Азярбайъан республикасы


 Ventilyasiya və kondisiyalaşdırma



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə199/246
tarix08.02.2022
ölçüsü1,37 Mb.
#83564
növüQaydalar
1   ...   195   196   197   198   199   200   201   202   ...   246
427034950-Neft-Qaz-Chixarma-Senayesinde-Tehlukesizlik-Qaydalari-Kitabi

12.7. Ventilyasiya və kondisiyalaşdırma

440



12.7.1.   Istehsalat   sahələri,   yerli   şəraitdən   asılı   olaraq,

qüvvədə olan müvafiq normalara uyğun olaraq mexaniki, təbii

və   ya   qarışıq   ventilyasiya   ilə,   xidməti   otaqlar   isə

kondisionerlərlə təchiz olunmalıdır.

12.7.2. Ventilyasiya sisteminə və kondisionerlərə xidmət

xüsusi öyrədilmiş işçilər tərəfindən aparılmalıdır. 

Digər işçilərə, qəza halları istisna olmaqla, həmin ava-

danlıqlarla   bağlı   hər-hansı   bir   əməliyyatın   aparılması

qadağandır.

12.7.3.   Zərərli   maddələrin   (qaz,   buxar,   toz   və   s.)

ayrılması   mümkün   olan   otaqların   ümumi   məcburi,   ehtiyac

duyulduqda isə yerli sorucu ventilyasiyası olmalıdır.

12.7.4. Zəhərli və xüsusilə zərərli maddələr ayrılan otaq-

ların   ventilyasiya   sistemi   digər   otaqların   ventilyasiya

sistemindən təcrid olunmalıdır.

12.7.5. Səs-küyün azalması və titrəyişin tikinti konstruk-

siyalarına yayılmasının qarşısını almaq üçün, ventilyatorlar tit-

rəyişi söndürən (azaldan) özüldə quraşdırılmalıdır.

12.7.6. Partlayış təhlükəli bir neçə otaqların ümumi hava

sorucu sistemə birləşməsinə icazə verilmir.

12.7.7. Ventilyasiya avadanlıqları yanğın-partlayış təhlü-

kəli   otaqların   yanğın-partlayış   təhlükəlilik   kateqoriyasına

uyğun olmalıdır.

12.7.8. Ventilyasiyanın səmərəli işləməsi vaxtaşırı yoxla-

nılmalı və aşkar olunmuş nöqsanlar aradan qaldırılmalıdır.

12.6.9.   Tərkibində   kükürdlü   birləşmələr   olan   qazların

ayrılması ehtimalı olan otaqlar müvafiq ventilyasiya sistemi ilə

təchiz olunmalıdır.

12.7.10. Istehsalat otaqlarında istilik 20 kkal/m

3

-dən çox



olduqda aerasiya fanarları nəzərdə tutulmalıdır.

441



12.7.11. Zərərli maddələrin otaqlara daxil olmaması və

onların işçi zonasına yayılmaması, əsasən istehsalat prosesinin

səmərəli təşkilinin hesabına müvafiq texnoloji tədbirlərin (kip-

ləşdirmə,   istilik   izolyasiyası,   nasosların   üfürülmə   xətlərinin

otaqlardan   kənara   çıxarılması,   dağılmış   məhsulların

kənarlaşdırılması və s.) görülməsi yolu ilə yerinə yetirilməlidir.

12.7.12. Hava vurucu və hava çəkici şaxtaların (hava bo-

ruları və s.) qarşılıqlı yerləşdirilməsi sanitar normalarının tələb-

lərinə uyğun yerinə yetirilməli və işlənilmiş havanın təkrarən

sorulmasını istisna etməlidir. Bu zaman küləyin orta illik əsas

istiqaməti, ventilyasiya olunan binanın (tikilinin) küləkdöymə

dərəcəsi,   binalar   arasındakı   məsafə   (boşluq)   nəzərə

alınmalıdır.

12.7.13. Tərkibində hidrogen-sulfid olan qazları sıxıb vu-

ran   kompressor   stansiyalarının   aşağı   hissəsində   (döşəməyə

yaxın)   hesabata   uyğun   olaraq   mexaniki   ümummübadiləli

ventilyasiya   olmalıdır,   lazımi   hallarda   isə,   bununla   yanaşı,

bilavasitə   zərərli   qazlar   ayrılan   yerlərin   yaxınlığında   yerli

sorucu ventilyasiya da quraşdırılmalıdır.

12.7.14. Qazomotor mühərrikli qaz kompressor stansiya-

larında havanın götürülmə (sovurulma) yeri, hava süzgəcləri

tərəfdə qaz kompressorlarının atqı borularından 16 m-dən az

olmayan   məsafədə   yerləşdirilməlidir   və   ya   kompressorlar

arasında üfqi məsafə 16 m-dən az olmamaq şərti ilə onların

atqı borularından 6 m aşağı yerləşdirilməlidir.

12.7.15. Qazpaylayıcı budkaların (məntəqələrin) aşağı və

yuxarı   zonasından   havanın   kənarlaşdırılması,   həmin   otaqlar

deflektorlu   şaxtalarla   təchiz   olunmaqla   təbii   ventilyasiyanın

aparılması yolu ilə yerinə yetirilməlidir.

12.7.16. Xam nefti vuran nasosxanalarda zərərli maddə-

lərin   kənarlaşdırılması   üçün   ümummübadiləli   sorucu-vurucu

ventilyasiya sistemi olmalıdır.

442



12.7.17.   Laboratoriyalar   ümummübadiləli   mexaniki

üsullu sorucu-vurucu ventilyasiya ilə, lazımi hallarda isə yerli

sorucu   ventilyasiya   ilə   (məsələn:   yuyucu   otaqlarda   və   s.)

təchiz olunmalıdır.




Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   195   196   197   198   199   200   201   202   ...   246




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə