12.6. Istehsalat sahələrinin qızdırılması
12.6.1. Adamların uzun müddət olduqları istehsalat və
xidməti otaqlar sanitar normalarına və yanğın təhlükəsizliyi
normalarına cavab verən qızdırıcı qurğularla təchiz
olunmalıdır. Elektrik qızdırıcıları tətbiq olunduqda onlar əlavə
olaraq [15]–in tələblərinə cavab verməlidir.
12.6.2. Texnoloji xüsusiyyətinə görə istilik ayrılması ilə
müşayiət olunan otaqlarda (sahələr) istismar olunan avadanlıq
və aparatlar təmirə dayandığı müddətdə, onlarda
temperaturun +5
0
C-dən aşağı düşməməsi üçün, həmin
otaqlar növbətçi qızdırıcı qurğu ilə təchiz olunmalıdır.
12.6.3. Çoxlu toz ayrılması ilə müşayiət olunan istehsalat
otaqlarında istifadə olunan qızdırıcı cihazlardan tozun asan
təmizlənməsi məqsədilə onların səthləri hamar olmalıdır.
12.6.4. Havanın qızdırılması ilə axımlı ventilyasiya birgə
aparılan otaqlarda (sahələrdə) havanın resirkulyasiyasına
icazə verilmir.
12.6.5. Qızdırıcı qurğular yanğın-partlayış təhlükəli otaq-
ların yanğın-partlayış təhlükəlilik kateqoriyasına uyğun
olmalıdır.
Dostları ilə paylaş: |