Азярбайъан республикасы


 Avadanlıq, kommunikasiya və avtomatlaşdırma



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə180/246
tarix08.02.2022
ölçüsü1,37 Mb.
#83564
növüQaydalar
1   ...   176   177   178   179   180   181   182   183   ...   246
427034950-Neft-Qaz-Chixarma-Senayesinde-Tehlukesizlik-Qaydalari-Kitabi

7.4. Avadanlıq, kommunikasiya və avtomatlaşdırma 

vasitələrinə tələblər

7.4.1. Hər bir məşəl sistemi üçün bir məşəl kollektoru və

bir   məşəl   qurğusu   nəzərdə   tutulmalıdır.   Fasiləsiz   işləmənin

təmini üçün ümumi məşəl sistemlərində iki məşəl kollektoru

və iki məşəl qurğusu olmalıdır.

Xüsusi məşəl sistemlərinin ayrıca və ümumi məşəl sis-

temləri ilə əlaqəsi olmamalıdır.

389



7.4.2. Əgər sistemə buraxılan qazların, buxarların və on-

ların qarışıqlarının təsiri nəticəsində korroziyaya uğrama ildə

0,1mm-dən  çox  olmazsa,  belə  halda  məşəl  qurğularının  bir

kollektorla təmin olunmasına icazə verilir.

7.4.3. Məşəl kollektorlarının və boru kəmərlərinin uzunlu-

ğu minimal, döngələri isə az olmalıdır. Boru kəmərləri əsasən

yerüstü olaraq dayaqlarda və ya estakadalar üzərində çəkil-

məlidir. Əsaslandırılmış hallarda boru kəmərləri yerin altı ilə

çəkilə bilər. 

Borulara mayenin dolmaması üçün, məşəl kollektoruna

birləşmə yalnız üst tərəfdən aparılmalıdır.

Məşəl kollektorları və boru xəttlərində kipgəcli kompres-

sorların qoyulması qadağandır.

7.4.4.   Məşəl   kollektorları   və   boru   xəttləri   kondensat

yığılan   quruluşa   tərəf   mailliyi   0,003-dən   az   olmayaraq

çəkilməlidir.   Əgər   göstərilən   mailliyə   nail   olmaq   mümkün

olmazsa,   boru   xəttlərinin   aşağı   nöqtələrində   kondensat

yığımını   kənarlaşdırmaq   üçün   əlavə   quruluşlar

yerləşdirilməlidir.

7.4.5. Kondensatın bütün yığım quruluşlarının konstruk-

siyası elə olmalıdır ki, kondensatın qaz axını ilə aparılmasını is-

tisna etsin.

7.4.6. Separator (kondensatyığıcı) və nasos bir – birinə

nisbətən elə yerləşdirilməlidir ki, nasos işləyərkən kavitasiya

halının (təzahürünün) yaranması istisna olunsun.

7.4.7. Vurucu boru xəttinin diametri nasosun maksimal

məhsuldarlığı   ilə   təyin   edilir   və   bu,   giriş   qol   borunun

(patrubok) diametrindən az olmamalıdır.

7.4.8.   Məşəl   sisteminin   idarə   olunması   və   manitordan

istifadə   etməklə   ona   məsafədən   nəzarət   edilməsi   qazları

sistemə   vuran   texnoloji   qurğunun   (obyektin)   əməliyyat

otağından (və yaxud NÖC otağından) aparılmalıdır.

390



7.4.9. Qoruyucu klapanlar işə düşən vaxt ondan çıxan

qazın   həcmi   aparatın   daxilində   olan   qaz   mühitinin   təzyiq

qoruyucu (klapanın işləməsi üçün lazım olan təzyiqdən yüksək

təzyiqə bərabər olduqda) həcmi ilə təyin edilir.

7.4.10. Kondensat vuran nasoslar etibarlı və qəzasız işlə-

mək   üçün   bloklayıcılarla   və   kondensat   yığılan   tutumlarda

mayenin   səviyyəsi   yol   verilə   bilən   həddə   çatdıqda   işə

salınması   üçün   avtomatik   işəsalıcılarla   və   söndürücülərlə

təchiz olunmalıdır.


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   176   177   178   179   180   181   182   183   ...   246




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə