinin başçısı məlik
Avram
xanın və xalqın dərin hörmətini qazanmışdı. Şübhə yoxdur ki,
mənim onunla yazışmamdan sonra məlum oldu ki, nəinki o, həmçinin bütün
ermənilər Rusiyaya meyllidirlər» (156,118-124). Hətta P.D.Sisianov da çara
göndərdiyi məlumatda «yerli erməni tacirləri bizi ərzaqla təmin etməyi vəd
etdiklərini» yazırdı (100,610). Lakin rus qoşunlarının başçısı sonradan er-
mənilərə bel bağlamaqda yanıldığını başa düşmüşdü. O, İrəvanda rus
qo
şununlarının məğlubiyyətinin əsas səbəbini ermənilərin yalan məlu-
matlarında görürdü. Məsələn, 1805-ci il avqustun 15-də erməni yüzbaşı Qa-
brielin
Qarakilsədən baş komandana göndərdiyi məktubunda İrəvanda baş
verən hadisələr haqqında məlumat verərək yazırdı ki, Məhəmməd xan şah
tərəfindən hakimiyyətdən devrildikdən sonra xan təyin olunan Mehdiqulu
xanın ərzaq ehtiyatı yoxdur və qoşun onun sözünə baxmır. O, P.D.Sisianova
117
məsləhət görürdü ki, nə qədər ki, onlar ərzaq ehtiyatı toplamayıb, tezliklə
bura
qoşun göndərsin və İrəvanı işğal etsin. Daha sonra o, bildiridi ki, guya
naxçıvanlı Kəlbəli xan Rusiya himayəsini qəbul edəcəyinə söz verib
(140,626). P.D.Sisianov 1805-ci il avqustun 26-da
məlik Avrama və yüzbaşı
Qabrielə göndərdiyi məktubda erməniləri «yalançı», «vəfasız», «müftəxor»
və «xain» adlandıraraq yazırdı ki, «…iran qəlbli vəfasız ermənilər indi o
ümidlə gəlmisiniz ki, bizdən taxıl alasınız. …Gürcüstan müftəxorları yed-
izdirməyə borclu deyil. Siz İrəvanda qalan erməniləri müdafiə etməyi xahiş
edirsiniz.
Soruşuram xəyanətkarlar himayə edilməyə layiqdilərmi?. Qoy
onlar it kimi
gəbərsin, onlar buna layiqdirlər!. Mən keçən il məğlubedilməz
rus
qoşunu ilə İrəvan qalasını mühasirəyə alanda, bu ləyaqətsizlər Narınqal-
anı tutub mənə təhvil verə bilərdilər. Lakin bunu etmədilər. Sən yüzbaşı
hiyləgər Məhəmməd xanın birinci məsləhətçisisən, mənimlə onun arasında
yalanla
və xainliklə əlaqə saxlayırsan. Keçən ilki kimi sənin sözünə necə
inanım ki, rus qoşunu yaxınlaşan kimi İrəvan əhalisi təslim olacaq.
Fikirləşirsən ki, siz 300 nəfər qorxaq ailənizlə 3.000 şah qoşununa qarşı
çıxacaqsınız. Yaxud yalan dəlillərlə məni yeni İrəvan xanına və hiyləgər
Kəlbəli xana inanmağa məcbur eməklə, guya onlar sizinlə gizli danışığa
gələrək Rusiya himayəsini qəbul etməklə məni qoşunla oraya yürüş etməyə
məcbur edəsiniz. Lakin məndən bunu gözləməyin. İranlıların hiyləgəlliyi
mənə məlumdur və mən İrəvan qalasını nə vaxt işğal edəcəyimi yaxşı
bilirəm» (314,627-628). Bu sənəd bir daha ermənilərin necə xəyanətkar və
vəfasız olduqlarını sübut edir. Bundan əlavə, bu məktub bir daha sübut edir
ki,
ermənilər yalan məlumatlar verməklə rus qoşunlarını İrəvana cəlb etmək
istəyirdilər.
Gümrüdə bir neçə gün qaldıqdan sonra rus qoşunu iyunun 15-də
Eçmiədzin kilsəsinə doğru hərəkət etdi. P.D.Sisianov kilsəni ələ keçirərək
burada
yerləşməklə Məhəmməd xanla danışıqlar aparmaq istəyirdi.
Məhəmməd xan isə ruslardan kömək almaq ümidini itirməmişdi. O,
Gümrüdə olarkən P.D.Sisianova son dəfə olaraq kömək üçün müraciət etdi.
Lakin
baş komandan xana təhqiredici məktub göndərərək, ondan İrəvan qal-
asının açarlarını təhvil verilməsini tələb etmiş, əks halda Cavad xanın
aqibətinin onun da yaşayacağı ilə hədələmişdi (144,313-314). İrəvan xanı
isə yaxın adamları vasitəsilə rus qoşununun sayca az olduğunu bildikdən
sonra onlardan
kömək almaq ümidini itirdi (410,21).
Lakin
Eçmiədzin kilsəsi şah qoşunu tərəfindən tutulmuş, burada 400
nəfərlik dəstə yerləşdirilmişdi. Bundan xəbəri olmayan rus qoşunu iyunun
19-da
kilsənin 8 verstliyində olan zaman şahın qoşunu onları aldatmaq üçün
hiyləyə əl atır. Kilsə zəngləri aramsız çalınmağa başladı. Rus komandanlığı
Dostları ilə paylaş: |