Азярбайъан республикасы


D. 12.13. Ətraf mühitin mühafizəsi



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə208/246
tarix08.02.2022
ölçüsü1,37 Mb.
#83564
növüQaydalar
1   ...   204   205   206   207   208   209   210   211   ...   246
427034950-Neft-Qaz-Chixarma-Senayesinde-Tehlukesizlik-Qaydalari-Kitabi

D. 12.13. Ətraf mühitin mühafizəsi

12.13.1.   Axtarış-kəşfiyyat   işlərinə   başlamazdan   əvvəl

ətraf mühitin vəziyyəti (durumu) tədqiq edilməlidir.

12.13.2. Dəniz hövzəsində neft, qaz və qaz kondensat

yataqlarının kəşfiyyatına və işlənilməsinə yalnız bu işlərə dair

layihələrin   dövlət   ekoloji   ekspertizasının   müsbət   rəyindən

sonra başlana bilər.

12.13.3. DNQT-də ətraf mühitə mənfi təsirin istisnası və

ya   yol   verilən   səviyyəyə   salınması   tullantı   sularının   və   bərk

sənaye   məişət   tullantılarının   utilizasiyası,   qəza   tullanış   və

axıdılmaları   və   həmçinin   neft   və   neft   məhsullarının   qəzalar

nəticəsində dağılmasının lokallaşdırılması və ləğv edilməsi üzrə

tədbirlər işlənilməlidir.

12.13.4. DNQT-nin döşəməsinin altında  tullantı sularının

yığılması üçün nəzərdə tutulmuş bütün tutumlar elə quraşdırıl-

malıdır ki, onlara profilaktiki baxışın keçirilməsi və onların tə-

miri təmin olunsun.

12.13.5. DNQT-də qazılan və istismar olunan quyularda

texniki  avadanlıqların  altında  quraşdırılan  altlıqlar  (tutumlar)

və   vannalar   ümumi   tullantı   su   sisteminə   birləşdirilməli,

traplarla və keçidlərlə təmin olunmalıdır.

12.13.6.   Tullantı   suları   üçün   tutumlar,   onlara   rahat

xidmət   etməyi   təmin   edən   yerlərdə   yerləşən   lyuklarla   və

etibarlı bərkidilmiş nərdivanlarla təchiz edilməlidir.

12.13.7.   Tullantı   sularının   yığılması   və   (çəkib)

boşaldılması   üzrə   blok   qurğusu,   ona   xidmət   etmək   üçün

pilləkən və meydança ilə təchiz olunmalıdır.

12.13.8.   DNQT-də   açıq   və   bağlı   drenaj   sistemləri

olmalıdır.   Maşın   və   mexanizmlərdən   çıxan   işlənmiş   yağların

yığılması üçün xüsusi tutumlar nəzərdə tutulmalıdır.

456



12.13.9. Qazma məhlulunun təmizlənməsindən yaranan

şlamın   yığılması   üçün   xüsusi   konteynerlər   nəzərdə

tutulmalıdır.

Konteynerlər qoyulan yerlərdə mayelərin ümumi tullantı

suları   sisteminə   axıdılmasını   təmin   edən   altlıqlar   (tutumlar)

qoyulmalıdır.

12.13.10.   Quyuların   üfürülməsi   və   boşaldılması

(razrədka)   zamanı   ayrılan   və   həmçinin   çıxış   xətlərindən   və

təzyiq   altında   işləyən   qablardan   çıxan   qazlar   utilizasiya

(istifadə)   olunmalıdır.   Qazların   utilizasiyası   mümkün

olmadıqda   onlar   yanmanı   tam   təmin   edən   məşəl   sisteminə

verilməlidir.

12.13.11.   DNQT-də   (ÜQQ,   DDÖ)   quyuların   sınanması

zamanı yaranan məhsulun yandırılması  üçün xüsusi quruluş

nəzərdə   tutulmalıdır.   Lay   flüidi   çıxana   qədər,   quyuların

sınanması zamanı ayrılan məhlul xüsusi tutumlara yığılmalıdır.

12.13.12.   Ətraf   mühitə   ziyandəymənin   qarşısını   almaq

məqsədilə DNQT-nin gövdəsi və özülləri, dəniz boru və elekt-

rik (kabel) xətləri (korroziya və nasazlıq baxımından) daim nə-

zarətdə saxlanılmalıdır (yoxlanılmalıdır).

457



Əlavə 1


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   204   205   206   207   208   209   210   211   ...   246




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə