225
fəaliyyət sahələri arasında uzlaşdırmanı yaratmaqda, onların
həyata keçirilməsi üçün zəruri hüquqi, maliyyə, texniki dəstəyin
göstərilməsində; dövlətin təsərrüfat subyektləri və iqtisadiyyat
sahələrinin fəaliyyətinin planlaşdırılmasında koordinasiya və
tənzimləyici mexanizmin təmin edilməsində və bazar münasi-
bətləri şəraitində milli iqtisadiyyatın yüksəlişində göstərir. Mü-
asir təsərrüfat subyektlərinin planlaşdırma sistemi aşağıdakı
kompleks istiqamətləri özündə ehtiva etməlidir:
- mövcud şəraitin və xarici mühit amillərinin sistemli təh-
lili;
- strateji marketinq mərhələsində formalaşan məqsədlərə
nail olunmasının alternativ variantlarının qiymətləndirilməsi,
optimallaşdırılması və proqnozlaşdırılması;
- planların aydın və məqsədyönlülük prinsipləri əsasında
hazırlanması;
- müvafiq planların həyata keçirilməsinin potensial im-
kanlarının və əsaslarının müəyyən edilməsi.
Ümumilikdə planlar problemli, kompleks, lokal, həmçinin
də strateji, taktiki və operativ formada olması ilə fərqlənir. Təd-
qiqatlar göstərir ki, iqtisadiyyatın inkişafının ən mürəkkəb isti-
qamətlərindən biri innovasiya fəaliyyətinin fəallaşdırılması əsa-
sında inkişafa nail olunmasıdır. Müvafiq amil isə, özü-özlüyün-
də ilk növbədə daha çox qeyri-müəyyənliklərlə xarakterizə olu-
nur. Məhz bu və digər belə amillərin nəticəsində mövcud şəra-
itin və perspektiv inkişafın planlaşdırılması da kifayət qədər mü-
rəkkəb xarakter alır. Təbii ki, bazar münasibətlərində təsərrüfat
subyektlərinin fəaliyyətinin planlaşdırılmasının qarşısında duran
vəzifələr kifayət qədər çətin həyata keçirilməsi ilə səciyyələnə
bilər. Təsərrüfat subyektlərinin istehsal fəaliyyətinin planlaş-
dırılmasının qarşısında duran əsas vəzifələri aşağıdakı kimi təs-
nifləşdirmək məqsədəuyğundur:
- strateji marketinqin alternativ variantlarının planlaşdı-
rılması, proqnozlaşdırılması əsasında perspektivdə təsərrüfat
subyektinin optimal strategiyasının seçilməsi;
226
- təsərrüfat subyektinin davamlı fəaliyyətinin və inkişafının
təmin edilməsi;
- elmi-texniki yeniliklər və innovasiya portfelinin tərkib və
çeşidləri üzrə optimal nəzəri-metodoloji yanaşmaların tətbiqinin
formalaşdırılması;
- innovasiya fəaliyyətinin məqsədlərinin sistemləşdirilməsi;
- planların yerinə yetirilməsinin kompleks şəkildə təmin
edilməsi;
- planların yerinə yetirilməsini təmin edən sosial, iqtisadi və
təşkilati-texniki tədbirlər sisteminin müəyyən edilməsi;
- qarşıya qoyulan vəzifələr, icraçılar, resurslar, müddətlər,
yerlər və işin keyfiyyəti ilə bağlı planların yerinə yetirilməsinin
koordinasiyası şəbəkəsinin qurulması;
- planların həyata keçirilməsində stimullaşdırıcı amillərin
müəyyənləşdirilməsi.
Təsərrüfat
subyektlərinin
planlaşdırılmasının
əsas
prinsiplərinə aşağıdakıları şamil etmək zəruridir:
- strateji və taktiki planların hazırlanması, onların nəzəri-
metodoloji və praktiki cəhətdən təmin edilməsinin ardıcıllığı;
- planların hazırlanmasında iqtisadi və sosial amillərin
balanslaşdırılması;
- planlaşdırma obyektlərinin vacibliyinə görə sıralanması;
- plan göstəricilərinin adekvat xarakter daşıması;
- idarəetmə sisteminin xarici mühit amillərinin planlaşma
sistemində nəzərə alınması;
- planların variantlılığı;
- planların balanslaşdırılması (ən mühüm göstəricilər üzrə
ehtiyat təminatın mövcudluğu şəraitində);
- planların iqtisadi və texniki cəhətdən əsaslandırılması;
- planlaşdırma sisteminin avtomatlaşdırılması;
- planlaşdırma sistemində zəruri koordinasiyanın təmin
edilməsi.
Müasir inkişaf şəraitində planlaşdırmanın qeyd edilən prin-
siplərinin tamlıqla tətbiqi kifayət qədər çətinliklərlə müşayiət
227
oluna bilər. Planlaşdırmanın prinsiplərinin həyata keçirilmə-
sində yüksək ixtisaslı və peşəkar kadrların, müasir informasiya
texnologiyalarının, zəruri resursların tam və aydın müəyyən
edilməsi və onlara olan ehtiyacın ödənilməsi təsərrüfat subyekt-
lərinin qarşısında duran vacib məsələlərdən biri olmalıdır. Məhz
bu baxımdan planlaşdırmanın tətbiqi mümkün olan prinsipləri
əslində təsərrüfat subyektlərində istehsal olunan məhsulların
kəmiyyətindən, keyfiyyətindən və istehsal fəaliyyətinin səviy-
yəsindən asılı olur. Bundan başqa, təsərrüfat subyektlərinin in-
frastruktur şəbəkəsi, göstərilən xidmətlərin səviyyəsi, subyektin
maliyyə dayanıqlığı da planlaşdırmanın tətbiq edilən prinsiplə-
rinin kəmiyyətinə təsir göstərir. Qeyd etmək lazımdır ki, kəskin
rəqabət şəraitində planlaşdırma sistemində mövcud olan meyl-
ləri aşağıdakı kimi təsnifləşdirmək mümkündür:
- planların hazırlanma müddətlərinin ixtisar olunması (proq-
nozların təsdiqi ilə bağlı müddətlərin artırılması və ya saxlanıl-
ması şəraitində);
- planlaşdırmanın tətbiq olunan prinsiplərinin sayının artırıl-
ması ilə bağlı planların keyfiyyətinin yüksəldilməsi;
- marketinq konsepsiyası və optimallaşdırmanın müasir me-
todlarının tətbiqi.
Bazar iqtisadiyyatı şəraitində təsərrüfat fəaliyyətinin forma
və miqyası çoxsaylı amillərdən istifadə əsasında müəyyənləş-
dirilir. Hər bir təsərrüfat subyekti bir qayda olaraq bu amillərin
optimal şəkildə uyğunlaşdırılmasına yönəlmiş strategiya həyata
keçirir. Təsərrüfat subyektlərinin fəaliyyətinə təsir göstərən
amillərin səmərəli şəkildə əlaqələndirilməsi, onların zəruri for-
ma və metodlarının tətbiqi bütövlükdə təsərrüfat fəaliyyətinin
effektiv həyata keçirilməsi baxımından vacibdir. Məhz belə
forma və metodlar təsərrüfat subyektinin istehsal və təsərrüfat
fəaliyyətinin planlaşdırılması vasitəsilə həyata keçirilə bilər.
Sənaye cəhətdən inkişaf etmiş ölkələrdə müvəffəqiyyətlə fəa-
liyyət göstərən bir çox şirkətlərin təcrübəsi göstərir ki, bazar
münasibətləri şəraitində, həm də azad rəqabətin mövcud olduğu
Dostları ilə paylaş: |