Азярбайъан республикасы


 Sahəyə və qurğulara tələblər



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə179/246
tarix08.02.2022
ölçüsü1,37 Mb.
#83564
növüQaydalar
1   ...   175   176   177   178   179   180   181   182   ...   246
427034950-Neft-Qaz-Chixarma-Senayesinde-Tehlukesizlik-Qaydalari-Kitabi

7.3. Sahəyə və qurğulara tələblər

7.3.1. Məşəl qurğusu, küləyin orta illik istiqaməti, məşəl

borularının minimal uzunluğu və istilik axınının yol verilən sıx-

lığı nəzərə alınmaqla quraşdırılmalıdır (yerləşdirilməlidir).

7.3.2.   Məşəl   qüllələri   arasındakı   məsafə,   məşəllərdən

hər-hansı biri yanarkən digər (qonşu) məşəldə təmir işlərinin

təhlükəsiz aparılmasına imkan verən məsafə nəzərə alınmaqla

təyin edilir.

7.3.3. Məşəl qülləsi ilə tikililər və qurğular arasındakı mə-

safə istilik axınının yol verilən sıxlığı və yanğın təhlükəsizliyi

388



norma   və   qaydalarının   tələbləri   nəzərə   alınmaqla   təyin

edilməlidir.

7.3.4. Məşəl qülləsinin və məşəl qurğusunun bütün tikili-

lərinin   ərazisi   (ətrafı),   onlara   maneəsiz   yanaşmanı   təmin

etmək üçün hamarlanmalıdır.

7.3.5. Məşəl qülləsi ətrafında ərazi məşəlin hündürlüyünə

bərabər radiusda, lakin 30 m-dən az olmayaraq hasarlanmalı

və   nişanlanmalıdır.   Hasarda   ona   xidmət   edən   heyətin   daxil

olması   üçün   keçidlər,   nəqliyyat   vasitələri   üçün   isə   darvaza

olmalıdır. Keçidlərin sayı məşəl qüllələrinin sayına bərabər və

hər bir qülləyə yol mümkün qədər qısa olmalıdır.

7.3.6. Məşəl sistemini yaşayış olmayan sahələrdə (rayon-

larda) yerləşdirərkən hasarların əvəzinə hündürlüyü 1 m-dən

və   üst   hissəsinin   eni   0,5-dən   az   olmayan   torpaqdan   bənd

qurula bilər.

7.3.7.   Məşəl   qülləsinin   avadanlığından   başqa   məşəl

qurğusunun bütün avadanlıqları hasardan (bənddən) kənarda

yerləşdirilməlidir.

7.3.8. Məşəl sisteminin hasarlanmış sahəsində quyuların,

xəndəklərin, çalaların qazılmasına və s. torpaq işlərinə icazə

verilmir.


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   175   176   177   178   179   180   181   182   ...   246




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə