14
Beləliklə, dillə ifadə olunmuş hər hansı bir fikrin
həqiqətə müvafiqliyini təsdiqləyən modallığın məna spektri
dəyişərək real situasiyasını düzgün əks etdirə bilir. Bu, hər
şeydən əvvəl ondan irəli gəlir ki, hətta eyni hadisəyə də eyni
subyektin münasibəti dəyişə bilər. Situasiyanı
qiymətləndirən başqa vasitələrdən modallıq bu baxımdan
heç nə ilə fərqlənmir. Buradan belə bir nəticə çıxarmaq olar
ki, modallığın özünü statik formada götürmək düzgün deyil.
Şəxsiyyətin dünyagörüşünün inkişafı və formalaşması ilə
əlaqədar olaraq modallığın məzmununda da dəyişiklik ola
bilər. Əgər bu müddəanı qəbul ediriksə, onda “obyektiv
modallıq” anlayışı sərbəst dəyişən modallıqla eyni çərçivəyə
sığmır.
Modallığın linqvistik sərhədlərinin müəyyənləşdirilməsi
onun tam linqvistik səciyyəsini verməklə və formal
meyarlara əsaslanmaqla dil sistemi daxilində formal
sərhədlərini müəyyənləşdirməkdir. Məsələn, danışanın
deyilən fikrə münasibəti müxtəlif vasitələrlə ifadə oluna bilər:
cest, emosional vasitələr, məntiqi nəticəyə əsaslanan
münasibət, modal sözlər və ifadələr və s. Bütün bu
sadalananlar modallığın linqvistik sərhədlərini
müəyyənləşdirməyə mane olan amillərdir.
Müşahidələr belə bir nəticəyə gəlməyə imkan verir ki,
sərbəst subyektiv qiymətləndirmə modal hissəcikləri və
sözləri funksiyasını bağlayıcılar da yerinə yetirə bilərlər.
Sözönlərindən fərqli olaraq onlar müxtəlif cümlə üzvləri ilə
sərbəst əlaqəyə girir və modallığa xas xüsusiyyətləri ifadə
edirlər. Bağlayıcılar danışanın deyilən fikrə münasibətini
qiymətləndirmə vasitəsi rolunu uğurla yerinə yetirirlər. Onlar
mətndə sintaktik vahidlərin koordinasiyasına və müxtəlif
forma strukturlarına təsir göstərmir, onların idarə edilməsi və
əlaqələndirilməsi funksiyalarından kənardır. Bu da onların
bir çoxunun semantik məna daşımaları ilə səciyyələnir.
Danışan rasional qiymətləndirmə və ya tənqidi təhlil
nəticəsində gəldiyi qənaətə uyğun olaraq müəyyən
bağlayıcını seçir. Hətta intellektual səciyyələndirmə də
subyektivliyi azaltmır. Bağlayıcının semantikasında
danışanın deyilən fikrə qəti, tərəddüdlü, ehtimalı münasibəti
öz
əksini tapır. Çox vaxt bağlayıcıların modal
15
qiymətləndirmə cəhətləri nəzərə çarpmır. Əslində isə
cümlə üzvlərinin müxtəlif tiplərinin diferensiasiyası və ya
birləşmələri, onların növ rəngarəngliyi bağlayıcıların modal
mənalarının fərqləndirilməsi yolu ilə əldə edilir.
Modallıq dil sistemində yeni yaranmış hadisə deyildir.
Azərbaycan şifahi xalq ədəbiyyatı nümunələrində, nağıl və
dastanlarda, klassik ədəbiyyatda modallığı səciyyələndirən
əlamətlərə rast gəlmək mümkündür. Eləcə də, tarixi
mənbələrdə, hətta elmi üslubda yazılmış səlnamələrdə və
xronikalarda bu və ya digər hadisəyə müəllifin münasibəti
açıq-aydın hiss olunur.
Məna növlərinə və funksiyalarına görə modal sözlər
məntiqi emosionallıq və müxtəlif leksik-qrammatik semantik
vəzifələri icra edən vahidlərdən ibarətdirlər. Azərbaycan
dilində aşağıdakıları misal göstərmək olar: ehtimal ki,
şübhəsiz, çox güman ki, aydındır ki, görünür, məlumdur ki,
ola bilsin ki, yəqin, bəlkə, deyəsən, nəhayət, doğrudan və s.
Bu modal sözlər cümlədə müxtəlif cümlə üzvlərinə və
bütöv cümləyə aid münasibəti formalaşdırmaqla zəngin
üslubi çalarlar yaradır.
Modallıq daim dəyişmədə və inkişafda olan canlı bir
prosesdir. Nitq prosesində yeni-yeni leksik vahidlərin modal
sözlərə çevrilməsi, modallıq ifadə etməsi müşahidə olunur.
Bu dialektik inkişaf prosesində modal sözlərin dilin lüğət
fondunda xüsusi çəkisi artan xətlə yüksəlir.
Azərbaycan dilində modal sözlər məna növlərinə görə
aşağıdakı kimi təsnif edilir:
a) Təsdiqedici modal sözlər: əlbəttə, həqiqətən,
şübhəsiz, doğrudan (da), şəksiz…
b) Yekunlaşdırıcı modal sözlər: deməli, qısası,
beləliklə, ümumiyyətlə, nəticədə…
c) Ehtimalı modal sözlər: bəlkə, yəqin, deyəsən, ehtimal
(ki), güman ki), sanki, elə bil (ki)…
Sintaktik funksiyasına görə daha çox ara söz və söz-
cümlə funksiyasında çıxış edir [7, s.164].
Modallıq dilin inkişafının sonrakı mərhələlərində ünsiyyət
prosesində yaranmış və formalaşmış ümumi və təbiətinə
görə mürəkkəb məntiqi-linqvistik kateqoriyadır. Modallığın
mürəkkəbliyi orasındadır ki, onda dilin bütün səviyyələrinə
16
xas olan əlamət və xüsusiyyətlər, qrammatik, sintaktik,
semantik əlaqələr toplusu cəmləşmişdir. İnsan təfəkkürünün
artıq inkişaf etmiş mərhələsinin məhsulu kimi modallıq həm
də milli özünəməxsusluğu əks etdirir. Bu cəhət modallıqla
frazeologiya arasında körpu yaratmış olur. Dil
səviyyələrindən, onun funksional imkan və vasitələrindən
əlavə modallığın frazeoloci birləşmələr tərkibində işlənməsi
dilçilik ədəbiyyatında az tədqiq olunmuşdur.
Məlum olduğu kimi, dil və təfəkkür problemləri
kontekstində məntiqlə qrammatika elmlərinin kəsişdiyi
nöqtələr çoxdur. Məhz bu baxımdan modallığın linqvistik
mahiyyəti ilə məntiqi modallıq qarışdırılır. Bəzən modallıq bir
linqvistik kateqoriya kimi tamamilə inkar edilir. Onun məntiqi
mahiyyəti ön plana çəkilir. Linqvistik modallığa isə məntiqi
modallığın dildə təzahür forması kimi baxılır. Qeyd etmək
lazımdır ki, modallıq kateqoriyası fəlsəfi baxımdan da təhlil
oluna bilər. Bu kateqoriya obyektiv reallıq, təfəkkür və dilin
qarşılıqlı
əlaqələri fonunda nəzərdən keçirilməlidir.
Göstərilən əlaqələr fonunda məntiqi modallıq hökmün ən
mühüm əlaməti kimi səciyyələndirilə bilər. Obyektiv əlaqələr
məntiqi hökmün məzmununda müxtəlif forma və
dərəcələrdə əks oluna bilər. Həmin forma və dərəcələrə
görə hökmləri mümkün, həqiqi və zəruri növlərinə ayırırlar.
Hökmdəki fikrin məzmunu real olaraq mövcud ola bilər və
yaxud ehtimalı olur.
Dilçilik baxımından modallığın səciyyəvi cəhətləri
yuxarıda qeyd olunmuşdur. Burada danışanın deyilmiş fikrə
münasibəti ön plana çəkilir. Bu baxımdan məntiqi və
linqvistik modallığı bir-birinə yaxınlaşdıran cəhətlər üzə çıxır.
Məlum olduğu kimi, linqvistik reallıq, yaxud qeyri-reallıq
məntiqi həqiqilik və yalanla üst-üstə düşür. Burada bir
mühüm cəhəti də nəzərdən qaçırmaq olmaz: deyilmiş fikrə
münasibət (onun reallığı, qeyri-reallığı, həqiqiliyi, yalan
olması, vacibliyi, zəruriliyi, mühümlüyü, ehtimalı olması)
danışan tərəfindən bildirilir və bu münasibət subyektiv və ya
obyektiv səciyyə daşıya bilər. Göstərilən xüsusiyyətləri əsas
götürərək bir çox tədqiqatçılar (Q.V.Kolşanski, V.V.Panfilov,
L.V.Bondarko) linqvistik modallığa məntiqi modallığın ifadə
vasitəsi kimi baxırlar [115, s.94-98; 134, s.48; 133; 135; 69].
Dostları ilə paylaş: |