123
trezorun
dəstəsi məğlub oldu. Ruslardan 15 nəfər yaralanaraq əsir düşmüş,
mayor Montrezor
başda olmaqla 94 nəfər öldürülmüş, bir nəfər isə qaça
bilmişdi. Onlara qoşulmuş ermənilər isə təslim olmuşdular (304,153-154;
41,69). Mayor Montrezorun
dəstəsinin məhv olması ilə rus komandanlığının
Tiflisdən ərzaq gətirmək ümidi tamamilə boşa çıxdı.
Hər tərəfdən mühasirəyə alınmış və çıxılmaz vəziyyətdə qalan
P.D.Sisianov
xanlıqda özünə tərəfdarlar axtarmaq üçün cəhd göstərdi. O,
kürdlərin başçısi Hüseyn ağa ilə əlaqə yaradaraq onu öz tərəfinə çəkməyə
çalışdı. İyulun 24-də yazdığı məktubda şah qoşunu üzərində qələbə çalması
və guya İrəvan qalasının işğalının uzanmasını artıq qan tökmək
istəməməsilə əlaqələndirərək, Hüseyn ağaya öz dəstəsi ilə ona qoşulmağı
təklif edirdi. Lakin onun bu ümidi boşa çıxdı (260,617).
Bütün
cəhdləri boşa çıxan P.D.Sisianov yenidən Məhəmməd xanla
danışıqları bərpa etdi. Avqustun 25-də İrəvan xanı rus komandanlığından
yeni bir
məktub aldı. Məktub əvvəlkilərə nisbətən yumuşaq bir tərzdə
yazılmışdı. Məktubda P.D.Sisianov Məhəmməd xana xanlığın və özünün
təhlükəsizliyi üçün bir daha təslim olmasını təklif edirdi (262,617). Vəziy-
yətinin çətin olmasına baxmayaraq, rus komandanlığı sentyabrın 1-də
Məhəmməd xan və Kəlbəli xan başda olmaqla bütün irəvanlılara yazılmış
məktubda isə konkret tələblər irəli sürmüşdü. Tələblər bunlardır: 1) İrəvan
qalasında rus qoşunu yerləşdirilməli və iki alaya azuqə verilməli; 2) böyük
imperatorun
təbəəliyinə keçmək üçün and içməli və sədaqətli olmalı; 3) Hər
il 100.000 rubl
həcmində vergi verməli; 4) Qarşılıqlı olaraq hər iki xan öz
xanlığında əvvəlki vəzifə və hüquqlarında qalacaq, ölüm hökümü ləğv
edilərək, əvəzində qanunla cəza tətbiq ediləcək; 5) Bütün dinlər azad olacaq
və heç kim sıxışdırılmayacaq; 6) Axund və bütün din xadimləri, şəhər və
kənd camaatı mülklərində əvvəlki hüquq və imtiyazında qalacaq; 7)
Əsirlərin qaytarılmasında rus komandanlığı vasitəçi olacaq, bunun ardınca
hər iki xan öz ailələrini Fətəli şahdan azad edə bilərdilər. Onların özü
qalaya daxil olan rus
qoşunları tərəfindən müdafiə olunacaqlar (260,617-
618).
Məhəmməd xanın P.D.Sisianova yazdığı cavab məktubları xüsusilə
maraq
doğurur. Məktublar diplomatik tərzdə yazılmışdı. Onların
məzmunundan görünür ki, Məhəmməd xan ağıllı siyasət yürüdərək hər iki
tərəf arasında olan düşmən münasibətlərdən yararlanmaqla, vəziyytdən isti-
fadə etməyə çalışmışdı. O, İrəvan döyüşündə şah qoşunları ilə birlikdə rus
qoşununa qarşı çıxsa da, P.D.Sisianova yazdığı məktublarda məcburiyyət
qarşısında qaldığını bildirirdi.
Məktublardan görünür ki, İrəvan xanı şah
hökumətinə inanmamış və ondan ehtiyat etmişdi.
Məsələn, məktubların