124
birində xan yazırdı ki, «… İran dövlətinin tərəfini saxlamaq niyyətində
deyiləm. Əlahəzrət sədaqətlə xaihiş edirəm ki, mənə vaxt verin və səbr edin.
Baba xan (
Fətəli şah-E.Q.) buradan getdikdən sonra nə əmr etsəniz yerinə
yetirməkdən imtina etmərəm…» (262,617). Başqa məktubda isə öz
mövqeyini
belə şərh edirdi: «…7 ildir ki, mən özümü onun (Fətəli şahın-
E.Q.)
tələsindən qoruyuram, özümü təhlükəyə düçar etmədən, öz
xanlığımda yaşayıram və ona tabe olmuram. Əlahəzrətə məlumdur ki, mən
necə ona hərbi yolla müqavimət göstərirəm və mənim qalama hücumunu
dəf edirəm. Nəhayət, əlahəzrət qoşunla bura gəlib. Bizim xalq inamına görə
müxtəlif dinə qulluq edir və bu onları narahat edib. Baxmayaraq ki, mən
bilirəm sizdə bütün dinlər yol veriləndir və buna qarşı çıxmaq istəmirsiniz.
Lakin bizim
xalqı inandırmaq çətindir. Baba xanın vəziri Mirzə Şəfi burada
şəhərdə olmuş, əhalini hiyləgərliklə öz tərəfinə çəkmişdi. Mənim qardaşım
Cəfərqulu xan onun haqqında bilir ki, necə hiyləgər adamdır. Məndən başqa
hamı sizdən üz döndərib. Mən və mənim varislərim ali Rusiya dövlətinə
sədaqətlə qulluq etmək niyyətindəyik… Baba xan Pirqulu xanı gözləyərək
10
gündən sonra buradan gedəcək. Öz istehkamınızda xüsusilə ehtiyatlı
olun. Baba xan iki
dəfə hücuma cəhd etdikdən sonra gedəcəkdir. O, indi
mənə navaziş göstərməyə cəhd edir, həmçinin şahzadə üç dəfə məktub
yazıb və digər əyanlar andla məni inandırmağa çalışırlar. Lakin onlar məni
inandırmağa çalışsalar da inanmıram və Rusiya dövlətinə xəyanət etmərəm.
Əlahəzrət xahiş edirəm bilin ki, şah qoşunu qalaya daxil ola bilməz
(265,617-620).
Sentyabrın 2-də P.Sisianov Məhəmməd xana yeni bir
məktub yazaraq onun səmimiyyətinə şübhə etdiyini bildirmiş və qeyd
et
mişdi ki, «mən geri çəkildikdən sonra siz Baba xana təsltm ediləcəksiniz»
(266,619).
Məhəmməd xanın sentyabrın 4-də yazdığı məktubda diplomatik
bir
tərzdə ailəsinin şah sarayında girov olduğundan rus komandanlığının
şərtlərini qəbul edə bilməyəcəyini, hətta ruslara sədaqətli olduğunu, şah geri
çəkildikdən sonra rus komandanlığının şərtlərini yerinə yetirəcəyini qeyd
edərək, şah qoşununun hücuma hazırlaşdığını və bunun üçün rus qoşununun
ehtiyatlı olmasını bir daha tapşırmışdı (267,619).
Məhəmməd xanı öz tərəfinə çəkə bilməyən və əlacsız qalan
P.D.Sisianov
yaranmış vəziyyətdən çıxış yolu tapmaq üçün hərbi şura
çağırmağa məcbur oldu. 1804-cü il avqustun 31-də yeddi nəfərdən ibarət
hərbi şura çağrıldı. Burada iki məsələ- hücumu davam etdirmək, yaxud geri
çəkilmək məsələsi müzakirə edilir. Səsvermə nəticəsində iki nəfər döyüşü
davam
etdirməyi, beş nəfər isə geri çəkilməyi qərara almışdı. Beləliklə, çox-
luğun qərarı ilə geri çəkilmək əmri verildi (207,619; 326,254-256; 305,155;
144,343-344).
125
Sentyabrın 4-də İrəvan qalasının mühasirəsi götürüldü. Rus qoşunu
ayın 5-də Eçmiədzinə, səhəri günü isə şah qoşunlarının təqibi altında Aba-
ran düzünü
keçərək, sentyabrın 14-də Qarakilsə kəndinə gəlib çatdı. Rus
qoşunları burada iki gün dincəldikdən sonra şimal istiqamətində hərəkət
edərək, oktyabrın 4-də Tiflisə daxil oldu (66,281). İrəvan müharibəsi rus
qoşununa baha başa gəlmişdi. Döyüş nəticəsində ruslardan 2500-ə qədər
ö
ldürülmüş və əsir düşmüşdü (408,815-816).
Rus
qoşunu İrəvan xanlığını tərk etdikdən sonra Abbas Mirzə İrəvan
qalasına gəldi. O, İrəvan qalasını ziyarət etdikdən sonra, Məhəmməd xanı
və onun yaxın adamlarını düşərgə saldığı Söyüdlü kəndində, səhərisi günü
təşkil ediləcək ziyafətə dəvət etdi. Məhəmməd xan bir qədər tərəddüd etdik-
dən sonra ziyafətdə iştirak etmək qərarına gəldi. Ziyafətdə iştirak edən şah
onu
yenidən İrəvana xan təyin edir (410,91).
Məclis başa çatdıqdan sonra Fətəli şah Eçmiədzin kilsəsinə ziyarət
etdi. Katolikos
Davıd onu təmtəraqla qarşılamış və rəqibi Danili şaha təslim
etmişdi. Danil Təbriz şəhərinə göndərilmiş və burada bir müddət əsirlikdə
qalmışdı (268,613; 410,92).
İrəvan müharibəsində erməni əhalisi rus qoşununa daima köməklik
göstərmişdi. Ona görə də ermənilər hər addambaşı şahın adamları tərəfindən
təhqir və söyüşlərlə qarşılanırdı. Onlar ermənilərin var-yoxunu qarət
edirdilər. Hətta Y.Xubovun imarəti və bağı talana məruz qalmışdı. Lakin
Məhəmməd xan talanın dərinə getməsindən ehtiyat edərək onun qarşısını
ala
bilmişdi (410,92).
Şuragölün Rusiyaya birləşdirilməsi
İrəvan müharibəsində məğlub olmasına baxmayaraq, rus qoşunlarının
baş komandanlığı xanlığı işğal etmək fikrindən əl çəkmədi. Rusiya Pəmbək
sultanlığının Qarakilsə, Dərbas, Hamamlı, Xəzərabad kəndlərində hərbi
istehkamlar
inşa etməyə başladı. P.D.Sisianov İrəvan xanlığında baş verən
siyasi
hadisələri diqqətlə izləyərək, buraya yenidən müdaxilə etmək üçün
əlverişli imkan gözləməyə başladı. İlk əvvəl Şuragöl sultanlığı Rusiyanın
tabeliyinə keçir. Bu sultanlıq strateji mövqeyinə görə rus komandanlığına
cox
lazım idi. İran və Osmanlı Türkiyəsi ilə müharibə dövründə Şuragöl
bufer zona kimi
əlverişli əhəmiyyətə malik idi. Digər tərəfdən, Şuragölün
varlı kənd təsərrüfatı rus qoşunlarını ərzaqla təmin edə bilərdi (155,114).
İrəvana hücum ərəfəsində P.D.Sisianov Şuragöl sultanlıqının hakimi
Budaq Sultana Rusiya
dövlətinin himayəsi altına keçməyə təklif etmişdi.
Lakin Budaq Sultan onun bu
təklifinə məhəl qoymayaraq İrəvan xanı ilə
əlaqə saxlayırdı və onun göstərişinə əsasən tez-tez Kartli-Kaxetiya
ərazilərinə hücumlar təşkil edirdi. Tezliklə, Məhəmməd xanla onun arasında
Dostları ilə paylaş: |