112
etmişdi. Əks halda Fətəli şah İrəvan və Naxçıvan xanlarını əmanət verdi-
kləri oğlanlarını öldürməsilə hədələmişdi (138,611-612; 144,297-298).
Abbas
Mirzə Məhəmməd xanın könüllü təslim olmasına ümid edirdi.
O, 1804-cü il aprelin 22-
də Təbrizdən Bədir bəyin başçılığı altında 17 nəfər
və gürcü şahzadəsi Aleksandr Mirzənin 3 nəfərdən ibarət nümayəndə
heyətini İrəvana göndərdi. Elçilər şah hökumətinə tabe olmaq üçün xanı dilə
tutmağa başladı. Tərəflər arasında danışıqlardan məlum oldu ki, xan şaha
sədaqətini sübut etmək üçün ilk növbədə 100.000 samar buğda toplayaraq,
4.000
qoşunla Gəncəyə hərəkət etməli və orada Abbas Mirzənin və Ale-
ksandr
Mirzənin qoşunları ilə birləşməli idi. Bundan əlavə, Məhəmməd xan
şaha İrəvanın 12 nüfuzlu əyan ailəsini əmanət verməli idi. Lakin şah ha-
kimiyyətini özü üçün təhlükə hesab edən İrəvan xanı bu tələbləri yerinə
yetirməkdən boyun qaçırdı (139,612).
Şaha rədd cavabı verən Məhəmməd xan aqibətinin acınacaqlı
ola
cağını çox gözəl dərk edirdi. O, bu təhlükənin qarşısını almaq üçün
Rusiya
hökumətindən hərbi kömək almaq fikirinə düşdü. Bu niyyətlə o,
P.D.Sisianova
xəbər göndərərək ruslara xidmət etmək arzusunda olduğunu
bildirmiş, bunun əvəzində şah qoşununun qarşısını almaq üçün hərbi kömək
göstərilməsini xahiş etmişdi (76,185; 144,302). İrəvan xanının düşdüyü ağır
vəziyyətdən istifadə edən P.D.Sisianov 1804-cü il mayın 10-da Məhəmməd
xana
yazdığı məktubda bir neçə ağır tələb irəli sürmüşdü: birinci, xan hər
şeydən əvvəl, Danili katolikos taxt-tacına bərpa etməli, yalançı katolikos
Davıd isə ruslara təhvil verilməlidir; ikinci, İrəvan qalası rus qoşununa
təslim edilməlidir; üçüncü, xan Rusiya imperatorunu özünün hökmdarı
kimi
qəbul etməli və sədaqətli olacağına and içməlidir; dördüncü, xan ildə
80 min rubl
həcmində xərac verməli idi, xərac ildə iki müddətə, biri novruz
bayramına qədər, digəri isə iyul ayından sonra ödənilməli idi. Əvəzində baş
komandan,
xanın sədaqətli olacağı halda əvvəlki vəzifəsində qalacağına;
təhlükəsizliyi üçün öz vəzifəsinə imperator fərmanı ilə yenidən təsdiq
ediləcəyinə; xanın ailəsini (girovları-E.Q.) İrandan geri almaq üçün
hərtərəfli cəhd ediləcəyinə söz verirdi (254,613; 256,614). Məhəmməd xan
bu
tələbləri qəbul edəcəyi halda, P.D.Sisianovun əmr ilə general-mayor Le-
ontev
Pəmbəkdə yerləşən rus qoşununun başçısı mayor Montrezoru iki ba-
talyonla, Danili katolikos
taxtına oturtmaq haqqında çarın fərmanı ilə
İrəvana göndərməli idi. Bu tələblər yerinə yetirildikdən sonra həm
Məhəmməd xan, həm də onun qaynı naxçıvanlı Kəlbəli xan Rusiya təbəəli-
yini
qəbul edə bilərdi (256,614; 132,305-306). İki od arasında qalan
Məhəmməd xan rus komandanlığının bu tələblərini qəbul etməyərək
gözləmək qərarına gəldi.
113
İrəvana hücum üçün rus qoşunlarının Tiflisdə cəmləşdiyi və
Məhəmməd xanla danışıqlar aparıldığı vaxt şahın baş vəziri Mirzə
Məhəmməd Şəfi 1804-cü il mayın 23-də Yaqub bəy Gəraylını məktubla
P.D.Sisianovun
yanına göndərdi. Məktubda şah hökuməti baş komandan-
dan rus
qoşununun Tiflisə hansı məqsədlə gəlişini xəbər almış və Kartli-
Kaxetiyanın ona məxsus olmasını iddia edirdi. P.D.Sisianova məsləhət
görülürdü ki, rus
qoşunu oranı tərk etsin, əks təqdirdə onlar silahla oradan
qovulacaqdır (255,807-808). Lakin baş komandan elçini söyüşlə qarşılayar-
aq
şahın tələblərinə məhəl qoymadı. Əvəzində, baş vəzirə təhqiramiz
məktub yazaraq bildirdi ki, «mən sizi Kür çayı və Göyçə gölündə… süngü
və mərmi ilə qarşılamağa hazıram» (401,808-809; 402,809; 326,267;
144,298). P.D.Sisianovun
belə təhqiramiz cavabı 1804-cü il iyunun 10-da
iki
ölkə arasında diplomatik münasibətlərin kəsilməsinə səbəb oldu və
beləliklə, Qacar İran dövlət ilə Rusiya arasında uzunmüddətli müharibə
ba
şladı (21,21).
Birinci
İrəvan döyüşü
İki od arasında qalan İrəvan xanı müstəqilliyini qorumaq üçün hər iki
dövlət arasında manevr etməklə bərabər, İrəvan qalasını möhkəmləndirməyə
başladı. Məhəmməd xan ətraf kəndlərin əhalisini qalaya köçürdü. Köçürülən
hər bir şəxs özü ilə 2 litr barıt, 1 mer qurğuşun və lazımi miqdarda ərzaq
götürməli idi. Xan onlardan arxayın olmaq üçün ehtiyat tədbirlərə əl ataraq,
hər ailədən arvad və uşaqlardan ibarət girov götürmüşdü. O, elan etmişdi ki,
əgər kimsə düşmən tərəfinə keçsə girovlar asılacaqdır. Xanın səyi
nəticəsində qala qarnizonunun sayı 7000-ə çatdırıldı (326,267; 144,298).
Lakin
Məhəmməd xanın bütün bu tədbirlərinə baxmayaraq, xanlığın əhalisi
vahimə içərisində idi. Bu təhlükədən canlarını qurtarmaq üçün Azəri tü-
rklərindən və ermənilərdən ibarət iki min ailə Qarsa köçməyə başladı
(206,614-615; 76,185).
İrəvan xanlığını özünə tabe etmək üçün ilk öncə şah qoşunu hücuma
keçdi. Nasir
Nəcmi yazır ki, «bu vaxt Abbas Mirzəyə xəbər vermişdilər ki,
İrəvan valisi Məhəmməd xan xəyanət edərək, Sisianovun həmləsindən bir
neçə gün əvvəl rus qoşunlarını həmin şəhəri və başqa Qafqaz şəhərlərini
almağa qaldırmışdı» (47,29). Şahzadə Abbas Mirzənin komandanlığı altın-
da 20 minlik
şah qoşununun bir hissəsi İrəvan şəhərinə hücum edərək 1804-
cü il iyunun 1-
də qalanı mühasirəyə aldı. Digər hissəsi isə Mehdiqulu xanın
kom
andanlığı altında gürcü şahzadələri Aleksandrın, Teymurazın və sabiq
Axalsıx hakimi Şərif paşanın iştirakı ilə Kartli-Kaxetiyaya hərəkət etdi
(410,22; 144,311).
Dostları ilə paylaş: |