12.10.30. RNQ-nin işçiləri istifadə etdikləri ölçü və
nəzarət cihazları ilə işləyərkən cihazlarda olan texniki
nöqsanları onların «Texniki formulyarı»na və ya «Pasportu»na
uyğun aradan qaldırmalıdırlar.
12.10.31. Fotoelektron transformatorlarla qidalanan ci-
hazların detektor bloku təhlükəli gərginlik (150-1600 V)
yaradır (hasil edir) və ona görə də blokların laboratoriyadan
kənar açılması qadağandır.
12.10.32. Müəssisənin müdiriyyəti baş vermiş radiasiya qə-
zası barədə yuxarı təşkilata, o cümlədən sanitariya nəzarətinin
və Daxili Işlər Nazirliyinin regional orqanlarına,
Azdövdağtexnəzarət Komitəsinə, Ekologiya və Təbii Sərvətlər
Nazirliyinə, Azərbaycan Dövlət Fövqəladə Hallar Komissiyasına
və həmçinin yerli icra hakimiyyəti (bələdiyyə) orqanlarına xəbər
verməlidir.
12.10.33. Təsadüfi (kənardan gətirilmiş) radioaktiv ion-
laşdırıcı şüa mənbələri aşkar edildikdə, əlavə olaraq, bu halın
yaranmasının xüsusiyyətləri müəyyənləşdirilməlidir.
12.10.34. Ərazilərdə qamma-fonun ölçülməsi
avtomaşının hərəkəti zamanı da yerinə yetirilir. Ölçü işləri
aparılan sahədə avtomaşının hərəkət sürəti 10 km/saatdan
çox olmamalıdır.
Dostları ilə paylaş: