207
ilə bağlı məsələlərin həllində də xüsusi əhəmiyyət kəsb edir.
Əməyin normalaşdırıldığı müasir şəraitdə onun intensivliyinin
qiymətləndirilməsi aşağıdakı istiqamətlərin həyata keçirilməsini
zəruriləşdirir:
- konkret istehsal şəraitində əməyin intensivliyinin faktiki
və ictimai zəruri
göstəricilərinin müqayisəsi ;
- mövcud əmək intensivliyi şəraiti üçün optimal xarakter
daşıyan əmək məsrəfləri normalarının
müəyyənləşdirilməsi;
- əmək şəraiti və onun təşkili xüsusiyyətləri nəzərə alın-
maqla müxtəlif işçi qruplarının əməyinin intensivlik dərəcəsinin
müqayisəsi;
- istehsalın həcmindən, əmək məhsuldarlığından və digər
iqtisadi göstəricilərin səviyyəsindən asılı olaraq, əməyin
intensivlik dinamikasının və səviyyəsinin müəyyənləşdirilməsi.
Təsərrüfat subyektində çalışan işçilərin əməyinin intensivlik
səviyyəsinə təsir edən ən mühüm amillərdən biri kimi əmək şə-
raiti göstəricisi öz zəruriliyi ilə çıxış edir. Əmək şəraitinin opti-
mal xarakter daşıması üçün əməl edilməsi lazım olan şərtlərə
əsasən texniki-istehsal, təşkilati, texnoloji, sosial-iqtisadi, tibbi-
bioloji, sanitar - gigiyenik, psixo - fizioloji, dento-nomik, estetik
və digərlərini şamil etmək olar. Bütün bunlar eyni zamanda
əmək şəraitinin yaxşılaşdırılmasında önəmli rol oynamaqla ya-
naşı, həm də maksimal əmək məhsuldarlığına nail olunmasında
yüksək təsir imkanlarına malikdir.
İş-fəaliyyət prosesinə təsir edən yuxarıdakı amillər nəzərə
alınmaqla, bütövlükdə istehsal prosesinin optimallaşdırılmasını
təmin etmək mümkündür, bu da nəticə etibarı ilə maksimum
əmək məhsuldarlığına nail olunmasının başlıca meyarı
kimi özü-
nü göstərir. Əmək şəraitinin optimallaşdırılması vəzifəsi prakti-
kada istehsal amillərinin faktiki əhəmiyyətini müəyyənləş-
dirməyə imkan verməklə, əslində normativ göstəricilər üzrə mü-
qayisə zamanı öz real kəmiyyət ifadəsini əks etdirir. Əməyin
intensivliyi və əmək şərtlərinin optimallaşdırılması nəticə etibarı
ilə hər bir işçinin əmək qabiliyyətinə obyektiv və subyektiv
208
təsirləri nəzərə almağa imkan yaradır. Qeyd etmək lazımdır ki,
əməyin intensivliyi prosesinə təsir edən obyektiv amillərlə ya-
naşı subyektiv amillər də mövcuddur ki, bunlar da əsasən sosial
proseslərdən və həm də təsərrüfat subyekti miqyasında işçilərin
tibbi müayinəsindən bilavasitə asılıdır. Ümumiyyətlə, təsərrüfat
subyekti çərçivəsində istər obyektiv və istərsə də subyektiv gös-
təricilər normal əmək şəraitinin layihələndirilməsi baxımından
mühüm əhəmiyyətə malikdir və onların təsərrüfat fəaliyyəti pro-
sesində nəzərə alınması vacibdir. Bazar iqtisadiyyatı şəraitində
əmək şərtlərinin optimallaşdırılmasında və həm də əməyin in-
tensivliyinin yüksəldilməsində istər işçi heyəti, istərsə də sub-
yekt rəhbərləri, sahibkarlar maraqlı tərəf kimi birgə çıxış et-
məlidirlər. Belə yanaşma müasir şəraitdə geniş təkrar istehsal
prosesinin müvəffəqiyyətlə həyata keçirilməsi baxımından mü-
hüm əhəmiyyətə malikdir.
Əməyin intensivliyinin normal şəkildə həyata keçirilməsi
üçün aşağıdakı amillərin nəzərə alınması xüsusilə vacibdir:
- iş vaxtından və istehsal vasitələrindən səmərəli və rasional
istifadənin
təmin edilməsi;
- təsərrüfat subyektlərinin fəaliyyət prosesində səmərəli
məşğulluğun
sisteminin tətbiqi ;
- insan orqanizminin imkanları nəzərə alınmaqla, əmək
fəaliyyətinin yerinə yetirilməsinin optimal şərtlərinin müəyyən-
ləşdirilməsi;
- əmək fəaliyyətinin yerinə yetirilməsində və istehsalın təş-
kilində səmərəli metodların tətbiqi;
- əlverişli və təminedici səviyyədə əmək şəraitinin yara-
dılması.
Müasir şəraitdə əmək məhsuldarlığının yüksəldilməsi baxı-
mından əməyin normal intensivlik səviyyəsində kənarlaşmaya
gətirib çıxaran amillərin və səbəblərin aradan qaldırılmasına diq-
qət artırılmalıdır. Təbii ki, bu zaman təsərrüfat subyektində ça-
lışan müxtəlif işçi kateqoriyaları üzrə əməyin intensivlik nor-
malarının müəyyənləşdirilməsində differensial yanaşmaların da