Азярбайъан милли елмляр академийасы игтисадиййат институту



Yüklə 2,77 Mb.
Pdf görüntüsü
səhifə70/86
tarix15.08.2018
ölçüsü2,77 Mb.
#62615
1   ...   66   67   68   69   70   71   72   73   ...   86

222 
 
götürdüyü  üçün  kommersiya  bankları  ixracatçıya  güzəştli  kre-
ditlər verə bilirlər (59, s. 163).  
İnkişaf etmiş Qərb ölkələrində kiçik və orta müəssisələrin 
xarici bazarlar haqqında informasiya ilə təmin edilməsinə xüsusi 
əhəmiyyət verilir. Ayrı-ayrı ölkələrdə, o cümlədən, Böyük Brita-
niyada,  Fransada,  Yaponiyada  xarici  iqtisadi  xarakterli  məlu-
matlar təqdim edən milli informasiya sistemləri mövcuddur. 
Kiçik və orta təsərrüfat subyektləri, müəssisələr aşağıdakı 
formalarda  beynalxalq  interqrasiya  proseslərində  fəal  iştirak 
edirlər:  

 
Kiçik  və  orta  müəssisələrin  beynəlxalq  və  regional  bir-
likləri  (lisenziya  münasibətləri,  birgə  müəssisələr)  şəklində: 
kontraktların  birlikdə  yerinə  yetirilməsi,  vahid  satış  siyasətinin 
aparılması, birgə elmi tədqiqatların yerinə yetirilməsi; 

 
İri transmilli şirkətlərlə subpodrat əməkdaşlığı şəklində

 
Kiçik  və  orta  müəssisələrin  beynəlxalq  alyans  və  ya 
şəbəkələri şəklində; 

 
Beynəlxalq vençurlarda. 
Beynəlxalq təcürbədə kiçik və orta müəssisələrin xarici ba-
zarlara  çıxmasında  iri  firmaların  ixtisaslaşdırılmış  xarici  ticarət 
və  satış  kompaniyalarından  istifadə  forması  da  geniş  yayıl-
mışdır.  Bu  sahədə  dövlət  siyasəti  xarici  bazarlara  çıxışın  belə 
formalarının  reallaşdırılmasında  müvafiq  şirkətlərə  yardım 
göstərilməsini  üstün  tutur.  Sahibkarlıq  birliklərinə  dövlət 
yardımı və xarici bazarlara çıxmaqda kiçik və orta müəssisələrin 
maraqlarının  müdafiəsi  məsələlərində  onlarla  əməkdaşlıq 
sahibkarlıq və təsərrüfat subyektlərinə böyük kömək göstərir.  
 
 
 
 
 
 
 


223 
 
V FƏSIL AZƏRBAYCAN RESPUBLĠKASINDA 
TƏSƏRRÜFAT SUBYEKTLƏRĠNĠN ƏSAS  
ĠNKĠġAF ĠSTĠQAMƏTLƏRĠ 
 
      İnkişaf  etməkdə  olan  müasir  iqtisadi  inkişaf  mühiti  öz  mü-
rəkkəbliliyi ilə nəzərə çarparaq, makro və mikro səviyyədə daha 
məqbul  sayıla  biləcək  konseptual  yanaşmanı,  nəzəri  əsasların 
müəyyən edilməsini ön plana çəkir. Bu prosesin sürətlənməsinə 
dünyada güclənməkdə olan qloballaşma şəraiti, artıq qısa və orta 
müddətlər  arasında  baş  verən  iqtisadi  və  maliyyə  böhranları, 
Ümumdünya  Ticarət  Təşkilatına  daxil  olmaqla  bağlı  keçmiş 
sovet  respublikalarının  zəif  inkişaf  səviyyəsi  və  digər  bu  kimi 
mühüm amillər öz təsirini əsaslı şəkildə göstərməkdədir. Xüsu-
silə, istər inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə, istərsə 
də  MDB-yə  daxil  olan  ölkələrdə  təsərrüfat  subyektlərinin  inki-
şafı  daha  ciddi  şəkildə  təkmilləşməni,  onların  bazar  mühiti  ilə 
sıx bağlılığını ön plana çəkir.   
       Mövcud  proseslərin  inkişafı  təsərrüfat  subyektlərinin  fəa-
liyyətinin müasir tələblər üzrə təşkilini, bu fəaliyyətin təsərrüfat 
daxili  və  xarici  amillər  nəzərə  alınmaqla  əməli  planlaşdırma  və 
əlaqələndirmə  əsasında  təmin  olunmasını  labüd  edir.  Belə  ya-
naşma  XIX  və  XX  əsrlərin  əvvəlində  inkişaf  etməkdə  olan  in-
stitutsional,  keynsian,  texnokrat  nəzəriyyələrində  xüsusi  araş-
dırma  obyektlərindən  biri  hesab  edilsə  də,  onun  bazar  müna-
sibətləri şəraitində tətbiqi daha çox keçən əsrin ikinci yarısından 
sonrakı  dövrə  təsadüf  edir. Müvafiq nəzəri  yanaşmalarda bazar 
münasibətlərinin tənzimlənməsində dövlətin rolunun artırılması, 
təsərrüfat  fəaliyyətində  elmi-texniki  tərəqqinin  tətbiqinin  geniş-
lənməsi,  idarəetmə  sistemində  menecer,  mütəxəssis  və  işçi  he-
yətinin  bilik  və  praktiki  iş  təcrübəsinin  mütəmadi  olaraq  tək-
milləşdirilməsi, təsərrüfat fəaliyyətinin bazar mühiti nəzərə alın-
maqla planlı şəkildə idarə olunması öz üstünlüyü ilə əks edilir. 
Lakin,  bazar  münasibətlərinin  son  əlli  ildəki  inkişafında  bu 
dəyərlərin nəzərə alınması qaneedici səviyyədə olmamış, hər bir 


224 
 
ölkə,  təsərrüfat  subyekti  beynəlxalq,  regional  və  daxili  bazarda 
üstün mövqe tutmaq üçün özü daha çox əlahiddə fəaliyyət gös-
tərməyə  cəhd  etməklə,  bu  sahədə  olan  konseptual  yanaşma-
lardan  tez-tez  uzaqlaşmışdır.  Xüsusilə  bazar  münasibətlərinə 
keçid  dövrünü  yaşayan  Azərbaycan  kimi  ölkələrdə  bu  sahədə 
vəziyyət  tam  mürəkkəbliyi,  sistemsizliyi  ilə  müşahidə  edilmiş-
dir.  Fikrimizcə,  müvafiq  nəzəri  yanaşmaların,  əsasların  özü  də 
konkret şəraitlərə uyğun dəyişikliklər və manevretmə imkanları 
nəzərə alınmaqla mükəmməl bir təşkiledici və tənzimləyici me-
xanizmi tam formalaşdırmamışdır.   
      Bütün  bu  mühüm  və  zəruri  amillər  Azərbaycan  Respub-
likasında  milli  iqtisadi  inkişafın  yüksəlişində  xüsusi  əhəmiyyət 
kəsb  edən  təsərrüfat  subyektlərinin  fəaliyyətinin  təkmilləşdiril-
məsində bazar mühiti qiymətləndirilməklə, planlaşdırma, əlaqə-
ləndirmə  və  idarəetmə  sisteminin    müasir  tələblər  əsasında  for-
malaşdırılmasını ön plana çəkir. 
 
4.1. Müasir Ģəraitdə təsərrüfat subyektlərinin fəaliyyətinin  
planlaĢdırılması istiqamətləri 
 
Azərbaycan  Respublikasında  təsərrüfat  subyektlərinin  fəa-
liyyətinin  planlaşdırılması  idarəetmə  sisteminin  təşkilinin  vacib 
funksiyası olmalıdır. Fəaliyyətin planlaşdırılması yalnız subyekt 
daxili prosesləri əhatə etməməli, həm də subyekt - xarici proses-
lərlə,  amillərlə  ciddi  şəkildə  əlaqələndirilməlidir.  Artıq  inkişaf 
etmiş ölkələrdə təsərrüfat subyektlərinin, sahələrin fəaliyyətinin 
planlaşdırılması dövlətin iqtisadi inkişaf səviyyəsini təmin edə-
cək  proqnoz  və  planlaşdırma  sistemi  ilə  əlaqələndirilməkdədir. 
Müvafiq  planlaşdırma  keçmiş  sosializm  ictimai-iqtisadi  for-
masiyasında mövcud olmuş planlaşdırma sistemindən köklü su-
rətdə  fərqlənir.  Bu  fərqlər  özünü  təsərrüfat  subyektinin  iqtisadi 
inkişaf  planlarının  sərbəst  və  bazarın  dəyişən  tələbləri  nəzərə 
alınmaqla müəyyən etməsində; iqtisadiyyat sahələrinin bu plan-
laşdırma sistemində milli maraqların nəzərə alınması ilə, strateji 


Yüklə 2,77 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə