partiyanın rəhbərinin sərəncamında olur və onun bütün göstə-
rişlərinə əməl edirlər. Işlərə başlamazdan əvvəl onlar geofiziki
partiyanın rəhbəri tərəfindən təlimatlandırılırlar.
8.1.23. Mədən – geofiziki işləri, qaldırıcı və laboratoriya
etibarlı yerləbirləşdirildikdən sonra yerinə yetirilməlidir.
8.1.24. Geofiziki işlərə başlamazdan əvvəl, qaldırıcının
etibarlı (dəyanətli) təsbitlənməsi təmin olunmalıdır.
8.1.25. Quyuda endirmə – qaldırma əməliyyatı aparılan
zaman, kabelin üzərinə tərəf əyilmək, onun üzərindən keçmək
və həmçinin hərəkət edən kabelə toxunmaq qadağandır.
8.1.26. Quyuya geofiziki cihazı buraxarkən qaldırıcının
bucurqadının makarasında axırıncı dolaq sırasının yarısından
az kabel qalmamalıdır.
8.1.27. Quyuda olan geofiziki avadanlıqları (yükü) qaldı-
rarkən blok – balansa çəkib – vurma halının olmaması üçün,
geofiziki kabelin üzərində, qaldırıcının maşinistinin iş yerindən
asan görünən, üç yerdə etibarlı bərkidilmiş xəbərdarlıq
nişanları olmaldıır: birinci – kabel ucluğundan 5,0m, ikinci –
50,0m və üçüncü – 100,0m məsafədə.
8.1.28. Quyu lüləsində tutulmuş (ilişmiş) cihazı (və ya
kabeli) azad etmək üçün, onu fasiləsiz olaraq yuxarı – aşağı
hərəkət etdirmək lazımdır. Əgər yuxarı – aşağı hərəkətlərlə
cihazı azad etmək mümkün olmursa, sonradan tutulmanın
ləğv edilməsi üzrə işlər, icraçı (geofiziki) və sifarişçi təşkilatın
rəhbərliyinin birgə razılığı ilə aparılmalıdır.
8.1.29. Zirehli kabelin səthində onun hərəkətinə mane
olan düyünlər və şişlər olmamalıdır.
Dostları ilə paylaş: |