Азярбайъан республикасы



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə194/246
tarix08.02.2022
ölçüsü1,37 Mb.
#83564
növüQaydalar
1   ...   190   191   192   193   194   195   196   197   ...   246
427034950-Neft-Qaz-Chixarma-Senayesinde-Tehlukesizlik-Qaydalari-Kitabi

12.2. Laboratoriyalar

12.2.1.   Laboratoriyanın   iş   otaqlarının   binanın   dəhlizinə

və ya xaricinə çıxışı olmalıdır. Dəhlizin ən azı iki çıxışı olmalıdır.

Dəhliz və onun çıxışları kənar əşyalarla qalaqlanmamalıdır.

12.2.2. Laboratoriya əməkdaşları işlədilən maddə və ma-

terialların təhlükəsizliyini bilməli və onlarla işləyərkən təhlükə-

sizlik tədbirlərinə riayət etməlidirlər.

12.2.3.   Laboratoriyada   maddə   və   materiallar   ciddi

şəkildə   çeşidə   uyğun   saxlanılmalıdır.   Qarşılıqlı   kimyəvi   təsir

nəticəsində yanğın və ya partlayış törədə bilən maddələrin bir

yerdə saxlanılması qadağandır.

12.2.4. Laboratoriya mebeli və avadanlıqlarının yerləşdi-

rilmə qaydası işçilərin təxliyəsinə mane olmamalı, avadanlıqlar

arasında keçidin minimal buraxıla bilən eni isə 1 m-dən az ol-

mamalıdır.

12.1.5. Laboratoriya masalarının, rəflərinin, sorucu şkaf-

larının işçi səthlərinin yanmayan örtüyü olmalıdır. 

Turşularla, qələvilərlə və digər kimyəvi aktiv maddələrlə

işlərin aparılması üçün masa və şkaflar kimyəvi təsirə davamlı

materiallardan hazırlanmalı, həmin masa və şkafların kimyəvi

aktiv mayenin kənara axmasının qarşısını alan, yanmayan ma-

teriallardan olan kanları olmalıdır.

431



12.2.6. Zərərli və təhlükəli maddələrin (qazlar, buxarlar,

tozlar, aerozollar və s.) ayrılması ilə müşayiət olunan işlər və

həmçinin asan alışan maddələrlə (AAM) və yanar maddələrlə

(YM) aparılan işlər etibarlı ventilyasiyası olan sorucu şkaflarda

aparılmalıdır.

12.2.7. Sorucu şkafın içində yerləşdirilmiş çıraqlar partla-

yışdan mühafizəli olmalı, onlara aid olan naqillər isə B-1 sinifli

partlayış təhlükəli otaqlar üçün naqillərə olan tələblərə cavab

verməli və kimyəvi maddələrin təsirindən müdafiə olunmalıdır.

Sorucu   şkafın   xaricində   yerləşdirilmiş   çıraqlar

partlayışdan  mühafizəli  olmaya bilər,  bu halda  onların  şüşə

qapağı olmalıdır.

Sorucu   şkafın   içində   ştepselli   rozetkaların

quraşdırılmasına icazə verilmir.

12.2.8. Zərərli maddələrlə işlədikdə və alovlu işlər görül-

dükdə otaqda iki nəfərdən az adam olmamalıdır.

12.2.9. Laboratoriya otaqlarının üfürücü-sorucu ventilya-

siyası iş gününün başlanmasına 5 dəqiqə qalmış işə salınmalı

və iş gününün sonunda söndürülməlidir.

Ventilyasiya sistemi nasaz olan laboratoriyalarda işlərin

aparılması qadağandır.

12.2.10.   Neft   yaxud   başqa   zərərli   və   yanğın   təhlükəli

maddələr   və   məhsullarla   çirklənmiş   qablar   məcburi

ventilyasiya   ilə   təchiz   edilmiş   xüsusi   ayrılmış   otaqlarda

yuyulmalıdır.

12.2.11. Neft və neft məhsulları tullantılarının, kimyəvi

reaktivlərin   və   başqa   yanar   və   zərərli   maddələrin

kanalizasiyaya axıdılması qadağandır.

12.2.12.   Utilizasiya,   yaxud   basdırılmağa   aparılmaq

məqsədi ilə neft, neft məhsulları, kimyəvi reagentlər və başqa

zərərli  maddələr  soyudulmuş halda bu məqsəd üçün xüsusi

ayrılmış ağzı qapaqla etibarlı bağlanan qablara yığılmalıdır.

432



12.2.13.   Istifadə   edilmiş,   tərkibi   zəhərli   maddələrdən

ibarət   olan   məhsullar   boşaldılmazdan   əvvəl

neytrallaşdırılmalıdır.

12.2.14. Laboratoriya otaqlarında qadağandır:

a) sıxılmış və partlayıcı qazlarla doldurulmuş balonların

saxlanılması;

b)  neft,  neft  məhsullarının  və başqa zərərli  və yanğın

təhlükəli maddələrin açıq qablarda saxlanılması;

c) uçucu maddələr hopmuş əski, cındır, dəsmalların və s.

saxlanılması;

ç) buxar xətlərində paltarların və s. qurudulması;

d)   döşəmənin   uçucu   və   digər   yanğın   təhlükəli

maddələrlə yuyulması.

12.2.15.   Qaz   tullantısı   və   ya   təhlükəli   mayelərin

sıçraması   ilə   müşayiət   olunan   işlərin   aparılması   zamanı

mühafizə   eynəklərindən   və   xüsusi   rezin   önlüklərdən   və

əlcəklərdən istifadə edilməlidir.

12.2.16.   Laboratoriyanın   döşəməsi   laboratoriyada

istifadə   edilən   mayeləri   özünə   hopdurmayan,   yanmayan

materialdan olmalıdır.

12.2.17. Sıxılmış maye şəkilli və həll olunmuş yanar qaz

balonları, onların tutumundan asılı olmayaraq laboratoriya bi-

nasının   xaricində   metal   şkaflarda   quraşdırılmalıdır   (saxla-

nılmalıdır).

Şkafların   havasının   dəyişilməsi   üçün   onların   müvafiq

kəsiyi və ya jalyüzli nəfəsliyi olmalıdır.

Laboratoriya otaqlarının həmin qazlarla, həmçinin oksi-

genlə təmini mərkəzləşdirilmiş sistemlə aparılmalıdır.

12.2.18. Maye hava və oksigen tutumlarının AAM və YM,

piy və yağlarla bir yerdə saxlanılması qadağandır.

433



12.2.19. Qələvi metallar susuzlaşdırılmış kerosində və ya

yağlarda, hava daxil olmayan etibarlı bağlanmış qalın divarlı

qablarda saxlanılmalıdır. Içərisində qələvi metallar olan şüşə

qablar, divarlarına və altına asbest döşənmiş, qapağı möhkəm

bağlanan metal yeşiklərdə saxlanılmalıdır.

12.1.20.   Laboratoriya   otaqlarında   yalnız   içərisində

təsirsiz   qaz   olan   balonların   (azot,   karbon   qazı)   istifadəsinə

(saxlanılmasına) icazə verilir.

Anbardan   laboratoriyaya   daxil   olan   hər   bir   balondan

analiz üçün nümunə götürülməlidir.

Nasaz balonlarla işləmək qadağandır.

12.2.21. Laboratoriyanın iş otaqlarında AAM və YM reak-

tivlərinin   miqdarı   gündəlik   təlabatdan   artıq   olmamalıdır.   Bu

mayelər otaqdan çıxışın əks tərəfində quraşdırılan metal şkaf-

larda,   kip   taralarda   və   ya   qapağı   kip   bağlanan,   yanmayan

materialdan hazırlanan yeşiklərdə saxlanılmalıdır.

12.2.22. Turşu, qələvi və digər aşındırıcı maddələr olan

şüşə   qablar,   içərisinə   asbest   döşənmiş   xüsusi   metal   və   ya

taxta yeşiklərdə daşınmalıdır.

Sulfat və azot turşularının taxta yeşik və səbətlərdə da-

şınmasına o halda icazə verilir ki, bu taralar oddan qorunan

tərkiblə işlənmiş olsun.

12.2.23. Açıq odla və elektrik qızdırıcı cihazlarla iş aparı-

lan  stollarda  AAM  və  YM-in  saxlanılması,  onların  tökülməsi,

aparatların onlarla yüklənməsi qadağandır.

12.2.24.   Standart   üsulla   qızma   sürətinin   açıq   odda

tənzimlənməsi ilə aparılan əməliyyatlar istisna olmaqla, AAM

və YM olan qabların açıq odda, həmçinin açıq elektrik qızdırıcı

cihazlarda qızdırılması qadağandır.

434



12.2.25. AAM və YM qızdırılması ilə əlaqədar işlər işçinin

daim   nəzarəti   altında   aparılmalıdır.   Əgər   işçi   hətta   qısa

müddətə belə işdən yayınarsa, qızdırma mənbəyi söndürülməli

və soyudulmalıdır.

12.2.26.   Qaz   xətlərində   və   qaz   cihazlarında   qazın

sızmasını   aşkar   etmək   üçün   açıq   alovdan   istifadə   etmək

qadağandır.

12.2.27. Laboratoriya qabları, yalnız bu məqsədlər üçün

xüsusi   ayrılmış   və   məcburi   sorucu   ventilyasiya   ilə   təchiz

olunmuş otaqlarda yuyulmalıdır.

Bu otaqlar laboratoriyanın digər otaqlarından yanmayan

arakəsmə   ilə   ayrılmalı   və   onların   dəhlizə   sərbəst   çıxışı

olmalıdır.

Laboratoriyanın bütün otaqları daima təmiz saxlanılmalı-

dır. Təsadüfən dağılmış kimyəvi maddələr, o cümlədən AAM

və YM dərhal yığışdırılmalı və sonra isti su ilə yuyulmalıdır.

12.2.28.   Laboratoriya   otaqlarından   kənarda   (məsələn:

dəhlizdə)   ümumi   elektrik   açarı   (avtomat,   rubilnik)

quraşdırılmalı və iş gününün sonunda laboratoriyanın elektrik

gərginliyi buradan açılmalıdır.

12.2.29.   Iş   gününün   sonunda   laboratoriya   diqqətlə

gözdən keçirilməli və orada təhlükə törədə biləcək hər hansı

bir   çatışmamazlığın   (nöqsanın)   olmamasına   əmin   olmaq

lazımdır.

12.2.30.   Laboratoriyada   yanğın   təhlükəsizliyi   üzrə

məsuliyyəti   laboratoriya   müdiri   tərəfindən   təyin   edilmiş   işçi

daşıyır.

435




Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   190   191   192   193   194   195   196   197   ...   246




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə