Азярбайъан республикасы


 Məşəl sisteminin istismarı



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə181/246
tarix08.02.2022
ölçüsü1,37 Mb.
#83564
növüQaydalar
1   ...   177   178   179   180   181   182   183   184   ...   246
427034950-Neft-Qaz-Chixarma-Senayesinde-Tehlukesizlik-Qaydalari-Kitabi

7.5. Məşəl sisteminin istismarı

7.5.1.   Məşəl   sistemini   istismar   edən   müəssisələrdə

onların təhlükəsiz istismarı üzrə təlimat olmalıdır.

7.5.2. Məşəl sisteminin işinə nəzarət etmək üçün məşəl

sisteminin quruluşu və təhlükəsiz istismarı üzrə bilikləri yoxlanıl-

mış mühəndis-texniki  işçilərdən  əmrlə  cavabdeh  şəxslər  təyin

olunur.

7.5.3. Məşəlin alışdırılmasını məşəl sisteminin təhlükəsiz

istismarına məsul (cavabdeh) şəxsin nəzarəti altında iki nəfər

yerinə yetirməlidir.

7.5.4.   Məşəl   qurğusunda   yandırılan   buxar   və   qazlarda

maye damcıları və bərk maddələr olmamalıdır.

7.5.5.   Məşəl   sistemində   partlayış   təhlükəli   qarışıqların

əmələ gəlməsinin qarşısını almaq üçün havanın sorulmasına

imkan   verilməməli   və   məşəl   kollektoruna   (qaz   kəmərinə)

fasiləsiz   üfüləyici   qaz   vurulmalıdır.   Üfüləyici   qaz   kimi   təbii

391



qazlardan   və   təsirsiz   qazlardan,   texnoloji   prosesdən   alınan

qazdan istifadə etmək olar.

7.5.6.   Məşəl   sistemini   hər   dəfə   işə   salmazdan   əvvəl

məşəl sistemi buxar və hava ilə üfürülməlidir. Belə ki, məşəl

qülləsinin aşağısında oksigenin  miqdarı onun aşağı partlayış

həddinin 20% -dən çox olmamalıdır.

Bu   zaman,   alışdırma   (işəsalma)   lövhəsinin   və

kondensatın yığılması və boşaldılması quruluşlarının bilavasitə

yaxınlığında  daşınma qaz analizatorlarından  istifadə etməklə

bunun üçün xüsusi olaraq öyrədilmiş heyət (şəxs) tərəfindən

qazlılığın dərəcəsi müəyyənləşdirilməlidir.

7.5.7.   Məşəl   sistemində   təmir   işlərinin   aparılmasından

əvvəl   məşəl   sistemi   standart   qapayıcılarla   ayrılmalı   (tədric

olunmalı) və inert (təsirsiz) qazla üfürülməlidir.

7.5.8. Məşəl qurğusu müvafiq normalara uyğun olaraq

ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmalıdır.

7.5.9.   Məşəl   qülləsinin   mühafizə   sahəsində

(çəpərlənmənin   içində)   məşəl   sisteminin   xidmətinə   aidiyyatı

olmayan şəxslərin olması qadağandır.

392




Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   177   178   179   180   181   182   183   184   ...   246




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə