Азярбайъан республикасы



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə2/21
tarix22.07.2018
ölçüsü0,82 Mb.
#58368
1   2   3   4   5   6   7   8   9   ...   21


 
əhvali-ruhiyyəsi  bəstəkara  yabançı  olmuşdur.  O,  xalq 
musiqisinin qaynaqlarından yaradıcılıqla faydalanmışdır. 
Onu  da  deyək  ki,  xalq  musiqisinə  dərin  məhəbbəti 
C.Cahangirov məhz öz sevimli müəllimi Üzeyir Hacıbəyovdan 
əxz  edibdir.  1940-cı  ildə  Azərbaycan  Dövlət  konser-
vatoriyasında  təhsil  almaqla  yanaşı  Cahangir  Cahangirov 
Üzeyir  Hacıbəyovun  rəhbərlik  etdiyi  Azərbaycan  Dövlət 
Mahnı və Rəqs ansamblının xor qrupuna başçılıq edir. Sonrakı 
illərdə isə Azərbaycan televiziyası və radiosu xor kollektivinin 
rəhbəri  olmuşdur.  Bu  mənada  bəstəkarın  bir  xormeyster  kimi 
işi də təqdirəlayiqdir. Bu səbəbdən onun ilk bəstələmələri də bu 
xor  kollektivləri  üçün  olmuşdur.  Bəstəkar,  xor  üçün  xüsusi 
olaraq  mahnılar  yazmış,  həm  də  xalq  mahılarını  xor  üçün 
işləmişdir. O vaxtdan bəri quş qanadlı illər bir-birini əvəz edib. 
Xor  mahnıları  ilə  yanaşı  Cahangirovun  yaradıcılıq  portfeli 
müxtəlif  janrlı  monumental  xor  əsərləri  ilə  zənginləşmişdir. 
Bəstəkarın xor musiqisi sahəsində maraqlı əsərlərindən “Arazın 
o  tayında”  poemasını,  12  hissədən  ibarət  “Dostluq  mahnısı” 
kompozisiyasının, “Azad” və “Xanəndənin taleyi” operalarının 
xor nömrələrinin, “Füzuli”, “Nəsimi”, “Aşıq Alı” kantatalarını, 
“Sabir”  oratoriyasını,  Süleyman  Ələsgərovla  birlikdə  yazdığı 
odanı, onlarca xor miniatürlərini göstərmək olar. Sadaladığımız 
əsərlərdən  xüsusilə  “Füzuli”  kantatası  Cahangir  Cahangirova 
böyük şöhrət gətirmişdir. O, kantatada böyük şairin möhtəşəm 
obrazını,  onun  daxili  aləminin  özünəməxsus  təsirli  və 
qəlboxşayan musiqi dili ilə aça bilmişdir. 
Kantatanın  mətn  əsasını  Füzulinin  üç  qəzəli  təşkil  edir. 
Hər bir qəzəl isə öz növbəsində bir hissəni özündə birləşdirir. 
Canahgir  Cahangirov  “Azad”  və  “Xanəndənin  taleyi” 
adlı iki operanın müəllifidir. Hər iki əsərində Cahangir musiqi 
klassikamızın  korifeyi  Üzeyir  Hacıbəyovun  sənət  ənənələrini 
ləyaqətlə davam etdirmişdir.  
Xalq  yazıçısı,  Sosialist  Əməyi  Qəhərəmanı  Mirzə 
İbrahimovun  eyni  adlı  əsəri  əsasında  bəstələdiyi  “Azad” 



 
operasında  istismar  olunan  bir  xalqın  ağır  işgəncələrlə  dolu 
həyat  tərzi,  azadlıq  yolunda  mübarizəsi  əks  etdirilmişdir. 
Librettonun  müəllifi  və  tamaşanın  quruluşçu  rejissoru  Kərim 
Kərimovdur.  “Xanəndənin  taleyi”  operası  inqilabdan  əvvəl 
Azərbaycanda  yaşamış  məşhur  xanəndə  Seyid  Mirbabayevin 
acı  taleyindən  bəhs  edir.  Cah-calalla  həyat  sürmək  xatirinə 
qürbət  ölkədə  var-dövlətini  göyə  sovurub  yoxsullaşan,  təkcə 
səsi  yazılmış  sınıq  qrammofon  valı  qalmış  xanəndənin  bu 
yadigarı şikəst olmuş həyatının rəmzi kimi qavranılır.  
Cahangir Cahangirov “Xanəndənin taleyi” operasında bir 
bəstəkar,  musiqi  dramaturqu  kimi  ən  gözəl  keyfiyyətlərini 
qabarıq  şəkildə  nümayiş  etdirmişdir.  Ən  başlıcası  odur  ki, 
Cahangirovun  operası  istər  üslub,  istərsə  də  musiqi 
dramaturgiyası baxımıından bitkin və kamildir.  
Məlumdur  ki,  xanəndənin  repertuarı  muğam  və 
təsniflərdən ibarət olur. Operanın qəhrəmanı özü xanəndə olsa 
da  müəllif  ifaçılıq  sənətinin  materialı  kimi  muğamlardan  sitat 
şəklində istifadə etməyi qarşısına məqsəd qoymamışdır. Lakin 
onun operadakı  musiqi materialı başdan-başa muğam  boyaları 
ilə rövnəqlənmişdir.  
Cahangir Cahangirovun böyük həcmli, mürəkkəb formalı 
görkəmli  əsərlərilə  yanaşı,  musiqi  xəzinəmizi  zənginləşdirən 
çoxlu  mahnıları  da  vardır.  Onun  mahnıları  asanlıqla  ürəklərə 
yol  tapır.  Müasirlik,  dövrün  tələbi  ilə  ayaqlaşma  Canahgir 
sənətinin  başlıca  məziyyətidir.  Məhz  bunun  üçündür  ki, 
Cahangirovun mahnıları müasirlərimizin ürək çırpıntılarını, xoş 
arzusunu,  istəyini  ifadə  edir,  adamları  qurmağa,  yaratmağa 
səsləyir. 
Cahangir  Cahangirov  çoxlu  lirik  mahnıların  da 
müəllifidir.  Mübaliğəsiz  demək  olar  ki,  bəstəkarın  hərtərəfli 
istedadını  üzə  çıxaran  bu  janr  ona  daha  çox  müvəffəqiyyət 
gətirmişdir. “Ana”, “Aylı gecələr”, “Bakı”, “Dan ulduzu, bir də 
mən”, “Ay qız”, “Ala göz” və s. mahnılarını əzbər bilirik.  



 
Cahangir  Cahangirovun  bəzi  gözəl  mahnıları  məhz  teatr 
tamaşalarından,  ekrandan  “ayrılaraq”  xalq  arasında  yayılmış-
dır.  Bu  mənada  gəlin  “Yenilməz  batalyon”  filmindən 
“Teymurun  mahnısı”nı,  “Koroglu”  filmindən  “Xanəndə  qızın 
mahnısı”nı,  “Dəli  Kür”  filmindən  “Ana  kür”  və  “Bayatılar” 
mahnılarını yada salaq. Bu mahnılarda lirik ifadə çox güclüdür.  
Mahnı  iki  qəlbin,  iki  istedadın  vəhdətindən  yaranır. 
Təkcə  melodiyanın  şirinliyi  azdır,  mahnının  sözləri  də 
hikmətli,  orijinal  və  ibrətamiz  olmalıdır.  Mahnı  –  gözəl 
melodiya,  dolğun  və  mənalı  söz  deməkdir.  Məşhur  rus  şairi 
Lebedev-Kumaç  “mahnıda  nə  əsasdır,  söz,  yoxsa  musiqi?” 
sualına çox düzgün olaraq müqayisə ilə cavab verir. Şair söz və 
musiqini natrium və xlorla müqayisə  edərək deyir ki,  nəticədə 
onların birləşməsindən duz alınır. Doğrudan da təcrübə göstərir 
ki,  musiqi,  yaxud  şeir  zəif  olanda  həmin  mahnı  uzunömürlü 
olmur.  Cahangir  Cahangirovun  mahnılarında  söz  və  musiqi 
üzvi  surətdə  müəlliflərin  də  əməyini  və  istedadını  təqdir 
etməmək olmaz. Uzun müddət Canahgirov Zeynal Cabbarzadə, 
İslam Səfərli və Rəfiq Zəka ilə birlikdə çalışmışdır.  
Cahangir  Cahangirov  klassiklərin  yaradıcılığına  da 
müraciət  etmiş,  ürəyəyatımlı  mahnı  və  romanslar  yazmışdır. 
Hələ  1947-ci  ildə  Nizaminin  anadan  olmasının  800  illik 
yubileyi  günlərində  bəstəkar  şairin  sözlərinə  “Gül  camalın” 
romansını və xor üçün “Qəzəl” əsərini yazır. 
Azərbaycanın mütəfəkkir şairi İmaməddin Nəsiminin 600 
illik  yubileyi  günlərində  şairin  bir  qəzəli  əsasında  mahnı-
romans  yazmışdır. “Ənəlhəq” adlanan həmin əsər Azərbaycan 
Teleradio  Verilişləri  Şirkətinin  keçirdiyi  müsabiqədə  birinci 
mükafata layiq görülmüşdür. 
Füzuli  dühası,  Füzuli  lirikası  Cahangir  Cahangirovun 
yaradıcılıq təxəyyülünə çox uyğundur. Məhz bunun nəticəsidir 
ki,  bəstəkar  vaxtaşırı  Füzuli  şeiriyyatından  ilhamlanaraq 
ürəyəyatımlı  əsərlər  bəstələyir.  Bu  baxımdan  onun  Füzulinin 
qəzəllərinə bəstələdiyi vokal miniatürlərini qeyd etməliyik. 


Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə