134
lik
İrəvan süvari dəstəsi Abaran düzündə, 15 nəfərdən ibarət süvari dəstə isə
Sudakənd kəndində keşik çəkirdi. Əli silah tutan yerli əhali orduya cəlb olu-
nurdu. Hüseynqulu xan
kəndlərə adamlar göndərərək silahlı qüvvə top-
lamağa başlamışdı. Onun 6000 silahlı süvari dəstəsi vardı. Xan maldarlıqla
məşğul olan kürdləri də öz tərəfinə çəkməyə cəhd göstərdi. Lakin onların
rəisi Hüseyn ağa əvvəl razılıq versə də, sonradan gözləmək mövqeyində
qaldı. O, qalib gələn tərəfə qoşulmaq niyyətində idi (326,453-454). Hətta
Abbas
Mirzə 4000 süvari dəstə ilə Xoydan Naxçıvana gələrək burada
duşərgə salmışdı. Hüseynqulu xan şahzadə ilə əlaqə yaradaraq rus
qoşununun Pəmbəyə gəlməsi haqqında onu məlumatlandırmışdı (326,453-
454).
Qraf Qudoviç
Pəmbək və Şuragöldə lazımi qədər qüvvə saxlayaraq
sentyabrın 25-də 6 minlik qoşun və 12 top ilə İrəvan qalasına doğru hərəkət
etdi (304,412).
Başqa bir məlumata görə, rus qoşunu 240 zabit heyətindən
və 7506 sıravi əsgərdən ibarət olmuşdu (150,20). Rus komandanlığı şah
qo
şunun diqqətini İrəvandan yayındırmaq üçün Naxçıvana da hücum planı
hazırlamışdı. Bu planı Qarabağda Tərtər çayı sahilində dayanmış general
Nebolsin icra
etməli idi. Onun sərəncamında 78 zabit və 3062 əsgər vardı.
Bu
qoşuna Şəki hakimi Cəfərqulu xanın dəstəsi də qoşulmuşdu (276,240).
Sentyabrın 26-da rus qoşunu dağıdılmış Abaran kəndinə gəlib çatdı.
Onların hərəkətini izləyən 500 nəfərlik İrəvan dəstəsi əkin sahələrini və bir
neçə kəndi yandıraraq döyüşsüz geri çəkildi. Düşmən qüvvələrinin
yax
ınlaşdığını eşidən Hüseynqulu xan 5000 qoşunla onları sərhəddə
qarşılamağı qərara aldı. Sentyabrın 29-da Əştərək (Qarababa-E.Q.)
kəndində irəvanlılarla rus qoşununun ön dəstəsi arasında döyüş baş verdi.
Döyüşdə Hüseynqulu xan məğlub olaraq qoşunu ilə geri çəkildi. Səhəri
günü rus qo
şunu Eçmiədzinə döğru hərəkət edərək müqavimətsiz onu ələ
keçirdi. Rus
qoşununa rəğbət bəsləyən ermənilər onları təntənə ilə qarşıladı
(105,243).
Rus
qoşuni ilə ilk döyüşdə məğlub olan Hüseynqulu xan İrəvan qal-
as
ına çəkilmişdi. Lakin o, burada çox ləngimədi. Rus qoşunu gələnə qədər
qardaşı Həsən xanı iki minlik İrəvan qoşunu və şahzadə tərəfindən burada
saxlanmış bir dəstə şah qoşunu ilə qalada saxlayaraq, qalan qoşunla Gərni
çayını keçərək Vedi dərəsinə çəkildi (105,244).
İki gün Eçmiədzində dincəldikdən sonra qraf Qudoviç yüksək rütbəli
zabitləri, artilleriya hissələrini və ağır ərzaq arabalarını bir dəstə qarnizonla
burada saxlayaraq,
İrəvan qalasına doğru hərəkət etdi. Oktyabrın 3-də rus
qoşunu Zəngi çayını keçərək İrəvan qalasını mühasirəyə aldı (307,244). İlk
növbədə qraf Qudoviç qalanı döyüşsüz təslim etmək üçün komendant Həsən
135
xana
və sakinlərə hədə-qorxulu məktublar göndərməyə başladı. O, ok-
ty
abrın 4-də qala sakinlərinə bəyannamə göndərdi. Rus qoşunlarının baş
ko
mandanı bəyannamədə irəvanlıları müqavimətsiz təslim olmağa çağırar-
aq,
özlərinin və əmlaklarının toxunulmazlığına söz verirdi. Müqavimət
göstərəcəkləri halda isə onlara aman verilməyəcəyi ilə hədələyirdi. Qraf
Qudoviç
lovğalanaraq yazırdı: «İrəvan əhalisi! Siz İrəvan qalasının əvvəlki
müvəffəqiyyətsiz mühasirəsindən ibrət götürməyin. Onda vəziyyət başqa
idi, indi
tamamilə başqadır. Onda qoşuna hərbi sahədə təcrübəsi olmayan
gənc generallardan knyaz Sisianov başçılıq edirdi. İndi xoşbəxtəm ki, 30
ildən çox güclü rus qoşununu idarə edən mən, böyük imperatorun
məğlubedilməz qoşununa burada komandanlıq edirəm. Bundan əlavə,
əvvəlki İrəvan mühasirəsində müqayisəsiz çox az qoşun vardı, indi isə
mənim o qədər qoşunum var ki, nəinki qalanı məhv edərəm, həm də bütün
İrandan keçərəm» (327,237-238). Belə bir məktub oktyabrın 17-də qalanın
komendantı Həsən xana da göndərilmişdi. Məktub həm hədələyici, həm də
şirnikləndirici xarakter daşıyırdı. Qraf Qudoviç məktubda qala müda-
fiəçilərinin çıxılmaz vəziyyətdə olduğunu, rus qoşununun Hüseynqulu xanı
məğlub etdiyini, onlara kömək gəlməyəcəyini bildirərək Həsən xandan qal-
anı təslim etməsini tələb edirdi. O, qalanın könüllü təslim olacaqı təqdirdə
qarnizonun
maneəsiz Arazın o tayına geri çəkilməsinə icazə verəcəyinə,
əhalinin əmlak və mülkiyyətinə toxunulmayacağına söz verirdi və eyni za-
manda
xanı inandırmağa çalışırdı ki, guya qaçıb gizlənmiş bütün İrəvan
əhalisi Rusiya imperiyasının təbəəliyinə keçmək istəyir. Daha sonra o, xanı
şirnikləndirmək üçün yazırdı: «…Lakin siz hörmətli komendant, əgər qala
qarnizonu
ilə birlikdə İrana çəkilmək arzusunda olsanız sizə sərbəstlik veri-
ləcək. Əgər qalmaq istəsəniz mən böyük imperatorun adından sizi hörmətlə
bütün hüquq
və əmlakı ilə İrəvan qalası və şəhərindən başqa bütün xanlığın
hakimi
təyin olunacağınıza söz verirəm» (276,240).
Lakin
Həsən xanın noyabrın 21-də Qudoviçə göndərdiyi məktubunda
onun
yazdıqlarının yalan olduğunu bildirərək istehzalı tərzdə bildirirdi:
«
Tələb edirsiniz ki, İrəvan qalasını könüllü təslim etsəm, əvəzində İrəvan
xanlığını mənə verəcəksiniz. Əgər bu cür əməl yaxşıdırsa onda siz böyük
İran hökmdarına qulluq etməyə razı olsanız əvəzində İrəvan, Təbriz və
başqa çox şey alarsınız. … Siz yazırsınız ki, işi əhalinin qırılmasına gətirib
catdırmayım. Bütün aləmə məlumdur ki, bunun səbəbkarı siz olacaqsınız…
Sonra
yazırsınız, bütün İrəvan əhalisi və Hüseyn ağa başda olmaqla kürdlər
sizin
yanınıza gəlib, çox yaxşı və çox əcəb. Onda bütün İrəvan əhalisi sizə
təslim olmaqa razıdır. Əhalini idarə etmək üçün ona sahib olmaq lazımdır.
Sonra
yazırsınız ki, çoxlu qoşununuz var, kim hökmranlıq bacarırsa onun
Dostları ilə paylaş: |