126
narazılıq yarandı. Müdaxilə nəticəsində dağıdılmış təsərrüfatı yenidən bərpa
etmək üçün İrəvan xanı sultandan ağır vergi tələb etmişdi. O, Budaq Sultanı
İrəvan qalasında həbs edərək ondan 30.000 rubl (3.000 tümən-E.Q.) tələb
etmiş, əks təqdirdə şuragöllüləri İrəvana köçürəcəyi ilə hədələmişdi. İrəvan
xanının sərt rəftarı şuragöllülərin narazılıqına səbəb oldu. Bu narazılığın
qarşısını almaq üçün Məhəmməd xan Nağı bəyin başçılığı ilə bir dəstə
irəvanlını Şuragölə göndərdi. Müqavimət göstərmək iqtidarında olmayan
şuragöllülər Pəmbəkdə yerləşən rus qoşunlarının başçısı general Nesveta-
yevdən kömək istədi. Generala müraciət edən Budaq Sultanın oğlu Qara
Məhəmməd ondan Şuragölü himayəyə götürməyi xahiş edərək, rus
qoşununu ərzaqla və atlarını yemlə təmin etməyə söz vermişdi. Bunun üçün
şuragöllülər tərəfindən 800 samar miqdarında buğda tədarük edilmişdi
(102,573).
Belə imkanı əldən buraxmaq istəməyən P.D.Sisianov general Nesvet-
ayevə Şuragölü işğal etmək üçün göstəriş verdi. 1805-ci il martın 27-də
general-mayor Nesvetayev 250
nəfərdən ibarət dəstə ilə Şuragölə doğru
hərəkət etdi. Nağı bəy dəstəsilə geri çəkilməyə məcbur oldu. Martın 30-da
sultanlığın mərkəzi müqavimətsiz rus qoşununa təslim oldu. İrəvanda
həbsdə olan Budaq Sultanın əvəzinə hakim seçilən böyük oğlu Hamo bəyin
başçılığı ilə şuragöllülər 1805-ci il martın 31-də Rusiya dövlətinin hi-
mayəsinə keçmək üçün müqavilə bağladı. Hətta Şuragölün bəy və ağaları,
kənd ağsaqqalları Rusiyaya sədaqətli olacaqları barədə and da içdilər.
Müqavilə bağlandıqdan sonra mayor Noldenin başçılığı ilə 6-cı saratov
muşketyor alayı orada yerləşdirildi (102,572-574). Şuragölün birləşdirilməsi
Pəmbəkdən sonra İrəvan xanlıqının torpaqlarının Rusiya tərəfindən işğalının
ikinci
mərhələsi oldu.
Şuragölün itrilməsilə heç cür barışmaq istəməyən Məhəmməd xan
Qasım bəyin və Məhəmmədəli bəyin başçılığı ilə üç minlik qoşunu oraya
göndərdi. Böyük Talın kəndində mövqe tutan İrəvan qoşunu oradan Şura-
gölün
mərkəzinə hücum etmək niyyətində idi. Bu xəbəri eşidən general
mayor Nesvetayev
yüzbaşı Aqiyevin başçılığı ilə bir alay kazak dəstəsini
300
nəfər borçalı azərbaycanlılarının köməyi ilə Böyük Talın kəndinə
göndərdi. Döyüş nəticəsində Böyük Talın və onun ətraf kəndləri rus qoşunu
tərəfindən ələ keçirilərək yandırıldı. Məğlub olan İrəvan qoşunu isə
Eçmiədzin istiqamətində geri çəkilməyə məcbur oldu. Onları təqib edən rus
qoşunu xeyli əsir götürdü və daha irəli gedərək İrəvan qalasının 18 verstli-
yində dayandı. Lakin irəvanlıların böyük bir dəstə toplayaraq əks hücuma
keçmək niyyətində olduğunu eşidən general mayor Nesvetayev rus qoşunu-
127
na geri
qayıtmaq əmri verdi (102,573-574). Beləliklə, Şuragöl sultanlığı
Ru
siyanın hakimiyyəti altında qaldı.
Tezliklə, Budaq Sultan əsirlikdən geri qayıtdı. İlk əvvəl rus koman-
danlığı onun sədaqətinə şübhə ilə yanaşaraq, hərəkətlərini nəzarətə götürdü.
Hətta P.D.Sisianov general mayor Nesvetayevə məktub yazaraq Budaq Sul-
tanın oğlu Xəlil bəyi girov götürməyi tələb etmişdi (311,576). Ona etibar
edilmədiyini görən Budaq Sultan P.D.Sisianovun qəbuluna gedərək
sədaqətini bildirmişdi. Belə olduqda baş komandan onun Şuragöldə qal-
masına icazə vermiş və oğlunu isə ildə 600 rubl məvaciblə Tiflisdə girov
saxlamışdı (311,576).
İrəvan xanlığında hakimiyyət dəyişikliyi
Məhəmməd xan rus qoşununa etibar etmədiyi kimi, şah hökumətinə
də inanmırdı. O, xanlığın müstəqilliyini saxlamaq üçün hər iki dövlət
aras
ında manevr etmək məcburiyyətində qalaraq, onlar arasında baş verən
mübarizədən yararlanmaqa çalışırdı. Lakin şah hökuməti Rusiyaya qarşı
mübarizədə İrəvan xanlığının əhəmiyyətini başa düşərək müxtəlif vasitələrlə
burada
məhkəmlənmək istəyirdi. İrəvan xanının müstəqil və ikibaşlı siyasəti
şahı qane etmirdi. Məhz bu səbəbdən şah İrəvanda hakimiyyət dəyişikliyi
etmək üçün fürsət axtarırdı. Bunu başa düşən Məhəmməd xan
P.D.Sisianovla
əlaqə yaratmışdı. O, Tiflisə elçi göndərərək rus koman-
danlığından İrəvan qalasını tutmağı təklif etmişdi. Məhəmməd xan
məktubunda rus qoşununa müqavimət göstərdiyinə görə üzr istəyərək,
sədaqət rəmzi olaraq girov verməyə hazır olduğunu bildirmişdi (30,105).
Lakin
xanın bu planı baş tutmadı.
1805-ci
ildə Qarabağ, Gəncə istiqamətində məğlubiyyətə uğrayan
şahzadə Abbas Mirzə qoşunları ilə İrəvana geri çəkildi. O, İrəvana daxil
olarkən 15.000 qoşuna malik idi. Qoşunda çoxlu ölən və 400-ə yaxın yaralı
var idi. Eyni zamanda
şahzadə özü ilə xeyli Gəncə qaçqınlarını gətirmişdi.
Lakin o, sonradan
qaçqınları geri qaytarmışdı (140,626).
İrəvanda mövqe tutan Abbas Mirzə vəziyyətdən istifadə edərək
Məhəmməd xanı həbs etdi. Şahzadə Məhəmməd xanı hiylə nəticəsində ələ
keçirmişdi. İrəvan xanının aldadılaraq həbs edilməsini Y.Xubov əsərində
belə təsvir etmişdi: «Şahzadə (Abbas Mirzə-E.Q.) Yelizavetopoldan (Gəncə
xanlığından-E.T.) İrəvana qayıdır, Məhəmməd xan tərəfindən böyük təntənə
ilə qarşılanır…. Şahın oğlu İrəvan qalasına baxış keçirən zaman burada
hərbi hazırlığı və qalanın möhkəmliyini görərək qorxdu. Lakin o, qorxu
hissini giz
lədir. Xan hər vasitəilə onu əzizləyən və alqışlayan şahzadənin
məkirli niyyətini başa düşmədi. Üç gündən sonra şahzadə buranı tərk
edərkən xan və yaxın adamları onu İrəvandan 15 verst aralı, Gərnibasar ma-
Dostları ilə paylaş: |