Азярбайъан республикасы



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə192/246
tarix08.02.2022
ölçüsü1,37 Mb.
#83564
növüQaydalar
1   ...   188   189   190   191   192   193   194   195   ...   246
427034950-Neft-Qaz-Chixarma-Senayesinde-Tehlukesizlik-Qaydalari-Kitabi

BÖLMƏ

 

11



 DALĞIC VƏ SUALTI TEXNIKI IŞLƏR

11.1.   Dalğıc   və   sualtı-texniki   işlər   SSAZ   003-2004

«Dalğıc işləri. Ümumi təhlükəsizlik tələbləri»; SSAZ 004-2004

«Dalğıc   ləvazimatı,   dalğıc   enmələri   və   işlərini   təmin   edən

vasitələr»;   MSXDDQXII01-2004   «Dalğıc   işlərində   əməyin

təhlükəsizliyi   üzrə   vahid   qaydalar»;   «Rukovodstvo   po

provedeniö vodolaznıx rabot s ispolğzovaniem qlubokovodnıx

vodolaznıx   kompleksov»;   «Polojeniə   po   orqanizaüii

vnutrivedomstvennoqo nadzora i kontrolə za bezopasnostğö

provedeniə   podvodnıx   rabot   (1984);   MSXDDQXII02-2004

«Dərinlik   dalğıc   komplekslərindən   istifadə   etməklə   200m-ə

qədər   dərinliklərə   qısa   müddətli   dalma   üsulu   ilə   dalğıc

enmələrinin   təhlükəsiz   aparılması   üzrə   təlimat»   və   bu

«Qaydalar»ın tələblərinə uyğun yerinə yetirilməlidir.

11.2. Qaydaların  və dalğıc  əməyinin təhlükəsizliyi  üzrə

digər normativ sənədlərin yerinə yetirilməsinə nəzarət dalğıc

enmələrini həyata keçirən idarənin, müəssisənin və təşkilatın

ştatlı   dalğıc   mütəxəssisləri   və   təhlükəsizlik   texnikası   üzrə

mühəndisləri, həmkarlar ittifaqının texniki əmək müfəttişləri,

ixtisaslaşmış   idarələrin   və   istehsalat   birliklərinin   dalğıc

mütəxəssisləri   və   həmçinin   səlahiyyətli   mərkəzi   icra

hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.

11.3.   Dalğıc   enmələri   və   işləri,   müəyyən   edilmiş

qaydalara uyğun dalğıc enmələrinin və işlərinin aparılmasına

və təminatına  icazəsi  olan dalğıc,  mühəndis-texniki  və tibbi

heyətdən   və   aparılan   işlərin   təhlükəsizliyini   təmin   etməyə

qadir dalğıc texnikasından ibarət dalğıc xidməti olan müəssisə

və təşkilatlar tərəfindən yerinə yetirilir.

424



11.4. Tətbiq olunan dalğıc texnikasının məmulatları, tex-

noloji avadanlıqlar, cihaz və alətlər qüvvədə olan müvafiq nor-

mativ texniki sənədlərin tələblərinə və ya texnikanın konkret

məmulatlarının layihəsinə uyğun olmalıdır.

11.5. Bütün tətbiq olunan dalğıc texnikasının məmulatları

müəyyən edilmiş qaydada təsdiq edilmiş istismar sənədlərinə

malik olmalıdır.

11.6. Xəbərdaredici siqnallar [292] uyğun dalğıc enmələ-

rinə (işlərinə) başlamazdan əvvəl yuxarı qaldırılmalı, işlər qur-

tardıqdan sonra aşağı endirilməlidir.

11.7.   Xüsusi   gəmilərin   bortundan   dalğıc   enmələri,

dənizdə dalğalanma dərəcəsi həmin gəmilərin formulyarında

göstəriləndən çox olmadıqda aparılmalıdır.

Digər   gəmilərin   və   üzmə   vasitələrinin   bortundan,

həmçinin   sahilyanı   obyektlərdən   enmələr,   dənizin

dalğalanması 2 baldan çox olmadıqda aparılmalıdır.

11.8. Gecə vaxtı suyun altında pis görünmə   şəraitində

aparılan   enmələrdə   sualtı   və   suüstü   süni   işıqlandırmadan

istifadə olunmalıdır.

Suyun   üzərində   dalğıc   işlərinə   və   enmələrinə   hazırlıq

aparılan   yer,   enməni   və   işin   normal   gedişini   təmin   edən

qurğuların   idarəetmə   cihazları,   enmə   aparılan   yerin   səthi

lazımınca işıqlandırılmalıdır.

11.9.   Kabel   xəttindən   463m   (0,25   mil)   məsafədə

yerləşən, paralel düz xətlərlə müəyyən edilən, gərginlik altında

olan sualtı elektrik ötürücü kabel xəttinin mühafizə zonasında

sualtı işlərin yerinə yetirilməsi qadağandır.

11.10. ÜQQ-dən və ya üzən vasitələrdən dalğıc enmələri

aparılan zaman aşağıdakılar qadağandır:

-başqa gəmilərin ÜQQ-yə yan alması (dalğıc postlarına);

-kənar əşyaların gəmidən suya atılması;

425



-kranla   gəmilərdən   (ÜQQ)   yükləmə-boşaltma   işlərinin

aparılması;

-dalğıc postlarında kənar əşyaların və avadanlıqların yer-

ləşdirilməsi.

11.11. Hidrotexniki qurğuların tikintisinə və ya təmirinə

başlamazdan əvvəl, dalğıclar cizgi və ya işin layihəsi üzrə qur-

ğuların quruluşu, işin aparılması şəraiti və əməyin təhlükəsizlik

tədbirləri ilə tanış olmalıdırlar.

11.12. Iş aparılacaq yerdə elektrik və telefon kabelləri və

ya boru kəmərlərinin olub-olmaması, olduğu halda isə həmin

xətlərin  istiqaməti  haqqında  məlumatı  aldıqdan  sonra   qrunt

səthinin   pozulması   ilə   əlaqədar   çalaların,   qanovların

hazırlanması, torpağın yuyulması və ya digər işlər aparıla bilər.

11.13.   Yarımdalma   üzən   qazma   qurğusundan   (qazma

gəmisindən)   sualtı-texniki   dalğıc   işləri   aparıldıqda   lövbər-

yanalma   bucurqadlarının   işəsalma   mexanizmləri   ayrılmalı,

ayrılmış   qurğuların   üzərində   «Qoşmaq   qadağandır!   Adamlar

işləyir» yazılı təhlükəsizlik nişanı asılmalıdır.

11.14.   Vibrosıxlaşdırma   işləri   zamanı   dalğıcların   sualtı

enmələri qadağandır.

Baxış işlərini, ancaq vıbrosıxlaşdırma aqreqatı dayandıq-

dan sonra yerinə yetirmək olar.

11.15. Sualtı boru kəmərlərinin baxışını başqa vasitələrlə

(sualtı   televiziya,   sualtı   aparatlar   və   s.)   yerinə   yetirmək

mümkün olmadıqda, bu işi dalğıclar yerinə yetirə bilər.

11.16. Boru kəmərinin çəkilmə istiqamətində dənizin di-

binin   dalğıc   müayinəsi,   eni   20m-dən   az   olmayan   zolaqda

(çəkilmə   nəzərdə   tutulan   xəttdən   10   m   hər   tərəfə)

keçirilməlidir.

11.17. Skreperlər, torpaqqazan və digər torpaqyığan va-

sitələr işləyən zaman qanov və çalalara dalğıc baxışı keçirmək

qadağandır.

426



11.18. Dalğıcların pilpilələri (qrifon) müayinə etməsi qa-

dağandır.

11.19. Metalların sualtı qaynaq və kəsilməsi işləri yalnız

dalğıcı sudan tam izolə edən ləvazimatlardan istifadə etməklə

aparılmalıdır.

11.20. Metalların sualtı qaynaq və kəsilməsi işlərinə baş-

lamazdan   əvvəl,   qaynaq   qurğularının   və   qaynaq   cərəyan

mənbələrinin yerləbirləşdirilməsinin etibarlılığı yoxlanılmalıdır.

11.21.   Sisterndə   (tutumlarda)   yanacaq   və   qaz   olduğu

halda,  təzyiq  altında  olan  tutumlarda  və boru kəmərlərində

qaynaq və kəsmə işlərini aparmaq qadağandır.

11.22. Qruntun yüksək təzyiqli nasoslarla yuyulması za-

manı şırnağın digər dalğıc tərəfə yönəldilməsi qadağandır.

11.23. Boru kəmərinin dənizin dibinə endirilməsi (batırıl-

ması) zamanı onu saxlayan pontonların və boruların üstündə

dalğıcların olması qadağandır.

11.24. Dalğıcın endirilmiş boru kəmərinə baxış keçirmək

üçün enməsinə, ancaq boru kəməri qrunta qoyulduqda və onu

saxlayan   burazların   tarımlığı   boşaltdırıldıqdan   sonra   icazə

verilir.


11.25. Dalğıcın əmri olmadan boru kəmərini su səthinə

və   ya   qruntdan   az   məsafəyə   qaldırdıqda   işçi   ilməyin

boşaldılması və ya çəkilib yığılması, həmçinin işlərin aparıldığı

gəminin yerinin dəyişdirilməsi qadağandır.

11.26. Yalnız müstəsna hallarda (qəzaların ləğvi və s.)

dalğıcın   dolaşmasını   istisna   edən   şəraitdə,   neft   və   neft

məhsullarına enmələrə icazə verilir.

427



Enmə üçün ancaq ventilyasiya olunan, enmədən əvvəl

şirin su ilə isladılan, üzərinə maye sabun çəkilən ləvazimatı

tətbiq etməyə icazə verilir. Belə mühitdə üç saat qaldıqdan

sonra həmin ləvazimatda təkrar enmələr qadağandır. Benzinə,

digər   tez   buxarlanan   və   zəhərli   maddələrə   dalğıc   enmələri

qadağandır.

11.27. Neft və qaz borularının təmirinə (qaynaq, kəsmə)

başlamazdan   əvvəl,   onlar   2   dəfədən   az   olmayaraq   təzyiq

altında su ilə yuyulmalıdırlar.

Boru kəmərləri yuyulduqdan sonra su ilə doldurulmalıdır.

428




Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   188   189   190   191   192   193   194   195   ...   246




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə