132
Qudoviç Qacar
dövlətilə sülh şərtlərini Abbas Mirzənin, vəzir Mirzə Şəfinin
və şahzadənin vəziri Mirzə Bözyurqun adına yazılmış məktublarda
açıqlayırdi. Məktubların məzmunu demək olar ki, eyni idi. Baş komandan
hər üç məktubda guya şah qoşunlarının və Dağıstan hakimlərinin Kartli-
Kaxetiyanı talan etdiyini, rus tacirlərinin bundan əziyyət çəkərək ziyana
düşdüklərini bəhanə gətirərək, şah hökumətinə Rusiya ilə Qacar İran dö-
vlətləri arasında sərhəddin Naxçıvan və İrəvan xanlıqları daxil olmaqla Kür
və Araz çaylarından keçməsi şərtilə sülh bağlanmasını təklif edirdi
(283,456-457). Lakin
şah sarayı Rusiya dövlətinin bu ağır şərtlərini əsassız
olduğunu, Cənubi Qafqazın onlara məxsusluğunu iddiya edərək hər iki dö-
vlət arasında sərhəddin məlum olduğunu və Şimali Qafqazda Mozdok əra-
zisindən keçdiyini bildirmişdi. (284,261; 285,463).
Şərqdə Rusiyaya qarşı özünə müttəfiq axtaran Napoleon Fransası bu
danışıqlara mane oldu. Bu dövrdə şahı öz tərəfinə çəkmək üçün Fransa ilə
İngiltərə dövlətləri arasında rəqabət gedirdi. Fransız diplomatları müxtəlif
vədlərlə Fransa hökuməti ilə Qacar İranı arasında müqavilə bağlamağa nail
oldular.
Müqavilə 1807-ci il mayın 4-də bağlandı. Napoleon Fransası rus
qo
şununa qarşı mübarizədə şaha kömək etməyi öhdəsinə götürürdü.
Müqavilə bağlandıqdan sonra general Qardanın başçılığı ilə bir dəstə
mühəndis Tehrana gəldi (163,131-132). Şah rus qoşununa qarşı mübarizədə
İrəvan xanlığının strateji əhəmiyyətini başa düşərək qalanı
möhkəmləndirmək üçün bu mühəndislərin bir hissəsini oraya göndərdi
(106,254).
Tezliklə, çarın əmrinə əsasən, qraf Qudoviç Türkiyənin şərq
sərhədlərinə qoşun yeritdi. Lakin rus qoşunu 1807-ci il may ayının
əvvəllərində Axalsıx qalasında biabırçı məğlubiyyətə uğrayaraq Tiflisə
qay
ıdır (326,40,73-74; 38,54-55; 32,181-182). Lakin hərbi əməliyyatlar da-
vam edirdi. Bu
dəfə onlar arasında döyüş İrəvan xanlığı ərazisində baş ver-
di.
Belə ki, sultan Ərzurum hakimi Yusif paşanı baş komandan təyin edərək
rus
qoşunlarına qarşı müharibə aparmaq göstərişini verdi. Yeni baş koman-
dan 2 minlik
qoşunla Qarsa gəldi. Öz qüvvəsinə arxayın olmayan osmanlı
paşaları kənardan müttəfiq axtarmağa başladı. Qars hakimi Osman paşa Ab-
bas
Mirzəyə və İrəvan sərdarı Hüseynqulu xana məktub yazaraq birlikdə rus
qoşununa qarşı çıxmağı təklif etdi. Hüseynqulu xan onun təklifinə müsbət
cavab
verərək, Nağı bəyin başçılığı ilə 200 nəfərlik İrəvan qoşununu Qarsa
göndərdi. Abbas Mirzə də bu xəbəri eşidərək oraya tələsdi (362,232). Qraf
Qudoviç ha
zırlıq görərək Gümrüyə doğru hərəkət edir. 1807-ci il iyunun 18-
də Gümrüdə Arpa çayı sahilində yerləşən Kiçik Qarakilsə kəndində rus
qo
şunu ilə osmanlı qoşunu üz-üzə gəldi. Döyüş rus qoşununun qələbəsi ilə
133
başa çatdı. Ruslar osmanlı düşərgəsindən 10 top və 2 mortir (qısalüləli top-
E.Q.) daxil olmaqla çoxlu
qənimət ələ keçirdi. Bu döyüşdə rus qoşunundan
82
nəfər ölən və yaralanan olmuşdu (326,440-441; 41,74; 38,54-55;
32,182).
İkinci İrəvan döyüşü
Osmanlı qoşununun məğlubiyyəti Rusiyanın Cənubi Qafqazdakı
fəaliyyətini daha da genişləndirdi. Rus qoşununun hədəfə aldığı xanlıqlar-
dan biri
də İrəvan xanlığı idi. Qacar İranı ilə müvəffəqiyyətsiz danışıqlara
baxmayaraq, rus
qoşunlarının baş komandanlığı İrəvan xanlığına hücum
etmək üçün 1808-ci ilin bütün qışını hərbi hazırlıq görməyə başladı. Lakin
yazda
nəzərdə tutulmuş yürüş müəyyən səbəblərə görə bir qədər gecikdi.
Nəhayət, 1808-ci ilin sentyabrın əvvəllərində rus qoşunu İrəvan sərhəddinə
doğru hərəkət edərək Pəmbəkdə düşərgə saldı. Bu xəbər yerli əhalini bərk
təşvişə salmışdı. Qorxuya düşən irəvanlılar kəndlərini başlı-başına burax-
araq qalalara,
əlçatmaz dağlara və Araz çayının cənubuna çəkildilər
(276,40). S.A.Portnyaginin 1808-ci ilin
martında İ.V.Qudoviçə göndərdiyi
məktubda rus qoşunlarının hücumu ərəfəsində xanlıqda baş verən hadisələri
daha
ətraflı təsvir etmişdi. O, əhalinin qala və dağlarda gizləndiyini qeyd
edərək açıq yazırdı ki, sərhəddə yaşayan əhali İrəvan qalasına, Zəngibasar
əhalisi Qaraqala qalasına, Gərnibasar əhəlisi isə isə İmamverdi qalasına
sığınmışdı (326,453-454). Öz növbəsində İrəvan hakimi Hüseynqulu xan
müəyyən müdafiyə tədbiri görə bilmişdi. O, İrəvanda hakimiyyətə gələn
kimi,
qalanın müdafiəsini gücləndirərək, Zəngi çayından başlayan qala
ətrafında olan xəndəyi daha da dərinləşdirmiş və qalanın qarnizonunu əlavə
qoşunla artırmışdı (361,232; 326,456). Fransız mühəndisləri buraya gəldik-
dən sonra İrəvan qalası Avropa qaydasıilə möhkəmləndirilmişdi. Bunun
şahidi olan qraf Qudoviç yazırdı: «İrəvan qalası Avropa hərbi qaydaları üzrə
möhkəmləndirilmiş, iki divarı, xəndəyi və torpaqdan düzəldilmiş səddi
vardı. Təpənin üstünə əvvəllər burada yerli hərbiçilər tərəfindən tətbiq
edilməyən kirteçlə işləyən toplar qoyulmuşdu. İrəvanlılar fuqas bombaların-
dan
istifadə edirdilər ki, bu da fransız mühəndislərinin fəaliyyətinin
bəhrəsidir» (106,254). İrəvan
qalasının
hərbi
cəhətdən
möhkəmləndirilməsində fransız mühəndislərindən başqa rus qoşunundan
qaçmış podpolkovnik Koçnev də fəal iştirak etmişdi (326,463). Bundan
əlavə, Hüseynqulu xan öz əmlakının təhlükəsizliyinin də qayğısına qal-
mışdı. Xan mülkiyyətinin böyük və qiymətli hissəsini Xoya göndərmiş, az
bir
hissəsini arvadı ilə birlikdə İrəvanda saxlamışdı (326,462-463). Bu vaxt
şah qoşununun bir hissəsi İrəvan yaxınlığında Şorlu kəndində düşərgə
salmışdı. Xanın əmri ilə rus qoşununun hərəkətini izləmək üçün 600 nəfər-
Dostları ilə paylaş: |