2
MÖVZU № 3: «AZƏRBAYCAN III-VII ƏSRLƏRDƏ. FEODAL
MÜNASİBƏTLƏRİNİN YARANMASI»
PLAN
GİRİŞ
1.
Azərbaycanda feodal münasibətlərinin meydana gəlməsi. Alban
feodal dövləti.
2.
Azərbaycan Sasanilərin hakimiyyəti dövründə. Albaniyada siyasi
hakimiyyətin möhkəmlənməsi. Aquen kilsə məclisi.
3.
Azərbaycanda sosial hərəkatlar. Girdman knyazlığının yüksəlişi.
Mədəniyyət.
NƏTİCƏ:
Ə D Ə B İ Y Y A T:
1.
Azərbaycan tarixi. Dərslik.(S. Əliyarlının red. ilə). Bakı, 1996, 2009
2.
Azərbaycan tarixi. Dərslik. I cild. Bakı,1994
3.
Şükürov K. Azərbaycan tarixi. (Üç hissədə) I hissə. Bakı,2004
4.
Azərbaycan tarixi, 7 cilddə. Bakı, 1998, 2007. II cild. səh. 34-166
5.
Bünyadov Z. Azərbaycan VII-IX əsrlərdə. Bakı, 1989, 2007
6.
Göyüşov R. Qafqaz Albaniyasında xristianlıq. Bakı, 1987
7.
Məmmədov İ. Azərbaycan tarixi (ali məktəblər üçün dərslik) Bakı,
2005. səh. 16-44
8.
Məmmədova F. Qafqaz Albaniyasının
siyasi tarixi və tarixi
coğrafiyası. Bakı, 1987
9.
Fazili A. Atropatena (e.ə. IV – eramızın VII əsrləri). Bakı, 1992
10.
Məmmədov T. Qafqaz Albaniyası ilk orta əsrlərdə. Bakı, 2006
3
GİRİŞ
III-
VII əsrlər quldarlıq quruluşunun böhranı ilə əlaqədar bütün Aralıq
dənizi sahili və Ön Asiya ölkələrində daha mütərəqqi ictimai-iqtisadi
formasiyanın - feodalizmin rüşeymlərinin yarandığı bir dövr idi. Həmin
ölkələr üçün həlledici əhəmiyyətə malik
olan bu proseslər tarixi
Azərbaycanın vilayətlərini də əhatə etmiş, lakin quldarlıq quruluşu
ənənələrinin kök saldığı cəmiyyətlərə nisbətən
burada feodal istehsal
münasibətləri, əvvəla, daha erkən formalaşa bilmiş, ikincisi isə daha
intensiv olmuşdur.
Azərbaycanın siyasi tarixində orta çağın başlanğıcı
Şimalda
Dərbənddən cənubda Zəncanadək, Şərqdə Xəzər dənizi,
qərbdə Kiçik
Qafqaz dağlarınadək geniş bir ərazini əhatə edən tarixi torpaqlarımızın III
əsrin II yarısında Cənubi Qafqazın digər vilayətləri ilə birlikdə Sasani
imperiyasının tərkibinə daxil edilməsi ilə əlamətdardır. Sasani işğalı
nəticəsində hələ e. I əsrinin əvvəllərindən bu ərazinin cənubunda -
Atropatenada hakimiyyət başında olan Parfiya arşakilərinin
kiçik sülaləsi
aradan götürülür; pəhləvi mənbələrində Adurbadaqan adlandırılan bu yer
yeni imperiyanın artıq heç bir dövlət statusu qalmayan adi vilayətinə çevrilir.
Tarixi Azərbaycan ərazisinin Şimal torpaqlarını özündə birləşdirən Albaniya
isə sasanilərin vassal asılılığına düşsə də, özünün hələ e. I əsrindən
hakimiyyətə gələn mənşəcə parfiyalı
arşakilər sülaləsindən olan
hökmdarlarını qoruyub saxlaya bildi.
Erkən feodalizm dövründə tarixi Azərbaycan ərazisində mülkiyyətin
dövlət (hökmdarın şəxsində) forması onunla yanaşı mövcud olan xüsusi
feodal mülkiyyəti formasına nisbətən üstünlük təşkil edirdi.