Азярбайъан республикасы


BÖLMƏ 12 ISTEHSALAT SANITARIYASI VƏ ƏTRAF



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə193/246
tarix08.02.2022
ölçüsü1,37 Mb.
#83564
növüQaydalar
1   ...   189   190   191   192   193   194   195   196   ...   246
427034950-Neft-Qaz-Chixarma-Senayesinde-Tehlukesizlik-Qaydalari-Kitabi

BÖLMƏ 12

ISTEHSALAT SANITARIYASI VƏ ƏTRAF 

MÜHITIN MÜHAFIZƏSI

12.1. Ümumi tələblər

12.1.1. Istehsalat obyektlərinin layihə sənədlərinin işlən-

məsi zamanı xidməti heyət üçün zərərli istehsalat amillərinin

təsirindən müdafiə tədbirləri nəzərdə tutulmalıdır.

Layihə sənədlərində iş yerlərində titrəyişin və səs-küyün

gözlənilən səviyyəsi göstərilməlidir.

12.1.2. Istehsalat otaqları, iş yerləri, həmçinin pəncərələr

təmiz saxlanılmalıdır.

Döşəmə təmizləmək və yumaq üçün rahat olmalıdır. 

Neft və neft məhsullarının və çirklərin yuyulub təmizlən-

məsi üçün su axarı nəzərdə tutulmalıdır.

Meydançalar   və   pilləkənlər   mütəmadi   olaraq   çirkdən,

qardan və buzdan təmizlənməlidir.

12.1.3. Zibilin yığılması üçün yeşiklər və zibil qabları qo-

yulmalıdır. Yağlı əskilər və başqa tez alışan, zəhərli tullantılar

üçün ayrıca qapaqlı dəmir yeşiklər qoyulmalıdır.

12.1.4. Istehsalat və xidmət otaqlarında, işçi meydança-

larında   və   işçi   heyətin   təxliyə   yollarında   qüvvədə   olan

normalara   uyğun   qəza   işıqlandırılması   (çıraqlar)   nəzərdə

tutulmalıdır.

12.1.5. Çıraqlar kvartalda bir dəfədən az olmayaraq tə-

mizlənməli və təmizlənərkən cərəyandan açılmalıdır.

12.1.6. Istismar edilən maşınlar, avadanlıqlar, mexanik-

ləşdirilmiş alətlər və nəqliyyat vasitələri təmirdən sonra zərərli

amillərə görə  (səs-küy,  titrəyiş  və s.) qüvvədə  olan sanitar

normalarına   və   pasport   məlumatlarına   uyğun   olaraq

yoxlanılmalıdır.

429



Yoxlamanın nəticələri obyektin sanitar-texniki pasportun-

da qeyd edilməlidir.

12.1.7. Qaz kompressor stansiyalarında, neft nasosxana-

larında,   qazpaylayıcı   məntəqələrdə   (budkalarda)   və   başqa

istehsalat   otaqlarında   havada   qazların   miqdarı   tələb   olunan

normadan   yüksək   olmamalıdır   və   onlar   daima   nəzarətdə

saxlanılmalıdır.

12.1.8. Qazın, tozun, hisin və digər  zərərli  maddələrin

ayrılması ilə əlaqədar  olan texnoloji  prosseslər,  qurğular  və

mədən obyektləri,  yaşayış rayonlarına  nisbətən  küləyin orta

illik   istiqaməti   nəzərə   alınmaqda   külək   tutmayan   tərəfdə

(küləkdöyməzdə) yerləşdirilməli və bunlar yaşayış zonalarının

sərhəddindən sanitar-mühafizə zonası ilə ayırılmalıdır.

12.1.9.   Yaşayış   rayonları   üçün   sanitar-mühafizə

zonasının   eni   qüvvədə   olan   sanitar   normalarına   müvafiq

olaraq   müəyyənləşdirilir.   Mədən   tərəfdən   sanitar-mühafizə

zonasının   sərhəddi   istismar   olunan   quyuların   kənar   cərgəsi

hesab olunur.

12.1.10. Qazma, mənimsəmə, quyuların əsaslı və cari tə-

miri, neftin deemulsasiyası və digər işlər zamanı, çirklənmiş

istehsalat axıntıları qismən və ya tam zərərsizləşdirilmək üçün

yığılıb ötürülməli, yaxud uducu quyulara vurulmalıdır.

Bunun üçün mədənin bütün obyektləri layihəyə əsasən

daimi və yaxud müvəqqəti qurğularla (bəndlərlə, xəndəklərlə,

yığılma   kanalları,   çalalarla,   təmizləmə   qurğuları,   uducu

quyularla və s.) təchiz edilməlidir.

Bu tədbirlər yerinə yetirilməyənə qədər, obyektlərin istis-

mara buraxılması qadağandır.

12.1.11.   Istehsalat   sahələri   (otaqları)   qüvvədə   olan

müvafiq qanunların, qaydaların, normaların tələblərinə uyğun

qurulmalıdır (təchiz olunmalıdır).

12.1.12. Istehsalat otaqları havanın dəyişilməsi (sirkulya-

siyası) üçün müvafiq şəkildə təchiz olunmalı və qurulmalıdır.

430



12.1.13. Istehsalat otaqları və iş yerləri təmiz saxlanıl-

malıdır.  Döşəmə rahat təmizlənməni  və təmiri  təmin etmək

üçün  düz  olmalıdır.   Döşəmədən   və  novlardan  nefti  və  çirki

yumaq üçün istehsalat sahələrində  su kranları  olmalıdır.  Su

kranı   (kəməri)   olmadıqda   otağın   yığışdırılması   quru   üsulla

aparılmalıdır (əski, cındır və s. ilə). 

12.1.14.   Istehsalat   və   yardımçı   otaqlarda   təbii   işıqdan

maksimum istifadə etmək üçün lazımi tədbirlər görülməlidir. 




Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   189   190   191   192   193   194   195   196   ...   246




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə