Азярбайъан милли елмляр академийасы игтисадиййат институту



Yüklə 2,77 Mb.
Pdf görüntüsü
səhifə68/86
tarix15.08.2018
ölçüsü2,77 Mb.
#62615
1   ...   64   65   66   67   68   69   70   71   ...   86

216 
 
və  məhsul  buraxılışı  səviyyəsinə  yüksələ  bilirlər.  Kiçik  və  orta 
müəssisələr  çevik  olduqları  üçün  iqtisadiyyatın  perspektivli 
guşələrində  asanlıqla  yerdəyişmə  edirlər.  Onlar  məşğulluq  və 
işsizlik problemlərinin həllində mühüm rol oynayırlar. Kiçik və 
orta  müəssisələr  inkişaf  etmiş  ölkələrin  regional  siyasətində  də 
xüsusi  əhəmiyyət  kəsb  edir,  sənaye  baxımından  geridə  qalmış 
regionların inkişafına köməklik göstərirlər. Onlar iri müəssisələr 
tərəfindən  mənimsənilməsi  rentabelli  olmayan  yerli  resursların 
işlənməsi  məqsədilə  təşkilatlanırlar.  Bu  müəssisələri  yerli  ən-
ənələr nəzərə alınmaqla, ən yeni texnologiyalardan və inkişaf et-
miş  informasiya  şəbəkələrindən  istifadə  etmək  məqsədilə  də 
yaradırlar. 
İnkişaf etmiş bazar iqtisadiyyatlı bütün ölkələrdə sahibkar-
lığın dövlət tənzimlənməsi və ona  yardım üzrə tədbirlər həyata 
keçirilir. Bunun üçün xüsusi dövlət təşkilatları yaradılmışdır ki, 
onlar da kiçik və orta sahibkarların mənafelərini ifadə və müda-
fiə  edir,  hökumətin  müəyyən  etdiyi  proqramların  yerinə  yetiril-
məsinə nəzarət edirlər. Kiçik və orta sahibkarlığa dövlət yardımı 
bu  ölkələrdə  təkmil  qanunvericilik  formasında  hüquqi  və  ma-
liyyə  bazasına,  habelə  təşkilati-metodik  sistemə  və  müxtəlif 
araşdırmalar sisteminə əsaslanır. İnkişaf etmiş ölkələrdə kiçik və 
orta  sahibkarlığın  dövlət  tənzimlənməsinin  və  onun  inkişafına 
yardımın məqsədləri aşağıdakılardır: 
-kiçik  və  orta  müəssisələrin  iş  fəallığının  yüksəldilməsi 
üçün hüquqi və təşkilati şəraitin yaradılması; 
-elmi - texniki, innovasiya, investisiya və qiymət siyasəti də 
daxil olmaqla, iqtisadi siyasətin həyata keçirilməsi; 
-kiçik və orta biznesin səmərəli inkişafını təmin etmək üçün 
vergi və maliyyə-kredit siyasətinin keçirilməsi; 
-xarici  iqtisadi  fəaliyyəti  həyata  keçirməkdə  kiçik  və  orta 
müəssisələrə yardım göstərilməsi; 
-hər bir sahə və regionun, sahibkarların ayrı-ayrı qruplarının 
və  fəaliyyət  növlərinin  xüsusiyyətlərini  nəzərə  almaqla,  mü-
əssisələrlə  bağlı  xüsusi yardım  tədbirlərinin  tətbiqi:  xalq  sənət-


217 
 
lərinin,  mövsümi  işlərin,  fəaliyyətin  təşkilinin  artel  və  ailə  for-
malarının; 
-qeydiyyat  qaydalarının  və  hesabat  formalarının  sənədləş-
dririlməsi,  lisenziyalaşdırılan  fəaliyyət  növlərinin  siyahısının 
azaldılması. Məsələn, ABŞ-da təkbaşına firma açmaq üçün yerli 
və  ya  ştatın  hakimiyyət  orqanından  icazə  (sertifikat)  almaq  və 
ticarət adını əks etdirmək  kifayətdir; 
-sosial sığorta üzrə xərclərin azaldılması.  
Təsərrüfat  və  sahibkarlıq  subyektlərinə  kömək  üzrə  dövlət 
tənzimləmə  siyasəti  aşağıdakı  məqsədlərin  həyata  keçirilməsini 
təmin etməlidir: 
-məşğulluğun,  sosial  -  iqtisadi  sabitliyin,  əhalinin  ümumi 
rifah halının qorunub saxlanması; 
-invenstisiya proseslərinin intensivləşdirilməsi; 
-yeni  məhsullara  dair  araşdırmaların  maliyyələşdirilməsi 
yolu ilə innovasiyaların həvəsləndirilməsi.  
İnkişaf etmiş ölkələrdə sahibkarlığa dövlət yardımı müva-
fiq  qanunvericiliyə  əsaslanır.  Bir  çox  ölkələrdə  xüsusi  dövlət 
təşkilatları  yaradılmışdır  ki,  onlar  da  təsərrüfat  və  sahibkarlıq 
subyektlərinin  mənafelərini  ifadə  və  müdafiə  edir,  hökumətin 
müəyyən etdiyi proqramların yerinə yetirilməsinə nəzarət mexa-
nizmini  həyata  keçirirlər.  Dövlət  yardımının  iki  forması  geniş 
yayılmışdır: 

 
Biznesin  inkişafına  dair  uzunmüddətli  proqramların 
qanunvericilik qaydasında qəbul edilməsi; 

 
Biznes  və  ya sahibkarlıq  fəaliyyətinin dövlətin  iqtisadi  və 
sosial proqramlarının tərkib hissəsinə daxil edilməsi. 
ABŞ-da kiçik və orta  biznes institusional baxımdan təşkil 
olunmuş və konqresin xüsusi komitələri, bu sektorun işləri üzrə 
administrasiya,  regional  assosiasiyalar,  kiçik  və  orta  biznes  in-
kubatorları  vasitəsilə  dövlət  strukturlarına  interqrasiya  edilmiş-
dir.  Yaponiyada  dövlətin  rolu  kiçik  və  orta  müəssisələrlə  bağlı 
siyasətin  əsasları,  onların  modernləşdirilməsinə  yardım,  fəaliy-


218 
 
yətinin  tənzimlənməsi,  ticarət  və  sənaye  üzrə  «Mərkəzi  koope-
rasiya haqqında» qanunda və digər qanunlarda əks etdirilmişdir. 
Böyük  Britaniyada  qanunvericilik  qaydasında  bir  sıra  proq-
ramlar, o cümlədən, kiçik və orta sahibkarlığa vergi yardımı üz-
rə  tədbirləri  nəzərdə  tutan  «Biznesin  genişləndirilməsi  proq-
ramı»  və  kiçik  və  orta  firmaların  bank  kreditlərindən  yetərincə 
istifadə  etməsini  asanlaşdıran  «Təminatlı  layihə  proqramı»  qə-
bul edilmişdir. İnkişaf etmiş ölkələrin təcrübəsində kiçik və orta 
sahibkarlığın  inkişafına  dövlət  yardımı  aşağıdakı  əsas  istiqa-
mətlər üzrə həyata keçirilir: 
-kiçik  və  orta  biznesə  yardım  üçün  sabit  dövlət  və  qeyri-
dövlət təsisatları mənbələrinin yaradılması; 
-ayrılmış  vəsaitlərin  xərclənməsi  üzərində  səmərəli  nəzarət 
mexanizmlərinin yaradılması; 
-kiçik və orta müəssisələrin müdafiəsi üzrə nəzarət və məh-
kəmə orqanlarının fəaliyyətinin təmin edilməsi
-kiçik və orta sahibkarlığa dövlət yardımı siyasətinin həyata 
keçirilməsini təmin edən və dövlət hakimiyyəti orqanlarını, qey-
ri-hökumət  birlikləri  və  təşkilatlarını,  ixtisaslaşdırılmış  infra-st-
ruktur  təşkilatlarını,  fondları,  kredit,  sığorta  və  təminat  idarə-
lərini, texnoloji  parkları, biznes-inkubatorları,  sənaye zonalarını 
və  sınaq  meydançalarını,  tədris,  məsləhət,  informasiya  və  xid-
mət  strukturlarını  əhatə  edən  ixtisaslaşdırılmış  təsisatlar  şəbə-
kəsinin yaradılması; 
-xüsusi qanunlar əsasında subsidiyalar, dotasiyalar, vergi və 
investisiya  güzəştləri,  kompensasiyalar,  sahibkarlığa  yardım 
fondlarından  ödənişlər  verməklə,  dövlət  sifarişlərini  yerləşdir-
məkdə kiçik və orta müəssisələrin fəaliyyətinin birbaşa maliyyə-
ləşdirilməsinin həyata keçirilməsi
-uzunmüddətli perspektiv üçün kiçik və orta biznesə dövlət 
yardımının məqsədli proqramlarının işlənib hazırlanması; 
-sahibkarlara  məsləhət  yardımının  göstərilməsi,  sahibkar 
kadrların  hazırlanması  və  yenidən  hazırlanması  sisteminin  təş-
kili;  


Yüklə 2,77 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə