Təlim, onun formaları



Yüklə 14,89 Kb.
səhifə1/5
tarix30.12.2023
ölçüsü14,89 Kb.
#166513
növüDərs
  1   2   3   4   5
fatimə ismayılova idrak

Təlim, onun formaları

Hazırladı- İsmayılova Fatimə

Təlimin formaları

Təlim və onun formalarından danışarkən ilk növbədə bir məsələni aydınlaşdırmaq lazımdır. Təlimin formaları dedikdə aşağıdakə təsnifatdan söhbət gedir.


Təlimin formaları
Təşkili formaları
Iş formaları

Məşğələ

Məktəbdə dərs forması olduğu kimi, məktəbəqədər müəssisədə də əsas təlim forması vardır ki, bu məşğələ adlanır. Məşğələnin təşkili uşaqların yaş və fərdi xüsusiyyətlərindən eləcə də tərbiyəçi- müəllimin peşəkarlıq və səriştəliliyindən asılıdır.

Məşğələnin mərhələləri: Məktəbəqədər təhsil müəssisəsində fəal təlim metodlarları ilə aparılan məşğələlərin əsasən üçmərhələli strukturla həyata keçirilməsi məqsədəuyğun hesab edilir:

  • aktuallaşdırma və ya motivasiya (mövcud biliklərin səsləndirilməsi və ya marağın yaradılması);
  • - dərketmə (yeni bilik və bacarıqların tədqiq edilərək fəal şəkildə öyrənilməsi);
  • - tətbiqetmə (qazanılmış bilik və bacarıqların tətbiq edilməsi).

Aktuallaşdırma və ya motivasiya

məşğələ aktuallaşdırma, yəni mövcud biliklərin aşkara çıxarılıb səsləndirilməsi ilə başlayır. Əgər motivasiya yaratmaq çətin və ya mümkün deyilsə, o zaman aktuallaşdırma ən yaxşı çıxış yoludur. Əlbəttə motivasiya ilə başlanan məşğələ daha cəlbedici olur, lakin hər mövzu üçün maraqlı və cəlbedici motivasiya qurmaq mümkün olmayanda, aktuallaşdırmadan istifadə edilir. Motivasiyanı necə qurmaq lazımdır?

• Diqqəti cəlb etmək və uşağı maraqlandırmaq.

• Müxtəlif fərziyyələrə səbəb olan vəziyyət yaratmaq.

• Müstəqil tədqiqata həvəsləndirmək.

• Məktəbəqədər yaşlı uşağın imkanlarına müvafiqliyi nəzərə almaq.

• Uşağı öz bacarığını həyata keçirməyə sövq etmək

Dərketmə

- yeni bilik və bacarıqların tədqiq edilərək fəal şəkildə öyrənilməsi, tapşırıqları həlletmə prosesində məlumatların, faktların axtarılması və toplanmasıdır. Dərketmə bilik və bacarıqların vəhdətdə formalaşması prosesidir. Verilmiş işi yerinə yetirmək üçün uşaqlar iş formasından asılı olaraq fikir mübadiləsi əsasında tədqiqat aparır, ümumi nəticəyə gəlirlər.


Yüklə 14,89 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə