12.11.25. Gündəlik cari təmizlik-yığışdırma işləri
müəyyən olunmuş vaxtda aparılmalıdır. Əsaslı təmizlik-
yığışdırma ayda bir dəfədən az olmayaraq aparılmalıdır.
12.11.26. Yaşayış, xidmət və ümumi otaqlarda təmizlik-
yığışdırma qaydası daxili əmək qaydalarının tələblərinə uyğun
olaraq yerinə yetirilməlidir.
12.11.27. Yataq dəstləri hər dəfə yuyulmaya verildikdən
sonra, onların saxlanıldığı yer (anbar) yığışdırılmalı və dezin-
feksiya edilməlidir.
D. 12.12. Ilk tibbi yardım
12.12.1. Xəsarət almış, o cümlədən suda batmış
(boğulmuş) və suda qalaraq donmuş (ümumiyyətlə donmuş –
hipotermiya) adamlara ilk tibbi yardımın göstərilməsi [308] –ə
uyğun yerinə yetirilməlidir.
12.12.2. Ilk tibbi yardımın vaxtında və keyfiyyətli aparıl-
ması üçün, DNQT-nin gözəçarpan yerlərində (işçilərin daha
çox olduğu yerlərdə) zərərçəkən şəxsə ilk tibbi yardım
göstərilməsi qaydaları əks olunmuş plakatlar asılmalıdır.
12.12.3. Suda batan adamın xilas edilməsi [308] –ə
uyğun yerinə yetirilməlidir.
12.12.4. Suda batan adama kömək etmək üçün, ona ilk
növbədə xilasetmə vasitəsi (dairə, jelet, kəndir və s.)
atılmalıdır. Suda batan adam huşunu itiribsə və ya suyun
səthində görünmürsə, bu zaman xilasetmə qayığından
(saldan) istifadə edilməlidir. Əgər bunlar yoxdursa və ya bu
vasitələrin batan və üzərək (suda qalaraq) yorulub əldən
düşmüş adama köməyi kifayət deyildirsə, onda onu xilas
etmək üçün dərhal yanına üzmək lazımdır.
12.12.5. Kömək edən şəxs yaxşı üzməyi bacarmalı,
xilasetmə üsullarını mükəmməl bilməli və batan adam ondan
yapışıb tutarsa, azad olmağı bacarmalıdır.
454